|
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi 2010-cu ilin birinci yarısında ölkədə baş verən yol qəzaları ilə bağlı hesabatını açıqlayıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında hesabat dövrü ərzində ölkədə 1160 yol nəqliyyat hadisəsinin qeydə alındığını bildirib. Baş vermiş yol qəzaları nəticəsində 376 nəfər ölüb, 1204 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. K.Əliyev, həmçinin ötən ilin müvafiq dövri ilə müqayisədə qeydə alınan yol qəzalarının sayının 42 fakt, yaralıların sayının 66 fakt azaldığı, ölüm hadisələrinin sayında isə 6 fakt artım olduğunu qeyd edib.
|