Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnmiş qurumların və fiziki şəxslərin bir qisminin adları məlum olub.
Bununla bağlı nazirliyin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.
Belə ki, Şəmkir rayon sakini, fiziki şəxs Qorxmaz Məmmədov, Goranboy rayon sakini, fiziki şəxs İnayət Abdullayev, Balakən rayonunda fiziki şəxs Sədrəddin Mahmudov cərimələnib.
Mingəçevir şəhərindəki “Kür-Motel”, “Orxan” ticarət mərkəzi, “Yaşar” firması, “Dostluq” kafesi cərimələnib. Gəncə şəhərində “Gəncə bazar” ASC,“Qızılgül” şadlıq sarayı, “Kəpəz bazar” ASC, “Dan ulduzu” şadlıq sarayı barəsində akt tərtib olunub.
Sumqayıtda “Qayğı” kiçik müəssisəsi, “Qızıl qaya” ailəvi istirahət mərkəzi, “Disko” GTSC ilə bağlı akt tərtib olunaraq cərimə kəsilib.
Həmçinin, Bakı-Sumqayıt şossesində yerləşən “Nizami” kafesi də cərimə kəsilən qurumlar sırasındadır.
Qaradağ rayonu (Səngəçal) “Azneft” İstehsalat Birliyinin Nərimanov adına neft-qaz çıxarma sahəsi (NQÇS), Buzovna çimərlik ərazisindəki “Mirvari” restoranı cərimələnib.
Pərvin ABBASOV
|