Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qoy, Fabreqas da olsun
“Barsa” yaxşıların hamısını yığır

Deyəsən, "Barselona" bosları istəyinə nail olmaq üzrədir. Onların David Vilyanı sıralarına qatandan sonra transfer bazarındakı əsas hədəfinə çevrilən Fransesk Fabreqasın İspaniyaya qayıtmaq ehtimalı bir qədər də artıb. Konkret olaraq londonluların Fabreqasın mümkün satışıyla bağlı danışıqları bərpa etməyə razılaşdığını bir daha xatırladaq. Son xəbərlərdə tərəflər arasındakı fikir mübadiləsinin gedişiylə bağlı dəqiq informasiyanın olmadığı vurğulanır. Amma futbolçu vaxtilə yetişdiyi klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Hər halda İspaniya mənbələri belə iddia edir. Onlara inansaq, Sesk kimi də tanıdığımız yarımmüdafiəçi "Barsa"yla beşillik müqavilə bağlayacaq və ilə 7 milyon avro məbləğində maaş alacaq.
"Barselona" boslarının digər transfer planlarıyla bağlı xəbərləri də diqqətinizə çatdırırıq. "El Mundo Deportivo" qəzeti Markos Sennanın tezliklə bu kluba keçə biləcəyini xəbər verir. "Vilyarreal"ın yarımmüdafiəçisinin transferi təxminən 3 milyon avro məbləğində dəyərləndirilir.
Kataloniyalılar yeni mövsümdə xidmətinə ehtiyac duymadığı futbolçuları da müəyyən edib. Bəzi mənbələr Aleksandr Qleb, Enrike Bassa və Martin Kaseresin baş məşqçi Xosep Qvardiolaya lazım olmadığını vurğulayır. Belarus millisinin yarımmüdafiəçisi olan Qleb ötən mövsümü icarə qaydasıyla "Ştutqart"da keçirib. O, yeni mövsümə "Barsa"da başlayacağına inamını itirməsə də, Aleksandrın bu yay İngiltərə klublarından birinə üz tutacağı qeyd edilir. Braziliyalı Enrike ötən mövsüm analoji statusda "Rasinq"in şərəfini qoruyub. Onun daimi əsasda bu komandada qalmaq ehtimalı yüksəkdir. Uruqvayla Kaseresə gəlincə, bu futbolçu ötən mövsüm icarə qaydasıyla "Yuventus"a xidmət edib. Amma bir ara ağır zədə üzündən yaşıl meydana çıxa bilməyən Martinin gələcəyi hələ ki dumanlı görünür.
+  -  Çap 
Yerləşdirilib: 27.07.10 | Baxılıb: 152

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •