Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Təşəkkür edirik, cənab prezident!
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda belə deyilir

Azərbaycan milli mətbuatı 135 ildə böyük təkamül yolu keçib. Bir neçə formasiyalardan əzilərək, təqiblərə məruz qalaraq, lakin bugünkü günümüzə qədər gəlib çıxan milli mətbuat hər dövrdə bir missiyanın daşıyıcısına çevrilib. Keçən əsrin əvvəllərində fəaliyyət göstərən mətbuatımızın inkişafına maarifpərvər  ziyalılar öz töhfələrini verib və onlar öz məktəblərini yaradıblar.

Təməl prinsipləri öyrətmək və milli oyanış hərəkatının məşəli olmuş “Əkinçi” qəzeti özündən sonra neçə-neçə qəzet və jurnalın həyata vəsiqə almasına təkan verib. Məfkurə adamı olan Həsən bəy məxsus olduğu millətinin adının millətlər cərgəsində yazılması üçün mücadilə aparıb. İşıqlı beyninin nuru cəhaləti nurlandırıb. Mövhumatın və savadsızlığın hökm sürdüyü dövrdə gördüyü işdən yorulmamaq və öz cibinin pulu ilə qəzet nəşr edib onu çevrəsindəkilərə çatdırmaq və işıq ucu görünməyən toplumda bu işləri davamlı sürətdə həyata keçirmək böyük əzmkarlıq, millətinə vurğunluq, bağlılıq tələb edən məsələlər idi. Bu xüsusiyyətləri məhz Bəy nəslindən olması, genlərinin kodu diktə edə bilərdi. Ona görədir ki, Həsən bəy bütün ömrünü xalqının maariflənməsinə, işıqlı gələcəyə çıxmasına sərf etdi. Həsən bəy Zərdabidən bizə miras qalan media müstəqillik qazandığımız illərdən bu günə kimi özünəməxsus inkişaf yolunu qət edir. Etiraf edək ki, hər 10-15 ildən bir yeni ənənələrə meyillik mətbuatda özünü büruzə verib. 90-cı illərdə 100 min tirajla nəşr edilən qəzetlərin tirajı yüksəlmə tempi ilə deyil, enmə ilə müşahidə olunub. Azərbaycan oxucusu etibarlılıq və güvən axtarışına çıxdıqca qəzetlərin tirajı aşağı düşüb, reklam bazarı da dar çərçivəyə salınıb. Bir tərəfdən də işsizlərin jurnalistikaya çörəkpulu qazanmaq mənbəyi kimi baxmaları medianın ciddiliyinə kölgə salıb. Dəyərlərin dəyişməsi jurnalist peşəsinin imicini aşağı salmağa başlayıb. “Mən jurnalistəm” sözünü fəxrlə deyənlər qeyri-peşəkarlarla eyni peşənin sahibi olduğundan utandığını dilə almağa başlayıblar. Ancaq unutmayaq ki, mətbuatda çalışan bu adamlar öz fəaliyyətləri ilə hökumət və ictimaiyyət arasında körpü rolunu oynayırlar. Xəbəri dürüst, sadə, anlaşıqlı, hər kəsin başa düşdüyü dillə çatdıran jurnalistlərimiz Zərdabı məktəbinin ənənələrinin davamçısı olaraq yazıb-yaradırlar.
Zərdabidən bizə miras qalan maarifçilik ənənələrini təəssüf ki, bugünki Azərbaycan mətbuatı unudub. Və ya az hallarda buna müraciət edir. Maarifçilik işlərini aparmağın kökündə məhz millətini sevmək və sevdiyin millətin uğrunda fədakarlıq nümayiş etdirmək durur. Sosial məsuliyyəti olan insanlar bu ağır yükün altına çiyinlərini verə bilərlər. Bu fədakarlığı bəzən müasir insanımız qəbul etmir və ya buna sadəlövhlük kimi baxır... Qəpik-quruşla ömrünü bu peşəyə bağlayana, piyada işə tələsən, şəraitsiz evlərində toplumu və xalqını düşündürən məsələləri gündəmdə saxlayan həmkarlarımızın mövcudluğunu görəndə sevinirsən ki, hələ Zərdabilərimiz var. Hələ qonorara deyil, vicdanının sakitliyi və ruhunun rahatlığı üçün çalışan jurnalistlərimiz yox deyil. Cəmiyyətdə birmənalı qarşılanmayan jurnalistlərimizin, çox vicdanlı və şərəfli ömür yolu keçən qələm dostlarımızın xidmətləri hesabına bu gün milli mətbuatımız ayaqdadır. Öz peşəsinin vurğunu və fanatı olan jurnalistlər, alın təri ilə çalışan qələm sahibləri bütün məhrumiyyətlərə baxmayaraq, ictimai vəkilliklərini davam etdirirlər...
Biz jurnalist qurumları olaraq isə onların rifah halı üçün çalışmalıyıq. Son bir ildə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatın inkişafında bir çox xidməti olub. İstər təşkilatlar üçün elan edilən layihələr, istər fərdi yazı müsabiqələri jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edib. Bu tip müsabiqələrin, xüsusən də fərdi jurnalist yazıları müsabiqələrinin keçirilməsi jurnalistlərin həm öz üzərlərində işləmələrinə, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılmasına şərait yaradıb. Ötən bu il ərzində fondun fəaliyyəti ilə mətbuatın inkişafında yeni bir dövr başlayıb. Dövlət tərəfindən yürüdülən mediaya dəstək siyasətinə uyğun olaraq biz - Jurnalist Qadınlar Assosiasiyası 135 illik yubiley ərəfəsində mətbuat işçilərinin mənzil məsələlərini gündəmə gətirib, aidiyyəti orqanlara çatdırmaq üçün qapıları döyməkdən yorulmadıq. Və əlbəttə, gördüyümüz əməyin, zəhmətin qarşılığını gördük. Dövlət başçısının 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn müddəalar AJQA-nın iyun-iyul ayları üçün fəaliyyət planını qurmağa təkan verdi. Bu sərəncamla tanış olduqdan sonra mən çox inanırdım ki, dövlət başçısı bizə - 135 yaşını qeyd edən milli mətbuat nümayəndələrinə öz sürprizini bəxş edəcək. Deyirlər ki, qadınlarda altıncı hiss olur. Ona görə də bayram gününə kimi dövrü mətbuatda çıxışlar edib, aidiyyəti qurumlara öz ısmarıclarımızı verirdik ki, bizim təkliflər dövlət başçısına çatdırılsın. İsti yay günləri həmkarlarımızı birliyə səsləyib: “Birlikdə mənzil məsələsinin həllinə nail olaq”- deyib tədbirlər keçirəndə də görəcəyimiz işin sonunun xeyirlə nəticələnəcəyinə inam hissi bir an belə məni tərk etmədi. Mənə sual verən müxbirlərə də bu cür cavab verirdim: “Mən ümid edirəm ki, dövlət başçısı biz jurnalistlərin rəsmi müraciətinə müsbət cavab verəcək. Buna inanmasaydıq, heç iyulun 16-da “RİA Novosti”nin akt zalında həmkarlarımın və millət vəkillərin iştirakı ilə Dəyirmi masa təşkil edib, mənzil məsələsinin həlli yollarını müzakirə etməzdik”.
Doğrusu, bu inam tam və güclü olmasaydı, o zaman bizə, bu işdə jurnalistlərə mənəvi dəstək olanlara ağız büzənlərin, “bu müraciətin nəticəsi olmayacaq” deyənlərin pessimist notları ilə köklənib 44 dərəcə istidə, bayrama az qalıb deyərək qaça-qaça Prezident Administrasiyasına tanınmış, cəmiyyətdə hörmətlə qarşılanan jurnalistlərin imzaları ilə müraciətimizi çatdırmazdım. Sanki daxili inam bu yolda irəli, yalnız irəli deyirdi.
Mənzil məsələlərinin həlli yolunda apardığımız mücadilədə bir an belə bizi tək qoymayan “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədliyə minnətdarım ki, o, iyun-iyul ayları bu yolda mənim qədər gördüyümüz işin nəticəsi olacağına və vacibliyinə inamla baxdı. Düz bir ay durmadan “Həmkar” rubrikasında jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mövzusunu gündəmdə saxladı. Digər media qurumları bu mövzuya bu və ya digər formada müraciət etdilər. Amma ədalət naminə deyəcəm ki, “Kaspi” qəzeti özünü buna həsr etdi. Eyni zamanda “Səs” xəbər agentliyi, “Hürriyyət”, “Xalq cəbhəsi”, “Şərq”, “Olaylar”, “Palitra”, “Paritet”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri, Modern.az saytı, “Trend” informasiya agentliyi də mənzil məsələsinin həll edilməsi yolunda tutduğumuz movqeni dəstəklədilər. “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təşkilatımızın prezidentə ünvanladığı müraciətin mətnini hazırladı. Hansı ki, bir çox jurnalist bu müraciəti sevə-sevə imzaladı. TV-lər arasında təkcə Xəzər TV mətbuatda çalışanların sosial durumunun müzakirəsinə vaxt ayırdı. “Aktual-Xəbər” verilişini izləyən ziyalılar, ictimai xadimlərdən bizə saysız-hesabsız zəng gəldi. Onlar bizim müraciətə qoşulduqlarını və hətta imzalanma aksiyasında iştirak etmək istəklərini dilə aldılar. Millət vəkili Qüdrət Həsənquliyev sona kimi jurnalistlərin yanında oldu.
Sözsüz ki, ən böyük dəstək məhz prezident cənab İlham Əliyevdən gəldi. Biz jurnalist qadınlarda belə inam vardı ki, prezident inkişaf edən və daim yeniləşən Azərbaycanın vətəndaşları olan, özü də şərəfli vətəndaşları olan jurnalistlərin bugünkü durumuna göz yummayacaq. Necə ki, o bizi bu vəziyyətimizdən çıxarmaq üçün siyasi iradə göstərdi. O, cəmiyyətin aztəminatlı ziyalı təbəqəsi olan jurnalistlərdən gələn təklifə reaksiya verdi. Çünki cənab İlham Əliyev yaxşı bilir ki, hər bir ölkənin mətbuatı onun güzgüsüdür. İnsanların rifah halı yüksəlirsə, demək mətbuatın durumu da bu yüksəlişdən bəhrələnməlidir. Ola bilməz ki, respublikamızın iqtisadi göstəriciləri dünyanın aparıcı dövlətlərinin iqtisadi göstəricilərinə çatsın, amma onun jurnalistləri məişət problemlərinin içində boğulsun, itib-batsın. Dünyanın hər yerində jurnalist toplumun orta sosial təbəqəsinə məxsusdur.
Və bu gün Azərbaycanda da belə bir zərurət yaranmışdı ki, mətbuatda külüng döyənlər orta təbəqə sırasına qaldırılsın. Cəmiyyətin problemlərini üzə çıxaran, dövlətin dördüncü hakimiyyət qolu olan KİV əməkdaşları öz problemlərinin həllinə nail olmaq üçün həmrəylik göstərməli idi. Az-çox dərəcədə bu həmrəyliyə qısa zaman kəsiyində nail olduq. Mənzil məsələsinin dövlət tərəfindən həll olunması fikrimizə bir çox tanınmış imzalar “hə”- dedi. Yaşar Əliyev, Elçin Hüseynov, Qabil, Gülnarə Məmmədzadə, Elçin Mirzəyev, Arzu Şirinova, Pərvanə Sultanova, Cəmaləddin Quliyev, Natiq Məmmədov, Elşad Eyvazlı, Sərkərdə, İlham Quliyev, Almaz Ülvi və adını çəkə bilmədiyin onlarla jurnalist. Hər çəkilən zəhmətin, əməyin diqqətdən kənarda qalmaması üçün etiraf edək ki, bu imzaların, simaların müraciətlərini, ömrünü mətbuata həsr etmiş Azərbaycan vətəndaşlarının problemlərini cənab prezidentə çatdıran, məruzə edən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin də bu işdə əməyi böyükdür. Hər dəfə jurnalistlərlə görüşəndə, müsahibə verəndə “bayram günü sizə böyük sürprizlərimiz olacaq”- deyən Prezident Administrasiyası, ictimai-siyasi şöbənin müdiri, professor Əli Həsənov da illər boyu qələm əhlinin səsləndirdiyi sosial problemlərin həllini tapması yönümdə apardığı fəaliyyəti ilə jurnalistlərin yanında oldu.
Bəli, bu dəstəklərlə yanaşı, 22 iyula kimi büzülən ağızlar var idi. Kimisi dövlətin imkanı yoxdur jurnalistləri evlə təmin etsin dedi. Kimisi dövlətin jurnalistlərin mənzil problemərini həll etməsini asılılıq kimi dəyərləndirdi. Kimisi isə “toxun acdan xəbəri yoxdur” prinsipi ilə yanaşdı həmkarlarının problemlərinə. Rahat, gözəl mənzilində kondisionerin altında sərinlənərək, kirayədə qalan qardaşının halına acımadan belə, onun güzəranını, ağrısını hiss etmədən jurnalistlərə dövlət tərəfindən mənzil verilməsinə qarşı olduğunu dilə aldı. Mətbuatda söz sahibi olan, amma sosial durumundan əziyyət çəkən həmkarlarının qınağından belə çəkinmədi. Amma dövlətin başçısı öz humanist mövqeyini ortaya qoydu. 22 iyul 2010-cu ildə “Gülüstan” sarayında Prezident İlham Əliyevin sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “....mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılsın...” ifadəsini bitirməyə imkan tapmamış onun cümlələri media mənsublarının sürəkli alqışları ilə qarşılandı. Bu alqışlar illər uzunu bu xəbəri gözləyən həmkarlarımın sevinc ifadələri idi. Həsrətin bitdiyi an idi. Cənab prezidentin jurnalistikamızın inkişafı üçün ən böyük töhfəsi idi.
Cənab prezident vətəndaşının qeydinə qaldı. Və öz ədalətli qərarı ilə qəlbləri fəth etdi. Prezident öz vətəndaşlarının sosial qayğılarına həssas yanaşdı və tarixi gündə tarixi qərarı ilə TARİX YAZDI.
Milli mətbuat tarixində ilk dəfədir ki, ölkənin birinci şəxsi düyməni basdı və dövlət mətbuat nümayəndələrinə mənzil tikməyə start verdi. Prezidentin imzaladığı sərəncamla onlarla insanın problemi həllini tapdı.  
Kirayələrdə qalan, 50 yaşını haqlamış və ya bu yaşı aşmış, artıq ümidi üzülmüş abırlı həmkarlarım stimul aldı. Onların gözlərinə parıltı gəldi. Yorğun, tükənmiş həmkarlarım bundan sonra işləməyə güc tapacaqlar.
22 iyul sərəncamı gələcəyə inamı artırdı.
Təşəkkür edirik, cənab prezident!
Çox saq olun ki, siz  22 iyul sərəncamınızla milli mətbuatımızın yaranmasının 135 ilində jurnalistlərə ən böyük müjdə verdiniz!

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova
+  -  Çap 
Yerləşdirilib: 27.07.10 | Baxılıb: 261

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •