Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Vüqar Səfərli: "Jurnalistlər üçün 2 - 3 otaqlı mənzillərin tikilməsi nəzərdə tutulur"
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərlinin Milli.Az xəbər portalına müsahibəsi

- Ölkə başçısının məlum sərəncamları və mətbuatımızın 135 illiyi ilə bağlı görülmüş kompleks tədbirlər media orqanları tərəfindən necə qarşılandı, cəmiyyət tərəfindən hansı reaksiyalar oldu?
- Bildiyiniz kimi, iyunun 10-da cənab prezident İlham Əliyev Milli Mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncam imzaladı. Həmin sərəncamda respublikanın şəhərlərində və paytaxtda yubiley tədbirlərinin keçirilməsi, mətbuat işçilərinin mükafatlandırılması, fəxri adların verilməsi ilə bağlı bəndlər var. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirlər planı imzaladı. Tədbirlər planında respublikanın 8 regionunda tədbirlərin geniş keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlərdən 6-ı Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran və Xaçmazda baş tutdu. Sonuncu tədbir isə 22 iyul tarixində “Gülüstan” sarayında geniş ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə keçirildi.
Ümumilikdə, iyul ayı Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə həsr olunub. Bütün bölgələrdə, hətta nazirliklər və digər qurumlarda bu kimi tədbirlər keçirilərək fərqlənmiş jurnalistlər mükafatlandırıldı.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edilmişdi. “Gülüstan” sarayında keçirilən tədbirdə həmin müsabiqənin 30 qalibi də 1000 manat pul mükafatı və Fondun fəxri diplomu ilə mükafatlandırıldı. Bundan əlavə, mətbuatın bayramında jurnalistlər üçün çox böyük töhfələr oldu, heç kimin gözləmədiyi rəqəmlər səsləndi: 32 gündəlik qəzetin hər birinə 20 000 manat, 10 informasiya agentliyinin hər birinə 10 000 manat olmaqla birdəfəlik yardım ayrıldı. Bundan əlavə, ən çox sevindirici və hamının illər boyu gözlədiyi sərəncam jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı oldu. Prezidentin bu sərəncamına əsasən, mətbuat işçiləri üçün yeni mənzillərin tikintisinə 5 milyon manat vəsait ayrıldı. Vəsaitin fonda keçirilməsi nəzərdə tutulur.

- Dediyiniz kimi, jurnalistlərin çoxdan bəri gözlədiyi və onları daha çox maraqlandıran məsələyə aydınlıq gətirməyinizi istərdik. Jurnalistlər üçün evlərin tikintisinin nə zaman başlanılması və başa çatdırılması nəzərdə tutulur? Bunun üçün yaradılacaq komissiya nə kimi şərtlər tətbiq edəcək və hansı meyarlar nəzərə alınacaq? 

- Artıq bu barədə danışıqlar aparırıq. Yəqin ki, bu həftənin əvvəlindən bizə təklif olunan yerlərlə tanış olacağıq. Münasib yer müəyyənləşdirildikdən sonra həmin yerə uyğun olaraq, tikiləcək binanın proyekti hazırlanacaq. Bundan sonra 5 milyon manata neçə mənzillin tikintisinin mümkünlüyü məlum olacaq. Bununla bağlı biz jurnalist təşkilatları ilə geniş müzakirələr aparacağıq və bu mənzillərin bölünməsi barədə xüsusi komissiya yaradılacaq. toplanmış bütün sənədləri məhz bu komissiya araşdıracaq. Yəqin ki, bu iş fonda həvalə edildiyi üçün sənədlər fondda qəbul olunacaq. Biz sənədlərin hansı formada və qaydada tələb olunduğunu elan edəcəyik. Jurnalistlərimizin illər boyu həsrətlə gözlədiyi, dövlət tərəfindən verilməsini arzu etdikləri mənzil məsələsi artıq reallaşacaq.
Neçə jurnalistin mənzillə təmin olunacağını isə hələlik demək mümkün deyil. Mənzillərin sahəsinə gəldikdə isə 1 - 4 otaqlı deyil, 2 - 3 otaqlı mənzillərin tikintisini nəzərdə tuturuq. Artıq mütəxəssislər məsləhətləşmələr aparırlar. Bundan sonra 5 milyon manata neçə kvadratmetrlik binanın tikiləcəyi məlum olacaq. Proyektlə bağlı ictimaiyyətə və mətbuata mütəmadi olaraq məlumat ötürüləcək. Mənzillər, əlbəttə, mənzilə ehtiyacı olanlara veriləcək. Bu, hələlik, gələcəyin işidir, hazırda təşkilati işlərə başlamalıyıq.

- Prezidentin sərəncamı ilə media orqanlarına birdəfəlik yardım formasında ayrılmış məbləğin bu qurumların inkişafına yönəldilməsi üçün nəzarət mexanizmi varmı? Ümumiyyətlə, belə bir nəzarət həyata keçirilir, yoxsa, dövlət öz yardımını ayırmaqla kifayətlənir?

- Ötən il bu vəsait fondun hesabına ödənilmişdi və biz onu redaksiyalara təqdim edərkən təşkilatın maddi-texniki bazasının yaxşılaşdırılmasının və jurnalistlərin mükafatlandırılmasının birinci növbədə tutulmasını tövsiyə etmişdik. Bu il qəzetlər üçün ötən ilkindən iki dəfə artıq, informasiya agentliklərinə isə ötən ilki məbləğdə vəsait nəzərdə tutulub. Bu vəsait prezidentin ehtiyat fondundan ayrılıb və ona görə də birinci növbədə jurnalistlərin mükafatlandırılması təmin olunmalıdır.

- Fondun keçirdiyi müsabiqələr, əsasən də yazı müsabiqələrinin yekunları sizi qane edirmi?

- Fond vaxtaşırı olaraq fərdi və layihə müsabiqələri keçirir. Ümumiyyətlə, Fondun təşkil etdiyi istər layihə, istər fərdi yazı müsabiqələri jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bilirsiniz ki, 1000 manat az pul deyil. Jurnalistlərin əmək haqqı isə elə də yüksək deyil. Fond məhz fərdi jurnalist yazıları müsabiqələrini keçirməklə onların həm öz üzərlərində işləmələrinə, həm də sosial vəziyyətlərinin yaxşılaşmasına şərait yaradır. Ancaq hələ ki, müsabiqələrin nəticələrindən o qədər də razı deyiləm. Çünki, biz hər istiqamət üzrə iki qalibin seçilməsini nəzərdə tutsaq da, elə istiqamət olur ki, oraya yalnız bir yazı təqdim olunur. Bu sahədə passivlik var. Qəzetlərdə işləyən yeni nəsil jurnalistlərin peşəkarlığı o qədər də yüksək deyil. Onların fəaliyyəti əsasən xəbər hazırlamaqdan ibarətdir. Təhlil və analitik yazı yazan jurnalistlərimiz təəssüf ki, az olduğundan, Fonda təqdim olunan yazılarda bu hal özünü göstərir. Məqsədimiz jurnalistləri maddi cəhətdən maraqlandırmaq, eyni zamanda, onların peşəkarlığının artırılmasına nail olmaqdır. Ötən ilki müsabiqədə 33 qalib seçilmişdi. Bu il isə 17 istiqamət üzrə 34 qalib olmalı ikən, 30 qalib müəyyən olundu. Müsabiqədə elə istiqamətlər var idi ki, ora təqdim olunan yazılar keçid müəyyən olunmuş 10 balı toplaya bilməyib və ya mövzuya uyğun olmayıb. Bu halda, ekspertlər yazını qiymətləndirməyiblər. Biz bu müsabiqələri mütəmadi olaraq keçirməliyik ki, jurnalistlər də bunun bəhrəsini hiss etsinlər. Ümid edirən ki, zamanla bu iş qaydasına düşəcək, növbəti müsabiqələrdə yazıların sayı artacaq və keyfiyyət yüksələcək.

- Növbəti müsabiqə nə vaxt olacaq?

- Biz növbəti müsabiqəni bu ilin sonunda, yəqin ki, oktyabr ayında keçirəcəyik. Konsepsiyada nəzərdə tutulan 19 istiqamətin hər biri üzrə müsabiqə elan edəcəyik. Müsabiqələrə yeni əlavələrimiz də olacaq. İndiyə qədərki müsabiqələrdə region mətbuatı çox zəif iştirak edib. Biz regionlarda olarkən onların təkliflərini nəzərə alaraq müzakirələr etdik. Gələcəkdə müsabiqə keçirərkən hər istiqamət üzrə 2 deyil, 3 qalib nəzərdə tutacağıq və həmin o əlavə olunmuş 1 qalib region jurnalistləri arasından seçiləcək.
Biz müxtəlif dövlət qurumları ilə birgə müsabiqələr də keçiririk. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ekologiya mövzusunda təşkil olunmuş müsabiqədə hər istiqamətdən 3 qalib olmaqla 9 istiqamət üzrə 37 jurnalist mükafatlandırıldı. Onlardan 27-si 1-ci, 2-ci və 3-cü yerlə təltif olundu, 10 nəfər isə həvəsləndirici mükafatlar aldı. Burada birinci yer üçün 1000 manat, 2-ci yer üçün 800 manat, 3-cü yer üçün 600 manat, həvəsləndirici yerlər üçün isə 300 manat pul mükafatı ayrıldı. Ümumilikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 24 min manatlıq mükafat fondu yaradılmışdı.
Fondun Təhsil Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə isə mükafat fondu 8 min manat təşkil edirdi. Müsabiqədə 16 qalib mükafatlandırıldı. Burada da eyni qayda ilə 1-ci, 2-ci, 3-cü yer və həvəsləndirici mükafatlar nəzərdə tutulmuşdu. 1-ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat və 10 nəfər jurnalistə həvəsləndirici mükafat olaraq 300 manat pul təqdim olundu.
Çalışırıq ki, sahələr üzrə nazirliklərlə, komitələrlə birgə müsabiqələr keçirək.

- Bəzən bir sıra beynəlxalq qurumlar tərəfindən Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı neqativ hesabatlar, rəylər verilir. İki gün əvvəl Azərbaycanın dövlət başçısının sərəncamı ilə çoxsaylı jurnalistlər fəxri adlarla, mükafatlarla təltif olundular, media orqanlarına birdəfəlik maddi yardımlar ayrıldı, Mətbuat Şurası yeni gözəl bina ilə təmin edildi, jurnalistlərin məişət-mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcək. Bəs bütün bu islahatları beynəlxalq institutlar necə qiymətləndirirlər, bu uğurları etiraf edirlərmi?

- Əlbəttə, bizi istəməyən özümüzdən olan insanlar var ki, mütəmadi olaraq cəmiyyətdə qeyri-obyektiv fikirlər formalaşdırırlar. Görürsünüz ki, son illər Azərbaycan mətbuatı üçün nə qədər işlər görülüb. Dövlət tərəfindən nə qədər vəsait ayrılıb. Təkcə ötən il fondun yaradılması ilə mətbuatın inkişafında yeni bir dövr başlayıb. Mən hesab edirəm ki, aparılan bu islahatlar medianın inkişafı üçün çox önəmlidir və beynəlxalq təşkilatlar da bunu müsbət qarşılamalıdır.
+  -  Çap 
Yerləşdirilib: 27.07.10 | Baxılıb: 292

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •