Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
İrmatovu mükafatlandırdılar
İslam Kərimov onun dünya çempionatındakı fəaliyyətini dövlət səviyyəsində dəyərləndirib

Özbəkistan prezidenti İslam Kərimov Ravşan İrmatovun dünya çempionatındakı fəaliyyətini dövlət səviyyəsində dəyərləndirib. Ölkə başçısı ona "Uzbekiston İftixori" fəxri adını verib. İrmatov CAR-da keçirilən DÇ-2010-un final mərhələsində 5 matça təyinat almışdı. Köməkçisi Rafael İlyasovun da mundialdakı fəaliyyəti dövlət başçısının diqqətindən yayınmayıb: bu hakim "Dustlik" ordeniylə təltif edilib. Respublikanın prezident aparatının bununla bağlı yaydığı bəyanatda belə deyilir: "Futbol üzrə 19-cu dünya çempionatı Özbəkistan futbolsevərlərinə yetərincə müsbət emosiyalar bəxş etdi. Bunun əsas səbəbi isə Ravşan İrmatovun belə böyük turnirdə yüksək səviyyəli hakimlik nümayiş etdirməsi oldu. O, ədalətli hakimliyi ilə milli futbolumuzu bütün dünyaya tanıtdı. İrmatov futbolumuzun beynəlxalq arenadakı imicinin daha da yüksəlməsində mühüm rol oynayıb. Sözsüz ki, onun ölkədəki hakimlik məktəbinin inkişafında da müstəsna xidmətləri var".
Burda bir sıra maraqlı məqamları xatırlatmaq zəruridir. DÇ-2010-un CAR və Meksika yığmaları arasındakı açılış matçı məhz İrmatova həvalə edilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, həmyerlisi İlyasov onun təyinat aldığı matçlarda bacarığını nümayiş etdirmişdi. Xüsusi vurğulayaq ki, onların təyinat aldığı oyunlarda digər laysman funksiyasını qırğızıstanlı Bahadır Kuçkarov yerinə yetirmişdi. Bu hakimlər briqadasının yüksək səviyyəli matçlarda minimum səhvə yol verdiyini də xatırladaq. Hər halda, Orta Asiyadan olan referilərin fəaliyyəti ekspertlər, jurnalistlər və azarkeşlər tərəfindən ümumilikdə yüksək qiymətləndirilmişdi. Onu da bilin ki, İrmatov dünya çempionatları tarixinə bir turnir ərzində 5 matça təyinat alan 3-cü hakim kimi düşüb. Özbək referidən əvvəl argentinalı Orasio Elisondo və meksikalı Benito Arçundiya da belə göstəriciylə öyünürdü.
+  -  Çap 
Yerləşdirilib: 23.07.10 | Baxılıb: 49

ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: