|
Mişel Platini avqustun 9-da Gürcüstana səfər edəcək. Gürcüstan Futbol Federasiyasının (GFF) bununla bağlı yaydığı bəyanatda UEFA prezidentinin səfərinin ölkə futbolunun inkişafı baxımından böyük əhəmiyyət daşıyacağı vurğulanır. GFF prezidenti Zviad Siçinavanın dediyinə görə, təmsil etdiyi qurum Avropa Liqasının 2012/13 mövsümünün final matçının paytaxt Tiflisdə keçirilməsi üçün əlindən gələni edəcək. Cənubi Qafqaz ölkəsinin Gənclər və İdman Nazirliyinin ali rəhbəri Vladimir Vardzelaşvili bu haqda jurnalistlərə belə deyib: "Əlbəttə, bu ideya bizim üçün çox əlamətdardır. Hər halda, müvafiq təkliflə çıxış edəcəyik. Amma Platininin avqustda ölkəmizə səfəriylə xoş xəyallarımızın böyük ölçüdə reallığa çevrilmək şansının artacağını düşünmək də sadəlövhlük olardı".
|