Çempionumuz “Lex” səddini aşmağa çox yaxın oldu
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ümumi nəticə baxımından cüzi gözlənilməzliklər qeydə alındı. Əksər favoritlər statusunu doğruldaraq növbəti mərhələyə vəsiqə qazandı. Düzdür, reytinqi yüksək olan bir çox çempionlar, "İnter"i yalnız oyunsonrası penaltilər seriyasında üstələyən "Lex" kimi, mərhələ adlamaq üçün yetərincə "tərlədi". "Ekranas" ilə "Bohemians" isə statusunu doğrulda bilmədi. Maraq üçün onu da qeyd edək ki, postsovet məkanından olan 6 çempion mübarizəni bu mərhələdə dayandırdı. Mərhələ adlayan sabiq ittifaq komandaları isə BATE, "Şerif" və "Aktobe" oldu.
2-ci təsnifat mərhələsi, cavab oyunları
Pünik (Ermənistan) - Partizan (Serbiya) 0:1 (1:3)
Kleo, 45+4.
Olimp (Gürcüstan) - Aktobe (Qazaxıstan) 1:1 (0:2)
Rexvişavili, 30 - Tleşev, 90.
Jöness (Lüksemburq) - AİK (İsveç) 0:0 (0:1)
HİK (Finlandiya) - Ekranas (Litva) 2:0, əlavə vaxtda (0:1)
Y.Oyala, 77. Şidlauskas, 119-öz qapısına.
Jilina (Slovakiya) - Birkirkara (Malta) 3:0 (0:1)
Pyaçek, 21. Lyetava, 77. Oravets, 90+2.
Debretsen (Macarıstan) - Levadiya (Estoniya) 3:2 (1:1)
Kulibali, 24. Mbenqono, 32. Sokay, 55 - Nahk, 3. Leytan, 53.
Sparta (Çexiya) - Metallurq (Latviya) 2:0 (3:0)
Mateyovski, 12. Zeman, 43.
Jelezniçaa (Bosniya və Herseqovina) - Hapoel (Təl-Əviv, İsrail) 0:1 (0:5)
Duqlas, 76.
Rusenboaq (Norveç) - Linfild (Şimali İrlandiya) 2:0 (0:0)
Pritsa, 32. Henriksen, 87.
Hafnaafyoadur (İslandiya) - BATE (Belarus) 0:1 (1:5)
Rodionov, 15.
Lex (Polşa) - İNTER (AZƏRBAYCAN) 0:1, p. - 9:8 (1:0)
Karlson, 84.
İlk oyunları iyulun 27-28-nə təyin edilən 3-cü təsnifat mərhələsində bu komandalar üz-üzə gələcək: Ayaks (Hollandiya) - PAOK (Yunanıstan), Dinamo (Ukrayna) - Gent (Belçika), Yanq Boyz (İsveçrə) - Fənərbaxça (Türkiyə), Braqa (Portuqaliya) - Seltik (Şotlandiya), Unirya (Rumıniya) - Zenit (Rusiya), Sparta - Lex, Aktobe - Hapoel T-Ə, Şerif - Dinamo (Xorvatiya), Liteks - Jilina, Debretsen - Bazel (İsveçrə), AİK - Rusenborq, Partizan - HİK, BATE - Kopenhagen (Danimarka), Nyu Seynts - Anderlext (Belçika), Omoniya - Zaltsburq.