Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Türkiyə Qərbdən üz döndərir?
Riçard Armitac narahatlığın mənbələrindən danışıb

ABŞ dövlət katibinin keçmiş müavini, Amerika-Türkiyə Şurasının sədri Riçard Armitac Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlərin bugünkü durumunu şərh edib. BMT Təhlükəsizlik Şurasında İranla bağlı səsvermədən sonra ABŞ-Türkiyə münasibətləri daha bir gərgin dövrdən keçir. Türkiyə və İsrail arasında münasibətlərin pisləşməsi narahatlığa daha bir səbəbdir. Vaşinqtonun bu məsələlərlə bağlı mövqeyini şərh edən Amerika-Türkiyə Şurasının sədri Riçard Armitac həqiqətən də hazırda gərgin bir durumun yaşandığını bildirir: «İlk növbədə bildirmək istəyirəm ki, həqiqətən də münasibətlər çətin bir mərhələdən keçir. Lakin eyni bir vaxt ərzində çox hadisə baş verdi. Flotiliya problemi, səkkiz türk vətəndaşı və bir Amerika vətəndaşının həlak olmasını götürək. Bu problem BMT-də sanksiyalarla bağlı səsvermə ilə üst-üstə düşdü. Amerikalıların çoxu bunu belə qəbul edir ki, NATO-da biriksə, bir-birimizi dəstəkləməliyik. Bu deyilən halda Ankara və Vaşinqton arasında anlaşılmazlıq baş verib. Məsələn, İranla bağlı səsverməyə gəldikdə, mən belə başa düşürəm ki, Vaşinqton Türkiyənin vasitəçiliyini istəyirdi. Lakin İrana münasibətdə ortaya daha ciddi məsələlərin qoyulduğu haqda Ankaranı kifayət qədər məlumatlandırmamışdıq. Buna görə Ərdoğanın yəqin ki, Vaşinqtondan təşəkkür gözlədiyi halda bunun əvəzinə o, «sağ olun, lazım olmadı» cavabını aldı. Nəticəsi o oldu ki, Türkiyənin səsvermədə yox deməsinə gətirib çıxaran bir sıra anlaşılmazlıqlar oldu. Amma bunu üstələyəcəyimizə yaxşı işarələr var. Fikrimcə, Obama və Ərdoğan Torontoda bunları arxada qoyub daha normal münasibətlərə qayıtmaq istəyini açıq nümayiş etdirdilər. Mən bilirəm ki, flotiliya məsələsində çətinlik yaransa da, baş nazir Ərdoğan ertəsi gün kömək və Türkiyə vətəndaşlarının azad edilməsi üçün Əhmədinejada deyil, Obamaya zəng vurdu və prezident Obama bu məsələni 24 saat ərzində həll etdi. Buna görə də hesab edirəm ki, irəliyə getmək üçün kifayət qədər əsas var. Lakin gərginliyin olduğu ilə razılaşmaya bilmərəm».
Qeyd edək ki, ABŞ dövlət katibinin yardımçısı Filip Qordon deyib ki, o, Türkiyənin NATO, Avropa və ABŞ-a sadiq olduğuna arxayındır, lakin bunu nümayiş etdirmək lazımdır. Bəs Vaşinqton Türkiyənin Qərbdən uzaqlaşdığı haqda fikrə necə münasibət bəsləyir, bunun üçün əsas varmı? Riçard Armitac mövcud narahatlığın bir neçə müxtəlif mənbəyi olduğunu göstərir: «Çox uzun müddətdir amerikalılar da, türklər də arxayın idilər ki, Türkiyə NATO-nun cənubda güclü üzvüdür. Lakin “soyuq müharibə” dövrünün bu konteksti dəyişib. Mənə elə gəlir ki, Vaşinqtonda çox adam bunu başa düşmür. Bu, birinci səbəbdir. İkincisi, tamamilə aydındır ki, ABŞ-ın Türkiyənin Avropa Birliyinə üzvlüyü səyləri yaxın zamanlarda baş tutmayacaq. Qısa zamanda Türkiyə Avropa Birliyinin üzvü olmayacaq. Bu, artıq hamıya aydındır, türklərin özünə də aydındır, lakin bu o demək deyil ki, Türkiyə Qərbi sevmir. Eyni zamanda, şərqdə və cənubda da imkanlara baxmaq lazımdır. Fikrimcə, Türkiyəyə iqtisadi baxımdan yaxşı inkişaf etmiş, coğrafi və siyasi cəhətdən müsbət mənada öz gücünü hiss edən, lakin eyni zamanda, başqa istiqamətlərdə də yaxşı münasibətləri olan bir ölkə kimi baxmalıyıq. Bu isə o demək deyil ki, Türkiyə Qərb yönümündən üz döndərir”. Armitac ABŞ və Türkiyə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyi və ikitərəfli münasibətlərin qarşıdan gələn Amerika-Türkiyə konfransında geniş müzakirə ediləcəyinə ümid bəslədiyini bildirib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 23.07.10 | Baxılıb: 300

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •