Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rusiyada Su Elektrik Stansiyası partladıldı
Terrorçuların kimliyi müəyyənləşdirilib

İyulun 21-də səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan Su Elektrik Stansiyasında (SES) iki partlayış baş verib. Rusiya mətbuatının Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı xəbərə görə, ilk partlayış Moskva vaxtı ilə saat 05:20, ikinci isə təqribən 06.00 radələrində qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində ən azı iki nəfər həlak olub ki, onların da stansiya əməkdaşları olduqları bildirilir. İlkin məlumatlara əsasən, SES-in ərazisi silahlı şəxslər tərəfindən ələ keçirilib. Şimali Qafqaz dairəsinin güc strukturlarında hesab edirlər ki, bu, terror əməliyyatı olub. Onların fikrincə, partlayışların həyata keçirilmə sxemi ona dəlalət edir ki, bu, yaxşı planlaşdırılmış terror əməliyyatıdır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mətbuat xidmətinin rəhbəri Oleq Qrekovun məlumatına görə, SES-də baş verən partlayışlardan sonra əhali və ərazi üçün heç bir təhlükə yoxdur. Kabardin-Balkarın güc strukturlarındakı mənbənin verdiyi məlumata görə, hadisə baş verən zaman iki silahlı şəxs SES-in iki mühafizəçisinə atəş açıb, onların silahlarını ələ keçirib və SES-in ərazisinə keçiblər. Daha sonra onlar stansiyanın daha iki əməkdaşını döyərək SES-in maşın zalını minalayıblar. Və bir qədər sonra bir neçə partlayış baş verib.
Rusiya mətbuatının məlumatına görə, Baksan SES-ə hücumdan qabaq şəhərin milis bölməsi atəşə tutulub. Ehtimallara görə, hər iki hadisədə eyni şəxslər iştirak edib. Regionun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saat 03.15 radələrində Baksan şəhər Daxili İşlər İdarəsinin binası minaatandan atəşə tutulub. Hadisə nəticəsində zərərçəkən olmayıb. İstisna olunmur ki, söhbət dəqiq şəkildə planlaşdırılmış terror aktından gedir. Hazırda partlayışdan sonra SES-də baş verən güclü yanğın artıq söndürülüb.
Son məlumatlara görə, istintaq Kabardin-Balkariyada Baksan Su Elektrik Stansiyasına hücumun ehtimal olunan təşkilatçılarını müəyyənləşdirib. Bunu “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb. Terror aktının iştirakçıları da artıq müəyyənləşdirilib. Olayın təşkilatçısı və iştirakçılarının adları istintaq maraqlarına görə açıqlanmır.
 
+  -  Çap 
Yerləşdirilib: 22.07.10 | Baxılıb: 158

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •