Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Təhlükəsizlik əfqanlara tapşırılır
Amma beynəlxalq nəzarət qalmaq şərti ilə

Kabulda donor ölkələrin sayca doqquzuncu beynəlxalq konfransı başa çatıb. NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, təhlükəsizlik məsələlərinə nəzarət Əfqanıstan hökumətinə təhvil verilsə belə, beynəlxalq hərbi kontingent burada qalacaq. Onun sözlərinə görə, hərbçilər burada köməkçi rolunu oynayacaqlar.
Tədbirin sonunda 2010-cu ilin sonuna kimi təhlükəsizliklə bağlı səlahiyyətlərin Əfqanıstan rəhbərliyinə verilməsini nəzərdə tutan kommunike də imzalanıb. 2014-cü ilin sonuna kimi Əfqanıstan hərbçiləri müstəqil şəkildə burada döyüş əməliyyatlarını aparmalı olacaqlar. ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq ictimaiyyəti Əfqanıstanda taliblərlə mübarizədə səyləri birləşdirməyə çağırıb. Öz növbəsində Əfqanıstan prezidenti Həmild Kərzayi bu problemin tez bir zamanda həllinə çalışdığını bəyan edib. 70 dövlət və beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı tədbirdə Kərzayi dünya ictimaiyyətini inandırmağa çalışıb ki, yerli hüquq-mühafizə orqanları 2014-cü ildə müstəqil şəkildə vəziyyətə nəzarət edə biləcəklər.
Yeri gəlmişkən, tədbirdə ən əhəmiyyətli məsələ Rusiyanın Əfqanıstanın təxminən 12 milyard dollarlıq borcunu silməsi olub. Bunu Kabuldakı Əfqanıstan üzrə konfransda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Moskva bəyan edir ki, o, Əfqanıstana əməli kömək edir. Bununla belə, müşahidəçilərə görə, Rusiya NATO-ya yükdaşımalarda kömək etsə də, onunla Qərb arasında Əfqanıstanla bağlı mühüm fikir ayrılıqları da var. Rusiyanın xarici işlər naziri Sergey Lavrova görə, ancaq bu il Moskvanın sildiyi borcun miqdarı təxminən 1 milyard dollar təşkil edib, ümumən isə silinən borc təxminən 12 milyarda yaxındır. Əfqanıstanın bu borcu hələ sovetlər dövründə yaranıb. Bəzi əfqan ictimai xadimlərinə görə, ölkəyə hərbi müdaxiləylə vurulan zərərə görə Rusiya reparasiya verməlidir. Moskvalı əfqanşunas alim Viktor Korqun borc və mümkün təzminatlar haqda fikirlərini belə əsaslandırıb: «Borcun əsas hissəsi silinib, ancaq bir hissə qalıb və onu Əfqanıstan 25 il müddətində verməlidir. Reparasiyalara gəldikdə, Rusiya həmişə deyib ki, onun Əfqanıstana sovet müdaxiləsinə görə heç bir təzminat vermək öhdəliyi yoxdur. Sovet müdaxiləsi dövründə Əfqanıstanda tək Rusiya olmayıb, əks tərəfə başqaları kömək edib, məntiqə görə əgər təzminat məsələsi qalxsa, hamı ödəməlidir»-deyə Korqun vurğulayıb. Rəsmi Kabul isə bu məsələni qaldırmır. Ekspertlərə görə, Rusiyanı Əfqanıstanda daha çox narahat edən başqa məsələlərdir. Moskvalı şərqşunas Vitali Naumkin bildirib ki, Rusiya Əfqanıstandakı yenidənqurma işlərində müəyyən sayda kontraktları əlinə keçirmək istəyir: «Ancaq burada hər şey elə də asan deyil. Rusiyada bir çoxlarının zənnincə, Moskvanı işə çox elə yaxın buraxmırlar, üstünlük Qərb şirkətlərinə verilir. İkinci məqam narkotik maddələrlə bağlı fikir ayrılığıdır. Rusiya müvafiq əkinlərin tamamilə yox edilməsini istəyir, ancaq Qərb bir qədər başqa fikirdədir».
Ekspertləri isə bir sual düşündürür? Görəsən, fövqəldövlətləri Əfqanıstana nə cəlb edir? Amerikalı ekspert Ceyms Vulf bu qənaətdədir ki, bu ölkə çox böyük təbii ehtiyatlara malikdir. Bu səbəbdən də onlar belə bir regionu əldən buraxmaq istəmirlər. Burada qızıl, miss, molibden yataqlarının aşkar olunması dünya dövlətlərinin diqqətini Əfqanıstana yönəldib.
+  -  Çap 
Yerləşdirilib: 22.07.10 | Baxılıb: 170

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •