Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası jurnalistlər arasında keçirdiyi müsabiqəsinin nəticələrini açıqlayıb.

İyulun 20-də “Park İnn” otelində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə media qurumlarının rəhbərləri, QHT nümayəndələri, millət vəkilləri də iştirak edib. Şuranın sədri, millət vəkili Azay Quliyev mərasimdə çıxış edərək milli mətbuatımızın yaranma tarixindən və hazırkı inkişafından danışıb. O, çıxışında Azərbaycanda üçüncü sektorun yeni olduğunu və cəmiyyətin bu sahədə maarifləndirilməsinin zəruriliyindən danışıb. Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının ölkə jurnalistləri arasında keçirdiyi müsabiqənin də məhz bu məqsədə xidmət etdiyini söyləyib. Daha sonra müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndirən münsiflər heyətində təmsil olunan redaktorlar çıxış ediblər. Bildirilib ki, bu müsabiqəyə 30-dan çox yazı təqdim olunub. Onlardan 6-sı qalib elan olunub. Müsabiqədə I yerə “Lent.az”-ın əməkdaşı Elxan Salahov və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, II yerə Rövşən Hacıbəyli (“Azadlıq” qəzeti) və Aytən Fərhadova (“Ekspress” qəzeti), III yerə Rəşad Süleymanov (APA İnformasiya Agentliyi) və Fərəh Sabirqızı (“Modern.az”) layiq görülüb. Bundan başqa, daha 10 jurnalist həvəsləndirici mükafatlara layiq görülüb. Bunlar Famil Cəfərli (“Yeni Müsavat” qəzeti), Zahir Əmənov (“Cənub xəbərləri” qəzeti), Qalib İbrahimoğlu (“Ekspress” qəzeti), Sevinc Mürvətqızı və Pərvanə Sultanova (“525-ci qəzet” ) Şücəddin Şərifov və Alı Rza (“Azadlıq” qəzeti), Zülfiyyə Quliyeva (“Mərkəz” qəzeti), İlkin Ağayev (“Palitra” qəzeti), Nadir Azəri (“Yeni Azərbaycan” qəzeti) həvəsləndirici mükafat alıb. Mərasimdə diqqət çəkən məqamlardan biri münsiflər heyətində təmsil olunanların adlarının açıqlanması olub. Müsabiqəyə təqdim edilən yazıları “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova və telejurnalist Sevinc Osmanqızı qiymətləndirib.
+  -  Çap 
Yerləşdirilib: 21.07.10 | Baxılıb: 357

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •