Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Görüş baş tutsa da, nəticə olmadı. . .
Politoloqların fikrincə, nazirlərin görüşü ona görə müsbət nəticələnmədi ki, Azərbaycan tərəfinin ərazi bütövlüyündən çox danışması ermənilərə xoş gəlmir

ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Almatıda keçirilən görüşü gözləntilərin əksinə olaraq nəticəsiz başa çatdı. Ermənistan hər dəfə olduğu kimi, bu dəfə də danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirdi. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu XİN rəhbərlərinin görüşünün nəticəsiz başa çatacağının gözlənildiyini qeyd edib: «ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin prezidentləri iyunun 26-da birgə bəyanat yaydılar. Orada Minsk qrupuna üzv dövlətlərinin XİN rəhbərlərinə birgə görüşünün keçirilməsi xahişi edildi. Dövlət başçıları elə fikirləşirdilər ki, bu görüşdən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh sazişi üzərində işlərə başlayacaqlar. Azərbaycan da bu görüşə razılıq verdi. Görüş baş tutsa da, ortada nəticə olmadı. Növbəti dəfə Ermənistanın cığallığı ucbatından bu görüş nəticəsiz oldu. Nazirlərin görüşü ona görə müsbət nəticələnmədi ki, Azərbaycan tərəfinin ərazi bütövlüyündən çox danışması ermənilərə xoş gəlmir. Həmsədr ölkələrin verdikləri bəyanatda altı müddəa var və onların birincisindən - torpaqların geri qaytarılmasından çox danışılır. Təəssüf ki, Ermənistan toplantıdan olan gözləntiləri yerə vurdu. Ən pis odur ki, ATƏT-ə üzv olan ölkələrin XİN rəhbərləri Ermənistana «gözün üstə qaşın var» demədi».
Qeyd edək ki, Almatı sammitindən əvvəl belə bir fikir formalaşmışdı ki, sammitdə Dağlıq Qarabağla bağlı müsbət irəliləyişlər olacaq. Lakin bu belə olmadı. Bu məsələdə Qərbin, yoxsa Rusiyanın günahı var» sualını cavablandıran politoloq Qərbin Rusiyanın ön plana çıxmasında maraqlı olduğunu vurğulayıb: «Qərbdə başa düşürlər ki, onlar Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilməyəcəklər. Həmsədr ölkələrin XİN rəhbərlərinin Almatıda yaydıqları bəyanatda da belə bir fikir var ki, ABŞ və Fransa Rusiya prezidenti və xarici işlər nazirini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki göstərdiyi rola görə xüsusi təşəkkür edirlər. ABŞ və Fransa işin yaxşı və pis tərəfini Rusiyanın üzərinə atırlar. Ona görə də mən hesab edirəm ki, münaqişənin həllində əsas məsuliyyət Rusiyanın üzərindədir. Danışıqlar prosesində müsbət nəticə alınsa, «sağ ol»u Rusiya qazanacaq. Müsbət nəsə alınmasa da, hamıdan çox məsuliyyəti Rusiya daşıyacaq. Amma burada bir məsələ var. Ermənilərin xoşladığı bəyanatı sonuncu dəfə amerikalı həmsədr Robert Bradke səsləndirdi. O, prezidentlərin elan etdiyi altı prinsiplərin dəyişdiriləcəyini ortaya atıb. Belə ki, o, əvvəlcə Dağlıq Qarabağın statusu, sonra torpaqların geri qaytarıla biləcəyi fikrini səsləndirdi. Bu, ermənilərin iddiasıdır ki, əvvəlcə status müəyyən olunmalı, sonra torpaqların azad olunması mümkündür. Halbuki, həmsədr dövlətlərin prezidentlərinin imzaladığı sənəddə bunun əksi göstərilir. Orada qeyd olunub ki, əvvəlcə torpaqlar azad olunmalı, sonra digər məsələlər nəzərdən keçirilməlidir. Bradke isə öz prezidentinin qol çəkdiyi sənəddəki kimi yox, Ermənistanın arzuladığı kimi danışdı. O baxımdan mən elə başa düşürəm ki. Almatıda görüşünün nəticəsiz qalmasının əsas səbəbkarı ABŞ-dır».
Danışıqların prespektivi məsələsinə də toxunan politroq vurğulayıb ki, danışıqlar davam edəcək: «Azərbaycan tərəfinin danışıqlardan imtina edəcəyini sözün açığı mən gözləmirəm. Ermənistanın da danışıqları dayandıracağı gözlənilmir. Danışıqların davam etdirilməsi istiqamətində işlər davam edəcək. Burada bir məsələ var. Tutaq ki, sabah Minsk qrupu həmsədrləri nə adla tərəfləri görüşə çağıracaqlar? Motiv nə olacaq? Mən elə başa düşürəm ki, münaqişənin tənzimlənməsində danışıqların rolu tamam azalır. Bu danışıqlar rəmz xarakter daşıyır və tama simvolik hala keçir. Həmsədrlərin tutduğu mövqedən bir nəticəyə gəlmək olar. Yəni, bu vaxta qədər dünya dövlətləri əgər qan tökülən münaqişələrlə məşğul idilərsə, (İraq, Əfqanıstan-müəl) indi bunların deməyindən belə çıxır ki, ay Azərbaycan və Ermənistan siz də Dağlıq Qarabağı qan verən yerə çevirin .Bu zaman sizin münaqişənin həlli ilə daha ciddi məşğul olacağıq. Bu səbəbdən də mən danışıqların müsbət perspektivlərini görmürəm. Elə başa düşürəm ki, münaqişənin həlli artıq müharibə relsinə keçir». Digər politoloq Qabil Hüseynli isə Almatı görüşündən əvvəldən də gözləntilərinin olmadığını deyib: «Məsələ Rusiyanın problemlə bağlı yeni təkliflər irəli sürməsi ilə əlaqədardır. O təkliflər də Rusiya prezidenti Dmitri Medvedyevin sentyabr ayında İrəvana və Bakıya səfəri zamanı açıqlanacaq. Artıq Almatı görüşü ərəfəsində bu, mətbuata ötürülmüşdü. Ona görə də ermənilər Almatıdakı 3+2 formatındakı danışıqları tamamilə pozan bir mövqe tutdular və yeniləşmiş Madrid prinsipləri əsasında irəli sürülən müddəaların müzakirəsinə baş qoşmadılar. Nəticə etibarilə görüşdə Azərbaycanın təklif etdiyi bir sıra məsələlər, o cümlədən Kəlbəcər və Laçının, eləcə də digər rayonların qaytarılması ilə bağlı müzakirələr baş tutmadı. Ermənistan tərəfi yalnız bir şeyi təklif edir: Dağlıq Qarabağa status verilsin və bu statusu müəyyən edəcək detallar müzakirə edilsin. İşğalçının ittiham edilməsi əvəzinə, işğal faktının gerçəkləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və buna da 3 həmsədr ölkənin xarici işlər nazirinin heç bir müqavimət göstərməməsi özü ciddi təəssüf doğurur. Necə ola bilir ki, Azərbaycanın 20 faiz torpağını işğal etmiş bir dövlətin xarici işlər naziri uzun illərdir ki, birbaşa işğal faktını təsdiqləyib praktiki reallığa çevirə biləcək təkliflərdən başqa heç bir təklif eşitmək istəmir.
Politoloq görüşün sonunda həmsədr ölkələrin XİN rəhbərlərinin verdiyi bəyanata da toxunub. Onun sözlərinə görə, bəyanatda münaqişənin həlli üçün kifayət qədər əsaslar var. Q.Hüseynli danışıqların uğursuzluğunda Qərbin və yaxud Rusiyanın roluna da toxunub: «Ermənistan çox hiyləgər siyasət aparır. Qərbin mövqeyindən istifadə edir, amma daha çox Rusiyadan yararlanır. Ermənistan faktiki olaraq Rusiyanın bir quberniyasıdır. Ermənistanda bütün proseslər Kremldən tənzimlənir və bütün təlimatlar da oradan gəlir. İndiki halda da Dağlıq Qarabağın nizamlanmasını bütünlüklə əlinə almış Rusiya prosesin həlli ilə özü məşğul olmaq istəyir. Bu səbəbdən də qeyd etdiyim kimi, sentyabrda Medvedyevin Bakıya və İrəvana səfəri zamanı yeni formulanı ortaya atıb, problemin həllinə cəhd edəcəklər. Ermənistan bu cür halaypozanlıq edirsə, sözsüz ki, Rusiyaya arxalanır, eyni zamanda Fransadan böyük siyasi dəstək alır. Amerikanın da mövqeyi Ermənistanın maraqlarına tam cavab verir. Buna görə də dünyanın bu məsələyə münasibətdə tutduğu mövqe beynəlxalq hüquq normalarına, Helsinki yekun aktının müddəalarına ziddir». Milli Məclisin üzvü Fazil Mustafa «Day. az»a açıqlamasında Almatı görüşünə münasibət açıqlayıb. O bildirib ki, Almatı görüşü göstərdi ki, münaqişə tərəfləri problemin həlli ilə bağlı razılaşmadan çox uzaqdırlar. Onun sözlərinə görə, həmsədr ölkələrin XİN rəhbərlərinin görüşdən sonra qəbul etdikləri bəyanat Azərbaycanın maraqlarına ziddir və onların danışıqlar prosesində qeyr-səmimiliyini göstərir: «Hamıya bəllidir ki, vasitəçilər Ermənistan üçün üstünlüklər axtarışındadırlar. Onlar öz fəaliyyətlərinə nə qədər obyektivlik vermək istəsələr də, bu dəfə də antiazərbaycan mövqedən çıxış etdilər. Ermənistan isə münaqişənin həllini uzatmaq istiqamətində stimul əldə etdi». Parlamentarinin qənaətincə, Azərbaycanın yolu danışıqlar prosesində öz mövqeyini sərtləşdirmək olmalıdır: «Maraqlıdır ki, danışıqlardan əvvəl Azərbaycan bəyan edirdi ki, bir sıra rayonların geri qaytarılması həll olunub. Ermənistan isə bildirirdi ki, işğal olunmuş ərazilərin geri qaytarılması ümumiyyətlə müzakirə olunmur. Yəni, danışıqlarda vəziyyət Azərbaycanın xeyrinə olmayan tərzdə dəyişir». Deputat vurğulayıb ki, yaxın gələcəkdə erməni tərəfdən danışıqlar prosesində irəliləyişlərə doğru addım atacağını gözləmir. Onun qənaətincə, həmsədrlərin son bəyanatı da üzv dövlətlərin prezidentlərinin ardıcığılın olmadığını üzə çıxardı.
Digər bir deputat Fəzail Ağamalı isə Almatı görüşündən əvvəldən heç bir nəticə gözləmədiyini bildirib: «Yalnız  o səbəbdən ki, ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda nüfuz mübarizəsi davam edir. Bu mübarizə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa təsir göstərir». Onun sözlərinə görə, regionun geopolitik əhəmiyyətini başa düşən ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Rusiya isə ABŞ-ın regiona daxil olmasına yol vermək istəmir: «Digər tərəfdən Ermənistan işğalçı siyasətindən əl çəkmir və işğal olunmuş Azərbaycan torpaqlarını müzakirə etmək istəmir. Ermənistandakı hakimiyyət isə Moskvadan idarə olunur. Təəssüf ki, Rusiya münaqişənin ədalətli həllində maraq göstərmir». Onun fikrincə, Rusiya Qarabağ probleminin həllinə razılıq verməyənə kimi, Ermənistan prezidenti və XİN rəhbərindən danışıqlar prosesində konstruktiv nəsə gözləmək əhəmiyyətsizdir.


Azər NURİYEV 
+  -  Çap 
Yerləşdirilib: 20.07.10 | Baxılıb: 268

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •