Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycan Qafqazın ən xoşbəxt ölkəsidir
«Gallup»ın xoşbəxtlik siyahısında Azərbaycan Ermənistan və Gürcüstanı geridə qoyub. Ermənistan 155 ölkə arasında 110-cu, Gürcüstan isə 115-ci yerdədir

ABŞ-ın sosioloji araşdırmalarla məşğul olan «Gallup» mərkəzi xoşbəxtlərin siyahısını hazırlayıb. Mərkəz bu işin öhdəsindən gəlmək üçün 2005-2009-cu illər ərzində 155 ölkədən olan minlərlə insanı sorğu-sual edib. Vətəndaşlardan əsasən özlərini gündəlik həyatda nə qədər xoşbəxt hiss etdikləri soruşulub.

Əvvəlcə respondentlərdən onların həyatlarını tam təmin etmək üçün lazım olan şeyləri soruşublar və cavablardan istifadə edərək 1-dən 10-a kimi «həyat qiymətləndirməsi» cədvəli tərtib ediblər. Daha sonrakı sual insanların lazım hesab etdikləri həmin şeyləri gündəlik həyatlarında nə dərəcədə hiss etdikləri ilə bağlı olub. Bu cavablar əsasında isə tədqiqatçılar insanların «gündəlik təəssüratlarını» müəyyənləşdiriblər. Məsələn, yaxşı istirahət ediblərmi, ağrısız olublarmı, intellektual məşğuliyyətləri olubmu və s.
Bütün bu suallar əsasında müəyyən olunub ki, dünyanın xoşbəxtləri Skandinaviya ölkələridir. Birinci yerdə Danimarka, 2-ci yerdə Finlandiya, 3-cü yerdə isə Norveç gəlir.
Hətta bu yaxınlarda futbol üzrə Dünya Kubokunu qazana bilməmələri də hollandlarda ruh düşgünlüyü yaratmayıb. Onlar da dünyanın ən xoşbəxtləri sırasındadırlar, siyahıda 5-cidirlər.
Kubokun sahibi İspaniya isə vətəndaşlarını qürurlandırsa da, deyəsən qalibiyyət hissi onlara tanış olmayan bir hissdir. Çünki bu ölkənin vətəndaşları özlərini xoşbəxt hiss etmək baxımından 43-cüdür, siyahıda olan 21 Avropa ölkəsi arasında isə 17-cidir.
«Skandinaviya ölkələri həqiqətən də, buna müvəffəq olublar» - «Gallup» mərkəzinin baş alimi, tədqiqatda iştirak etmiş Cim Harter belə deyir: «Bütün məlumatlara nəzər salanda bu ölkələrin digərlərinə nisbətən yüksək göstəriciyə malik olmasının bir səbəbi də gəlirlə rifah arasındakı əlaqədir».
«Gallup» tədqiqatçıları çoxlarının uzun müddətdir şübhələndiyi bir məsələnin sübutunu tapıblar: pulla xoşbəxtlik almaq mümkündür - ən azından xoşbəxtliyin müəyyən növünü. Araşdırma zamanı tədqiqatçılar böyük həə daxili məhsulu olan ölkələrin vətəndaşlarının rifah yüksəkliyinə nail olmalarının səbəblərini öyrəniblər və nəticədə həyat məmnunluğu ilə gəlir arasında assosiasiyanın olduğunu üzə çıxarıblar.
Həqiqətən də Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatına görə, dünyanın ən xoşbəxti - Danimarkada 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsul 36 min Amerika dollarına bərabər olub. Bu göstəriciyə görə o, Mərkəzi Kəşfiyyat Agentliyinin siyahısında olan 227 ölkənin 196-dan irəlidədir.
Amma xoşbəxtlik var-dövlətdən geniş anlayışdır. «Gallup» gəlirlə xoşbəxtlik arasında əlaqənin olduğunu göstərsə də, o da qeyd olunur ki, əmin-amanlığın bir növü də insanın gələcəklə bağlı uğur və perspektiv hissləridir.
Qafqaz ölkələri arasında isə azərbaycanlılar daha çox öz yaşayışlarından razılıq ediblər. «Gallup»ın xoşbəxtlik siyahısında isə Azərbaycan Ermənistan və Gürcüstanı geridə qoyub. Ermənistan 155 ölkə arasında 110-cu, Gürcüstan isə 115-cidir. Bu siyahıda Rusiya 73-cü, Türkiyə Azərbaycanla eyni – 103-cü sırada göstərilir.
Siyahının son üçlüyündə isə Afrika ölkələri yer alıb. Dünyanın xoşbəxtləri sırasında ən sonuncu yerdə Toqo yer alıb.
+  -  Çap 
Yerləşdirilib: 20.07.10 | Baxılıb: 255

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •