Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hadı Rəcəbli özünü jurnalistlərin həmkarı hesab edir
«Özümü heç zaman mətbuatdan ayrı hiss etməmişəm. Ömrümün ən gözəl çağlarının iki ilini mətbuatda çalışmışam»

İyulun 16-da Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşüblər. Birliyin rəhbəri Elşad Eyvazlı bildirib ki, bundan öncə eyni məzmunlu görüşü parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovla keçiriblər. O qeyd edib ki, hər həftənin cümə baş tutan bu cür görüşlərdə jurnalistlər bir komitə rəhbəri ilə açıq şəkildə diskussiya aparırlar.

Jurnalistlərlə görüşdən məmnunluq duyduğunu bildirən komitə sədri yaxın vaxtlarda Səhiyyə Məcəlləsinin hazırlanacağını bildirib. H.Rəcəblinin sözlərinə görə, artıq belə bir məcəllənin hazırlanması vaxtı çatıb: "Azərbaycanda səhiyyə sahəsində çoxlu sayda qanun qəbul edilib ki, onların bazasında məcəllə hazırlamaq mümkündür. Ancaq Səhiyyə Məcəlləsinin hazırlanmasına qədər bir neçə qanunun da qəbuluna ehtiyac var. Bunlar "Pasientlərin hüquqlarının müdafiəsi haqqında", "Ailə həkimi haqqında" və sair qanunlardır. Hesab edirəm ki, sadalanan qanunlar qəbul edildikdən sonra Səhiyyə Məcəlləsinin hazırlanmasında da heç bir problem olmayacaq".  
Jurnalistlərlə görüşü zamanı komitə sədri həmçinin gələn aydan respublikada pensiya və müavinətlərin həcminin artırılacağını söyləyib. H.Rəcəblinin dediyinə görə, artıq bununla bağlı dövlət başçısı Nazirlər Kabinetində altı ayın yekunları ilə bağlı keçirdiyi müşavirdə məlumat verib: "Ancaq pensiya və müavinətlərin nə qədər artırılacağı bəlli deyil. Çünki bu prezidentin birbaşa səlahiyyətində olan məsələdir". Komitə sədri onu da bildirib ki, pensiya və müavinətlərin artırılmasını parlament seçkiləri ilə əlaqələndirmək düzgün deyil. Çünki dövlətin sosial siyasəti var və bu siyasətə uyğun olaraq hər il müntəzəm olaraq pensiya və müavinətlər artırılır.
H.Rəcəbli əlavə edib ki, özünü jurnalistlərin həmkarı hesab edir. Komitə rəhbəri  Azərbaycan mətbuatı barədə də fikirlərini açıqlayıb: “Özümü heç zaman mətbuatdan ayrı hiss etməmişəm. Ömrümün ən gözəl çağlarının iki ilini mətbuatda çalışmışam. Hər halda hesab edirəm ki, müstəqil Azərbaycanın jurnalistikasında da bir təkamül prosesi gedir. Kommunist dövrünün sərhədli jurnalistikasından bu günün senzurasız jurnalistikasına keçmişik. Amma gəlin etiraf edək ki, bu keçid problemlərlə doludur. O problemləri cəmiyyətin və jurnalistlərin bir hissəsi yaradır”.
 “Özünüzü hansı nəslin nümayəndəsi hesab edirsiniz” sualına  deputat belə cavab verib: “Ruhən özümü gənclər siyahısında hiss edirəm. Dünyaya baxışım, geyimim gəncdir. Amma müdriklik baxımından baxsaq, 12 yaşımdan işləməyə başlamışam. Həyatda qazandıqlarımın hamısını özüm etmişəm. Kasıbçılıq, pulsuzluq, təhqir, haqsızlıq, ədalətsizlik görmüşəm. Həm də 23 yaşımdan vəzifədə olmuşam”.  
H.Rəcəbli fikirlərini daha sonra belə davam etdirib: “İkrah hissi ilə deyirlər ki, Hadi Rəcəblinin komitəsi. Bunu belə demək mümkün deyil. Bunu belə demək Azərbaycan xalqına ikrah etməkdir. Bizim komitə kasıblarla işləyən komitədir. Sayca götürəndə də Milli Məclisdə ən çox qanunu bizim komitə təqdim edir. Bizim 3 səhifəlik qanun layihəsi parlamentdə 3 gün müzakirə olunur.  Amma elə komitə var ki, onun 600 səhifəlik layihəsinin müzakirəsi 5 dəqiqə çəkir. Rəsmi olaraq mənim qəbuluma gələn adamların sayı Milli Məclisə qəbula gələnlərin yarısına bərabərdir. Qeyri-rəsmi isə 30 faiz bundan artıqdır”. 
H.Rəcəbli ATV-nin “Sən tək deyilsən” və ANS-in “Elgizin cümə axşamları” verilişlərini arzuolunmaz proqramlar kimi qiymətləndirib. O deyib ki, bu verilişlər barədə mütləq ölçü götürülməlidir. Komitə rəhbəri heç bir qruplaşmaya işləmədiyini, yalnız prezidentə xidmət etdiyini də dilə gətirib. O, bununla bağlı müəyyən məqamlarda problemlə üzləşdiyini də söyləyib. Növbəti parlament seçkilərində iştirakına gəlincə, H.Rəcəbli bu məsələnin partiyadan asılı olduğunu vurğulayıb.  


İ.QULİEV
+  -  Çap 
Yerləşdirilib: 17.07.10 | Baxılıb: 260

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •