Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Rusiya qapılarını alman kapitalına açır
Biznes forumun real nəticələri var

Almaniya kansleri Angela Merkel Rusiyada səfərdədir. Almaniya və Rusiyanın ən nüfuzlu biznesmenlərinin iştirakı ilə Yekaterinburqda biznes forum öz işinə başlayıb. İki ölkə arasında ticarət dövriyyəsi bu ilin ilk rübündə 15 milyard dollar olub. Artıq 10-cu ildir ki, Rusiya və Almaniya birgə biznes forum keçirirlər.  Almaniyadan foruma gələn nümayəndə heyətində “Volkswagen” avtomobil, “Siemens” telekommunikasiya, “Airbus” hava və “BASF” kimya şirkətlərinin rəhbərləri var. Tədbirdə Rusiya prezidenti Dmitri Medvedyev alman biznesmenlərini Rusiyaya daha çox sərmayə qoymağa çağırıb. Rusiya əvvəllər strateji əhəmiyyətli müəssisələr sırasında olan bir çox şirkəti həmin siyahıdan çıxarıb – bunlar aeroportlar, kağız kombinatından tutmuş vaqon zavodlarına qədər müəssisələrdir. İndi artıq həmin müəssisələrə xarici sərmayə qoyulmasına, eləcə də səhmlərinin xaricilər tərəfindən alınmasına da qadağa yoxdur. Medvedyev forum iştirakçılarına müraciətlə deyib ki, Rusiya iqtisadiyyatını modernləşdirmək üçün özəl biznesin iştirakı ilə indiyəcən bir çox layihə həyata keçirilib və onun fikrincə, qlobal maliyyə böhranı başa çatmaqda olduğu üçün bundan sonra belə layihələri daha da genişləndirmək mümkün olacaq.
Biznes forumda Almaniyanın “Siemens” və Rusiya Dəmir Yolları arasında dəyəri 3 milyard dollara yaxın olan saziş bağlanacaq. Bundan qabaq sözügedən alman şirkəti Rusiyaya 8 qatar satmışdı və onlar Moskva ilə Sankt-Peterburq arasında yüksək sürətli qatar marşrutu üzrə hərəkət edirlər. “Siemens” Rusiyanın olimpiadaya hazırlaşan Soçi kurortunu da 50-dən artıq belə qatarla təchiz edəcək. Bundan başqa, Rusiya alman şirkətlərinin köməyilə Moskva yaxınlığında – Skolkovoda müasir texnologiya mərkəzi yaratmaq istəyir - Kaliforniyada mövcud olan mərkəzə bənzər.
Biznes forum Rusiyanın tanınmış hüquq müdafiəçilərindən olmuş Natalya Estemirovanın ilinə təsadüf edib. Bir il qabaq onu Çeçenistanda qətlə yetirmişdilər. Merkel Medvedyevlə söhbətində insan haqları məsələsinə də toxunub – o deyib ki, Estemirovanın qatillərinin tapılması vacibdir. Beynəlxalq hüquq müdafiə təşkilatları Rusiya rəhbərliyində qatilləri tapmaq üçün siyasi iradənin olmadığını deyirlər. Medvedyev isə bildirib ki, tənqidlər əsassızdır.
“Əvvəla əgər qatillər hadisə yerində yaxalanmayıbsa, onları bu tip cinayətlərdə sonradan tapmaq çox çətindir. Bundan başqa, cinayəti törədən şəxsin kimliyi aşkarlanıb və o, beynəlxalq axtarışa verilib. Və nəhayət, biz təkcə qatili yox, həm də qətli sifariş verəni axtarırıq”.
İki ölkə rəhbəri İranın mübahisəli nüvə proqramı haqqında da danışıblar. Medvedyev deyib ki, İran Rusiyanın tarixi ticarət tərəfdaşı olsa da, Moskva buna görə Tehranın öz nüvə proqramı ilə bağlı şəffaflığa əməl etməməsinə dözməyəcək.
+  -  Çap 
Yerləşdirilib: 17.07.10 | Baxılıb: 58

ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: