Rəqiblərdən biri yenə də Polşa təmsilçisidir
Avropa Liqasının iyulun 15-də start verilən 2-ci təsnifat mərhələsində 40 oyun keçirildi. Başqa sözlə, bu mərhələdə 80 komandanın iştirak etdiyini anlamaq çətin deyil. İddiaçılar 47 ölkəni təmsil edir. 80 komandadan 26-sı turnirin 1-ci təsnifat mərhələsinin qalibidir. Deməli, 54 klub Avroliqada mübarizəyə cari mərhələdən qoşulub. Klubların ölkə təmsilçiliyi ilə bağlı daha maraqlı fakta da göz gəzdirək. 8 ölkə bu mərhələdə 3, 17 ölkə 2, 20 ölkə isə bir komanda ilə təmsil olunub. Daha çox təmsilçisinə ümid bəsləyən ölkələrin Gürcüstan, Litva, Belarus, Bosniya və Herseqovina, Finlandiya, Moldova, İsveç və İrlandiya olduğunu da vurğulayaq. Əslində Azərbaycan da bu ölkələrin sırasında ola bilərdi. Amma bilindiyi kimi "Xəzər Lənkəran" 2 oyunun ümumi nəticəsinə görə "Olimpiya" səddini keçə bilməmişdi. Xatırladaq ki, moldovalılar ilkin mərhələni yalnız səfər qolu (0:0, 1:1) sayəsində adlamışdı. Yeri gəlmişkən, "Olimpiya"nın srağagün öz meydanında Buxarest "Dinamo"suna 0:2 hesabıyla uduzması da bizim üçün maraqlı olmalıdır. Bu matçla bağlı bir sıra məqamlara da göz gəzdirək. Əslində Beltsı klubunun rumınları da arxada qoymaq şansı yüksək dəyərləndirilmirdi. Ən azı ona görə ki, Moldova və Rumıniya çempionatları arasındakı səviyyə fərqi yetərincə böyükdür. Moldova birinciliyinin bürünc mükafatçısı olan "Olimpiya" ötən mövsüm Rumıniyada 6-cı güclü komanda olan "Dinamo"yla demək olar ki, rəqabət apara bilmədi. 2-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən oyunlarda ev sahiblərinin çox da qənaətbəxş təsir bağışlamadığını söyləmək mümkündür. Meydan sahiblərindən yalnız 17-si qələbə qazana bildi. Qonaqlar 13 dəfə rəqibini üstələməklə yanaşı, 10 matçdan evə heç-heçəylə dönməyi bacardı. Təmsilçilərimizin hər ikisinin qələbə qazanması ən azı reytinq baxımından ölkəmizin xeyrinə olacaq. Doğrudur, səfərdə qalib gələn "Qarabağ"la müqayisədə "Bakı"nın mərhələ adlamaq şansı nisbətən azdır. Bu yerdə klublarımızın rəqiblərinin təmsil etdiyi ölkələrin digər komandalarının çıxışına da nəzər salaq. Qeyd edək ki, həm Şimali İrlandiya, həm də Çernoqoriya 2-ci seçmə mərhələdə iki komandayla təmsil olunur. İrlandların ümid bəslədiyi digər klub "Kliftonvill" Xorvatiya "Tsibaliya"sını evdə 1:0 hesabıyla məğlub etdi. Etiraf edək ki, bu, hardasa gözlənilməz nəticədir. Çernoqoriyanın digər klubu "Moqren" isə gözlənildiyi kimi Təl-Əvivdə "Makkabi"yə uduzdu. 0:2 hesablı məğlubiyyət böyük ehtimalla balkanlıların mərhələ adlamaq arzusunu puç edəcək. Sonda ənənəvi olaraq postsovet məkanından olan klubların çıxışına da qısaca toxunaq. Bu mərhələdə sabiq ittifaqın 10 ölkəsi 20 komandayla təmsil olunub. Diqqətçəkən ilkin məqamlardan biri kimi Azərbaycanın 2 klubunun ilk matçlarda maksimum nəticə əldə etməsi özü də əzmkar qələbələrə imza atmasıyla bağlıdır. Yaxın qonşularımız gürcülərin çıxışını birmənalı dəyərləndirmək bir qədər çətindir. Doğrudur, "Zestafoni" ilə "Dinamo" ilk oyunlarda inamlı qələbə qazandı. Amma "VİT Corciya" öz meydanında Çexiya "Banik"indən 6 cavabsız top buraxdı. Ermənistanın turnirdəki yeganə təmsilçisi "Mika" Makedoniya səfərində "Rabotniçki"yə minimal hesabla uduzdu. Litvanın hər 3 klubu fiaskoya uğradı: "Suduva" evdə Vyana "Rapid"inə, "Şyaulyay" Krakov "Visla"sına 0:2, "Tauras" isə Cənubi Kipr APOEL-inə 0:3 hesabıyla məğlub olmaqla praktiki olaraq növbəti mərhələyə çıxmaq şansını heçə endirdi. Bu mərhələdə iki postsovet məkanı təmsilçisinin görüşünə də toxunaq: Minsk "Dinamo"su Estoniya "Kalev"ini evə 5:1 hesablı darmadağınla yola saldı.
2-ci təsnifat mərhələsi, ilk oyunlar BAKI (AZƏRBAYCAN) - Buduçnost (Çernoqoriya) 2:1 Kaykut, 77. Jaba, 90+3 - Beçiray, 38. Portadaun (Şimali İrlandiya) - QARABAĞ (AZƏRBAYCAN) 1:2 Leki, 29 - İsmayılov, 67; 86. Atıaau (Qazaxıstan) - Dyor ETO (Macarıstan) 0:2 Pilibaytis, 26. Buqerra, 88-p. VİT Corciya (Gürcüstan) - Banik (Çexiya) 0:6 Neves, 33; 56-p.; 64-p. Pilik, 61. Noyvirt, 70. Husbauer, 78. Valletta (Malta) - Rux (Polşa) 1:1 Şerri, 76 - Qjib, 18-p. Rabotniçki (Makedoniya) - Mika (Ermənistan) 1:0 Oliveyra Dos Santos, 87. Tauaas (Litva) - APOEL (Cənubi Kipr) 0:3 Xaralambidis, 50. Pintu, 80, Manduka, 83. OFK (Serbiya) - Torpedo (Belarus) 2:2 Krstiç, 45. Konstevoy, 90+2-öz qapısına - Krivobok, 14. Brusnikin, 90. Austriya (Avstriya) - Şiroki Briyeq (Bosniya və Herseqovina) 2:2 Lints, 49. Şumaher, 57 - Laqo, 26. topiç, 54. Ventspils (Latviya) - Teteks (Makedoniya) 0:0 Qoaitsa (Sloveniya) - Randers (Danimarka) 0:3 Lorentsen, 51. Kramer, 55; 71. Dinamo (Minsk, Belarus) - Kalev (Estoniya) 5:1 Sazankov, 12; 33. Putilo, 60. Rekiş, 87. Çuxley, 90 - Kolyayev, 79. Zestafoni (Gürcüstan) - Dukla (Slovakiya) 3:0 Dvali, 24; 65. Dzariya, 48. MüPa-47 (Finlandiya) - Santa Xuliya (Andorra) 3:0 Riketts, 43. Eyyalya, 56; 65-p. Olimpiya (Moldova) - Dinamo (Rumıniya) 0:2 Pulhak, 41. Qanya, 83. Honka (Finlandiya) - Banqor Siti (Uels) 1:1 Savaqe, 43 - Cons, 58. Elfsboaq (İsveç) - İskra-Stal (Moldova) 2:1 Kin, 56. Eriksson, 79-p. - Tofan, 87. Anoatosis (Cənub Kipr) - Şibenik (Xorvatiya) 0:2 Bloudek, 10. Baçeliç-Qrqiç, 61-p. Diffeadanj (Lüksemburq) - Spartak (Serbiya) 3:3 Veselinoviç, 6-öz qapısına. Bettmer, 11. Piskor, 73 - Ubiparip, 14. Torbitsa, 28-p. Şebenaler, 89-öz qapısına. Qefle (İsveç) - Dinamo (Gürcüstan) 1:2 Berqqren, 51-p. - Vatsadze, 11. Kmaladze, 87-p. Molde (Norveç) - Yelqava (Latviya) 1:0 Fall, 90. Stabek (Norveç) - Dnepr (Belarus) 2:2 Skyelvik, 22. Qunnarsson, 53 - Turlin, 14. Kozlov, 23. Kalmaa (İsveç) - Daçiya (Moldova) 0:0 Lozanna (İsveçrə) - Borats (Bosniya və Herseqovina) 1:0 Karlos de Oliveyra, 19. Levski (Bolqarıstan) - Dandalk (İrlandiya) 6:0 Yovov, 12. Mladenov, 14; 46. Dembele, 42. İsa, 86; 90. Seakl Baügge (Belçika) - TPS (Finlandiya) 0:1 Aaritalo, 32. Beşiktaş (Türkiyə) - Vikinqur (Farer adaları) 3:0 Nihat, 19; 65. Nobre, 90. Baondbü (Danimarka) - Vaduts (Lixtenşteyn) 3:0 Nilsson, 51. Yallov, 80; 85. Zainski (Bosniya və Herseqovina) - Tre Penne (San Marino) 4:1 İvankoviç, 1; 21-p. Susiç, 33. Zadro, 38 - Pinyeri, 36. Makkabi (Təl-Əviv, İsrail) - Moqren (Çernoqoriya) 2:0 Ziv, 49. Medunyanin, 52. Utaext (Hollandiya) - Tirana (Albaniya) 4:0 Van Volfsvinkel, 8; 27. Asare, 30. Mertens, 75. Şyaulyay (Litva) - Visla (Krakov, Polşa) 0:2 Brojek, 78; 80. Suduva (Litva) - Rapid (Avstriya) 0:2 Hoffmann, 12. Trimmel, 81. Besa (Albaniya) - Olimpiakos (Yunanıstan) 0:5 Qonsales, 19; 31. Dudu, 47. Santo, 70; 83. Videoton (Macarıstan) - Maribor (Sloveniya) 1:1 Horvat, 79 - Mezqa, 30. Kliftonvill (Şimali İrlandiya) - Tsibaliya (Xorvatiya) 1:0 Kolduell, 82. Maaitimu (Portuqaliya) - Sportinq Finqal (İrlandiya) 3:2 Esteves, 78. Çerrad, 85-p. Txo, 90 - Krouv, 33. Fitsqerald, 87. Moteavell (Şotlandiya) - Breydablik (İslandiya) 1:0 Forbs, 63. KR Reykyavik (İslandiya) - Karpatı (Ukrayna) 0:3 Quruli, 46. Tkaçuk, 51. Batista, 57. Şemaok Roveas (İrlandiya) - Bney Yehuda (İsrail) 1:1 Beyli, 90 - Afek, 26. Cavab oyunları iyulun 22-də keçiriləcək.
Bu arada dünən ölkəmizi Avroliqada təmsil edən “Bakı” və “Qarabağ” klublarının rəqibləri müəyyənləşib. Son ölkə kubokunun qalibi olan “Bakı” “Brondbü” (Danimarka) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə görüşəcək. “Brondbü” evdə 3:0 hesabı ilə qalib gəldiyindən, mərhələ keçmək şansı böyükdür. Vinfred Şaferin baş məşqçisi olduğu komandamız isə Çernoqoriyanın “Buduçnost” klubunu keçərsə, Brondbü şəhərinin eyni adlı təmsilçisi ilə görüşəcək. “Qarabağ”a isə “Şaulyay” (Litva) – “Visla” (Polşa) cütünün qalibi rəqib olub. Səfərdə 2:0 hesabı ilə qələbə qazanan Krakov təmsilçisinin mərhələ adlayacağı şübhə doğurmur. “Qarabağ” da III mərhələ keçmək vəzifəsini elə səfərdə böyük ölçüdə həll etdiyindən, onlar bir-biri ilə görüşəcək. Qeyd edək ki, Avroliqada III mərhələ oyunları iyulun 29-da və avqustun 5-də keçiriləcək. Püşkə görə “Bakı” ilk oyununu evdə, “Qarabağ” səfərdə keçirməlidir. Dünən həmçinin Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb. Ölkəmizi bu turnirdə təmsil edən “İnter” həmin mərhələyə çıxarsa, Çexiyanın ən məşhur klubu “Sparta” ilə görüşəcək.
Düzdür, Praqa təmsilçisi III mərhələyə çıxmasını rəsmiləşdirməsə də, Latviyada “Metallurq”a 3:0 hesabı ilə qalib gələndən sonra evdə üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür. “İnter” isə dəfələrlə ÇL-nin qrup mərhələsində çıxış edən “Sparta”yla görüşmək üçün çətin vəzifəni yerinə yetirməlidir. Çünki gürcü Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandamız evdə Polşanın “Lex” klubuna uduzub – 0:1. İndi mərhələ keçmək üçün səfərdə iki top fərqi ilə qələbə qazanmaq lazımdır ki, bu da müşkül məsələdir. Türkiyənin son vitse-çempionu “Fənərbaxça” mübarizəyə III mərhələdən başlayacaq. Püşkü İstanbul klubu üçün düşərli saymaq olar. Hər halda, ÇL-də qrup mərhələsində oynamağa iddialı “Fənərbaxça” İsveçrənin gümüş medalçısı olan “Yanq Boyz” klubuna qalib gəlməyə borcludur.
|