|
Dörd nəfərə bıçaq xəsarəti yetirilib
Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, şəhər sakini Anar Tağıyev bıçaq yarası ilə xəstəxanaya gətirilib. Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini Elmira Məmmədova tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. E.Məmmədova saxlanılıb. İlkin məlumata görə, E.Məmmədova hadisəni zərərçəkən ona sataşdığı üçün törədib.
Qusar rayonunun Aşağı-Ləyər kənd sakini Fuad Əlimirzəyev münaqişə zəminində həmkəndlisi Xəyyam Şabanova bıçaqla xəsarət yetirib. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əlimirzəyev tutulub. Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Qəhrəmanova bıçaqla xəsarətin Yeni Gəncə qəsəbə sakini Rafayel Banavari tərəfindən yetirilməsi müəyyən edilib. Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mais Səmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini İbrahimpaşa Xəlilov tutulub. Hər dörd faktla bağlı araşdırma aparılır.
|