Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Abituriyentlərin ixtisas seçimi: kim pulluya, kim pulsuza düşəcək?
Ali məktəblərə qəbulu imtahanları başa çatır. İyulun 25-dən başlayaraq müsabiqəyə keçid balını toplayan abituriyentlər ixtisas seçimi edəcəklər

İxtisas seçimini düzgün seçmək onlara tələbə adını qazanmağa yardımçı olacaq. Ümumilikdə isə bu il bakalavr pilləsi üzrə ali məktəblərə 30 min 810 ümumi plan yeri ayrılıb ki, onların da 10 min 529-u (34 %) dövlət sifarişli yerlərdi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, ən çox dövlət sifarişli yerlər I ixtisas qrupundadır. “Bu il I ixtisas qrupuna 9 639 ümumi plan yeri ayrılıb. Onlardan 4196 -sı (43 %) dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə ayrılmış 7448 plan yerinin 2050-ni (27,5%) dövlət sifarişli yerlər təşkil edir. III ixtisas qrupu üzrə 9880 plan yeri ayrılıb. Onlardan 2804-nü (28 %) dövlət sifarişli yerlər təşkil edir. IV ixtisas qrupu üzrə ayrılmış 3843 plan yerindən 1479-u (38 %) dövlət sifarişli yerlərin payına düşür. Bu il dövlət sifarişli yerləri qazanmaq üçün müsabiqə vəziyyəti həm II, həm də III ixtisas qruplarında yüksək olacaq. I ixtisas qrupunda isə kifayət qədər dövlət sifarişli yerlər var. Bu qrupda müsabiqə vəziyyəti qismən aşağı olacaq”.
Bu isə o deməkdir ki, I qrupa imtahan verən abituriyentlərin dövlət sifarişli yerləri daha çox qazanmaq şansları olacaq.   Məleykə Abbaszadənin sözlərinə görə, ötən illə müqayisədə bu il I ixtisas qrupunda ödənişsiz təhsil almaq imkanı 8 faiz, IV ixtisas qrupunda isə 9-10 faiz artıb. II ixtisas qrupunda ödənişli təhsil almaq imkanı 10 faiz, III ixtisas qrupunda isə 13 faiz azalıb: “Ümumiyyətlə, dövlət sifarişli yerlər üzrə müsabiqədə iştirak etmək üçün I ixtisas qrupunu seçən abituriyentlər 300, digər qruplar üzrə isə 400 baldan yuxarı nəticə göstərməlidirlər. Əks halda, onlar dövlət sifarişli ixtisaslara qəbul oluna bilməzlər”.  
Modern.az-ın araşdırmasına görə, bu il dövlət sifarişli yerlərdə daha çox texniki ixtisaslara üstünlük verilib. Hər qrup üzrə ən çox yer ayrılan ilk 5 dövlət sifarişli ixtisaslar bunlardı:  

I qrup ixtisaslar   

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi - 208 yer- Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu , Qərb, Qafqaz Universitetləri. Riyaziyyat və informatika müəllimliyi - 205 yer- Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, AMİ-nin Sumqayıt, Gəncə, Şamaxı, Zaqatala, Mingəçevir, Ağcabədi, Şəki, Qazax, Salyan, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti , Lənkəran Dövlət Universiteti, Azərbaycan, Qafqaz universitetləri, Naxçıvan Özəl Universiteti Riyaziyyat müəllimliyi -193  yer -Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitet, Gəncə Dövlət universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti Komyuter elmləri - 157 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür Universiteti, Azərbaycan Təfəkkür Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu, Xəzər Universiteti Fizika müəllimliyi - 142 yer – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan, Sumqayıt, Lənkəran  Dövlət Universitetləri, Qafqaz Universiteti    

II qrup ixtisaslar  

İqtisadiyyat - 280 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universitet (Gəncə ş.), Gəncə Dövlət Universiteti ,Mingəçevir Politexnik İnstitutu, Lənkəran Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universitet Menecment- 224 yer—Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitet, Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti, Azərbaycan Turizm İnstitutu, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan, Qərb, Xəzər və Bakı Biznes Universitetləri Sənayenin təşkili və idarə olunması-191-  Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Qafqaz Universiteti, Bakı Biznes Universiteti Biznesin idarə edilməsi- 183 yer- Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt, Lənkəran, Dövlət Universitetləri, Azərbaycan Kooperasiya Universiteti, Qərb, Qafqaz, Odlar Yurdu, Bakı Biznes Universitetləri Mühasibat uçotu və audit- 164 yer-  Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş), Gəncə, Sumqayıt Dövlət Universitetləri, Azərbaycan Kooperasiya, Odlar Yurdu, Bakı Biznes Universitetləri, Naxçıvan Özəl universiti.  

III qrup ixtisaslar  

Xarici dil müəllimliyi (dillər üzrə)- 420 yer- Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnsitutunun Gəncə, Mingəçevir, Şəki filialları, Naxçıvan, Gəncə, Lənkəran Dövlət universitetləri, Azərbaycan Universiteti, Asiya Universiteti, Təfəkkür Universiteti, Naxçıvan Özəl Universiteti Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 320 yer-  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, eyni zamanda AMİ-nin filialları, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, Azərbaycan Universiteti, Asiya Universiteti, Təfəkkür Universiteti, Naxçıvan Özəl Universiteti İbtidai sinif müəllimliyi - 250 yer- Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Naxçıvan Özəl Universiteti Tarix müəllimliyi- 150 yer- Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedoqoji Universiteti, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt Dövlət Universitetləri, Azərbaycan Universiteti, Asiya Universiteti, Naxçıvan Özəl Universitet Regionşünaslıq (regionlar üzrə)-130 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm İnstitutu, Qərb Universiteti, Bakı Avrasiya Universiteti (Yaxın və Orta Şərq ölkələri) 

IV qrup ixtisasları  

Bədən tərbiyəsi və idman- 362 yer- Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası, Naxçıvan və Gəncə Dövlət Universitetləri Biologiya müəllimliyi- 150 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə və Sumqayıt Dövlət Universitetləri Müalicə işi – 135 yer- Azərbaycan Tibb Universiteti Kimya müəllimliyi -106 yer- Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, , Naxçıvan Dövlət Universiteti,  Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti Ekologiya- 92 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,  Azərbaycan Dövlət Aqrar Universiteti(Gəncə şəhəri), Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti   Bütün bunlardan nəticə çıxarmaq və ixtisas seçimini düzgün aparmaq yenə də abituriyentlərin özlərindən asılıdır.

Təhminə Paşayeva 
+  -  Çap 
Yerləşdirilib: 16.07.10 | Baxılıb: 356

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •