|
Orada olan 200 ədəd toyuq-cücə tələf olub
İyulun 13-də saat 03.00 radələrində Xəzər rayonunun Şimali DRES qəsəbəsində, qəsəbə sakini Ələsgər Mustafayevə məxsus yardımçı təsərrüfatda yanğın baş verib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanıb. Orada olan 200 ədəd toyuq-cücə isə tələf olub. Ə.Mustafayev DİN-in "102" Zəng Mərkəzinə zəng edərək yardımçı təsərrüfatının qonşusu Azad Süleymanov tərəfindən qəsdən yandırılmasını bildirib. Faktla bağlı araşdırmalar aparılır.
|