Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Oğurluq halları artıb
Hadisələrin əksəriyyəti paytaxtda törədilib

Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Nərimanov rayonundakı S.Vurğun küçəsində Bakı şəhər sakini Nərmin Mirəliyevaya məxsus "Toyota-Prado" markalı avtomaşından oğurluq edilib. Açıq qalan qapıdan girmək yolu ilə içərisində 65 manat pul, fotoaparat və kosmetik əşyalar olan çantanı oğurlayan isə Bakı şəhər sakini Vahid İbrahimov olub. V.İbrahimov Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən saxlanılıb.  Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən, oğurluq etdiyinə görə tutulan Ramin Sultanovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində əlavə cinayət faktları üzə çıxıb. Onun Bakı şəhər sakinləri Vüsal Allahverdiyevin və Namiq Ələsgərovun mənzillərindən də oğurluq etməsi müəyyən edilib.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq etdiyinə görə tutulan Zəkarət Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun iyunun 22-də Bakı şəhər sakini  N.Əliyevanın da evindən oğurluq etməsi müəyyən edilib.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da N.Əliyevin evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Qalib Bayramov tutulub. 
Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Ələddin Abdullayevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun, iyul aynın 6-a keçən gecə Sabunçu qəsəbə sakini Kamil Əmrahovun həyətindən qaynaq aparatını oğurlaması müəyyən edilib.
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də rayon sakini O.Həsənovanın evindən oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini Kamran Cəfərov saxlanılıb. Törədilən hər bir oğurluq faktı ilə bağlı araşdırmalar davam etdirilir. 
+  -  Çap 
Yerləşdirilib: 15.07.10 | Baxılıb: 165

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •