|
Fəxrəddin Məmmədovun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür
"Qəsdən adam öldürmə" maddəsi ilə axtarışda olan şəxs yaxalanıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanan Fəxrəddin Məmmədovdur. F.Məmmədov Ağcabədi RPŞ tərəfindən 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub. F.Məmmədov Kiyev vilayətinin Belaya Çerkov şəhərində saxlanılıb. F.Məmmədovun ölkəmizə ekstradisiya olunması üçün tədbirlər görülür.
|