Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Davudoğlu söz verdi
«Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarına heç vaxt xor baxmayacaq»

 «Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarına heç vaxt xor baxmayacaq». Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. "Türkiyə daim xüsusi münasibətləri olan Azərbaycana dəstək göstərməkdə davam edəcək" – deyə Davudoğlu bildirib. O əlavə edib ki, Türkiyə hökumətinin Ermənistanla münasibətləri normallaşdırması məsələsindəki mövqeyi dəyişməz qalıb. Lakin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində yeni canlanmanın olduğuna dair məlumatlar getdikcə artmaqdadır. Türkiyənin «Radikal» qəzeti «diplomatik mənbələrə əsasən», Ankaranın Ermənistanla sərhədləri açmağa hazırlaşdığını yazır. Mənbənin bildirdiyinə görə, Türkiyə NATO ilə birgə təlimlərədək sərhədləri açacaq. Təlimlərin sentyabrın 11-17-də keçirilməsi nəzərdə tutulub. Qəzet Türkiyə-Ermənistan sərhəddində artıq hazırlıq proseslərinə başlanıldığını yazır. Bununla yanaşı, məlumatda bildirilir ki, sərhədlər yalnız NATO təlimləri ilə əlaqədar müvəqqəti açılacaq və bu, Türkiyə-Ermənistan sərhədlərinin rəsmən açıq alen ediləcəyi anlamına gəlməməlidir. Türkiyənin «Posta» qəzeti isə yazır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin gələcəyi hazırda aparılan gizli danışıqların nəticəsindən asılıdır. İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə «yeni təkan verildiyini» yazan qəzetin iddiasına görə, hazırda Ankara ilə Yerevan gizli danışıqlar aparır.
Öz növbəsində Ermənistan parlamentinin sədri Ovik Abramyan Avropa Birliyini protokolları təsdiqləməsi və sərhəd-keçid məntəqələrini açması üçün Türkiyəyə təzyiq etməyə çağırıb. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Ovik Abrahamyan əlaqəlrin normallaşdırılması üçün Türkiyə və Ermənistan tərəfindən imzalanan protokolların uyğun bir müddət ərzində şərtsiz təsdiq edilməsinin nəzərdə tutulmasına baxmayaraq prosesin ləngidiyini söyləyib.
O, prosesin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini şərt qoşması səbəbilə ləngidiyini bildirib. Ermənistan parlamentinin sədri Avropa Birliyinin Türkiyəyə təzyiqini artıraraq protokolların təsdiq edilməsi və sərhədlərin açılmasına imkan yaratmasını tələb edib.
Türkiyənin Azərbaycanın mənafeyini öz imzasından üstün tutduğunu dilə gətirən Ovik Abrahamyan Ankaranın Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik etmək istədiyini, lakin Ermənistanın qəti olaraq bunu istəmədiyini vurğulayıb.


A.NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 15.07.10 | Baxılıb: 283

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •