Gənclər üçün Təhsil Mərkəzi və onun mətbu orqanı olan “Tələbə” qəzetinin birgə təşəbbüsü ilə “Gəncliyimiz və 135 illik mətbuatımız” adlı dəyirmi masa keçirilib.
Əsas məqsədi gənclərimizin milli mətbuatın inkişafında oynaya biləcəyi rolu və gələcəkdə verə biləcəkləri töhfələri müzakirə etmək olan tədbir milli mətbuatımızın 135 illik tədbirləri çərçivəsində keçirilib.
Dəyirmi masa iştirakçılarının böyük əksəriyyəti bu gün gənclərimizin milli mətbuatın inkişafında oynadığı roldan razı olmadıqlarını və bu prosesdə passiv mövqe tutduqlarını da vurğulayıblar. Qeyd ediblər ki, bu gün çox az gənc tapmaq olar ki, mətbuat orqanına rəhbərlik edir, mətbu orqanı yaradır, öz inkişafını mətbuatda görür. Eləcə də, bu gün çox az mətbu orqanı tapmaq olar ki, əsasən gənclər məsələlərini işıqlandırır.
|