Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Casus qalmaqalı» səngimir
Rusiyaya işləyən sayca 12-ci casus da ələ keçdi

Amerika Birləşmiş Ştatlarında Rusiya xeyrinə casusluq etməkdə ittiham olunan daha bir nəfər, sayca 12-ci adam da həbs olunub. Həbs olunan 12-ci kəşfiyyatçının adı hələlik açıqlanmır. Ancaq o məlumdur ki, həbs olunan şəxsin 23 yaşı var və onun təhqiqatına hələ ötən ilin payızından başlanılıb. Məlumatlara görə, adı açıqlanmayan kəşfiyyatçı haqda məlumat rus casuslarının şəbəkəsinin araşdırılması zamanı təsadüfən üzə çıxıb. Gənc casusla bağlı kifayət qədər dəlil toplamaq mümkün olmayıb. Bu səbəbdən də ona qarşı ittiham irəli sürülməyib.
Dünən axşama yaxın bəlli olub ki, Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 12-ci şübhəli şəxs ABŞ-dan deportasiya edilib. Bu barədə ABŞ Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, 23 yaşlı Aleksey Karetnikov miqrasiya qanunvericiliyini pozduğuna görə deportasiya olunub. O, günahını boynuna alıb, ABŞ məhkəməsi isə bunun əvəzində məhkəmə prosesini davam etdirməyi məqbul saymayıb. Əgər Aleksey Karetnikov yenidən ABŞ-a qayıtmağa cəhd göstərsə, onu inzibati və cinayət məsuliyyəti gözləyir. Aleksey Karetnikov ABŞ-a 2009-cu ilin oktyabrında gəlib. O, “Microsoft” şirkətində çalışıb. Bundan əvvəl bildirilirdi ki, o, Rusiya casus şəbəkəsində əhəmiyyətli fiqur olmayıb və iyulun 8-də ABŞ-dan çıxarılmış rus casus qrupu ilə əlaqəli deyil.
Rus casuslarının Kanada izi
Yeri gəlmişkən, ABŞ-da rus casusları ilə bağlı qalmaqal qonşu Kanada da narahatlığa səbəb olub. Aşkar edilmiş xarici agentlər Kanadada saxta sənədlər əldə edə biliblər. Bu yaxınlarda Rusiyaya göndərilmiş casuslardan azı dördünün Kanadadan saxta sənədlər əldə etdiyi deyilir. Qeyd olunur ki, kəşfiyyat aləmində casus cəmiyyətə uydurma bir adla daxil olur. Yeni bir xarakter yaradılır, lakin hər şey faktlara əsaslanmalıdır, yəni pasport və sürücülük vəsiqəsi əldə edilməlidir. ABŞ və Kanada arasında sərhəddin uzunluöu 6400 kilometrdir. 2008-ci ilin fevral ayına qədər sərhəddi keçmək üçün sadəcə hansı ölkənin vətəndaşı olduğunuzu şifahi söyləmək kifayət idi. Lakin indi bunun üçün pasport, ya da rəsmi orqanların verdiyi şəxsiyyət vərəqəsi təqdim edilməlidir. «Stratfor» kəşfiyyat şirkətində təhlükəsizlik məsələləri üzrə ekspert Fred Barton deyir ki, xarici kəşfiyyat agentlikləri və terrorşu qruplar daha sərbəst hərəkət edə bilmək üçün Kanada, ya da İrlandiyadan sənəd almağa üstünlük verir. “Kanadalı kimi həbs edilməmək şansı başqa ölkələrdən daha artıqdır. Rusiya pasportu ilə Federal Təhqiqat Bürosu təbil çalacaq. Daxili Təhlükəsizlik Nazirliyi var. Uçuşları qadağan olmuş şəxslərin siyahısı var. Bütün bunlara görə baxıb kanadalı, ya da irlandiyalı olmağa üstünlük verəcəksiniz”. Bu yaxınlarda ABŞ-da casus qalmaqalından öncə baş vermiş daha bir hadisə zamanı Pol Vilyam Hempel adlı bir nəfər saxlanarkən  onun üstündə Kanada pasportu və doğum şəhadətnaməsi olub. O, Rusiya casusu olmaqda ittiham edilmişdi. Diplomatik statusu olmamasına baxmayaraq, o, həbs edilməmiş, sadəcə deportasiya edilmişdi. Bəzi hallarda casuslar əsas etibarilə ölmüş körpələrin doğum şəhadətnaməsi kimi əsl sənədlər əldə edirlər. Bir neçə il bundan əvvəl Kanadada bir rus casusu qəbir daşlarının üstündə uşaqların adlarını yazıb köçürən yerdə həbs edilmişdi. Təhlilçilərin fikrincə, Kanadada əldə edilmiş saxta sənədlərlə bağlı narahatlıqlar 2001-ci ildə terror hücumlarından sonra artıb. Keçən il Kanada polisi saxta pasportlar və ABŞ-da yaşamaq icasəzi haqda sənəd də daxil olmaqla, saxta sənədlər hazırlayan qrupu aşkar edib. Bütün ölkələrdə rəsmi orqanlar saxta sənədlərdən istifadənin qarşısını almaq üçün sənədləri daha da təkmilləşdirir. Lakin saxta sənədlərin hazırlanması hələ də böyük biznes olaraq qalır.Beynəlxalq polis agentliyi İnterpolun bildirdiyinə görə, 2009-cu ilin sonuna qədər 11 milyon saxta pasport ələ keçirilib.
O da qeyd edilir ki, Amerika və Rusiya arasında dərinləşməkdə olan casus qalmaqalı  qorxulu perspektiv vəd edir. Yəni Rusiyada yenidən “KQB” kabusu baş qaldıra bilər.  “Novaya qazeta”  qeyd edir ki, Amerika və Rusiya arasında başlamış casus qalmaqalı Rusiya Əks Kəşfiyyat İdarəsində ciddi kadr dəyişikliklərini qaçılmaz edib.  Qəzet casus olayının sovet kəşfiyyat təşkilatı “KQB”-nin yenidən doğulmasına səbəb olacağını qeyd edir. Hərbi ekspert Pavel Felengaauer yazır ki, Amerikada ifşa olunmuş 11 rus casus Rusiyada amerikalılara işləyən 4 rus casusla dəyişdirildi. Hazırda onların dindirilməsi gedir. Lakin onun fikrincə, casus məsələsi təkcə Rusiyanı rəzil etməyib. Eyni zamanda Rusiya milli təhlükəsizliyin əsaslarını ciddi şəkildə və uzun müddətə sarsıdıb. Onun sözlərinə görə,  gərginlik aradan qalxdıqdan sonra Rusiya Əks Kəşfiyyat İdarəsində kadr dəyişikliyi baş verəcək. Keçmiş sovet dönəmində olduğu kimi əks kəşfiyyat idarəsi Federal Təhlükəsizlik Xidməti ilə birləşə bilər. Bu olay isə böyük və qorxunc “KQB”-nin təkrarən doğulmasına xidmət edə bilər.
+  -  Çap 
Yerləşdirilib: 15.07.10 | Baxılıb: 178

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •