Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Jurnalistikanın kadr hazırlığı problemi
Bu sahədə ciddi islahatların aparılmasına zərurət yaranıb

Son illər Azərbaycan jurnalistikası böyük bir inkişaf yolu keçib. Ölkədə azad mətbuatın formalaşdırılması istiqamətində ciddi addımlar atılıb. 18 illik müstəqillik dövründə Azərbaycanın sayılıb-seçilən, cəmiyyətdə xüsusi rolu olan, ictimai rəyi formalaşdıran qəzetləri formalaşmağa başlayıb. Bu illər ərzində Azərbaycan jurnalistikasında bir ixtisaslaşma da gedib, internet jurnalistikası sürtələ inkişaf etməyə başlayıb. Ölkədə çox saylı xəbər portalları fəaliyyətə başlayıb.

Bütün bunlar özü ilə bərabər kadr çatışmazlığı problemi də gətirib. Bu gün hamı etiraf edir ki, Azərbaycanın əksər KİV-ləri kadr çatışmazlığım  ilə üzləşirlər. Qəzetlər lazım gələndə peşəkar kadr tapmaqda çətinlik çəkirlər. Televiziya və radioların durumu isə daha acınacaqlıdır. Əksər telekanallar işçiləri işə götürərkən xüsusi müsabiqələr təşkil edir, bəyənilən iddiaçılara kurslar təşkil edirlər. Bu yaxınlarda Az.TV-də Televiziya Akademiyası da açıldı. Bir sözlə, bu gün bütün media quruluşları hazır kadr tapmaqda min bir çətinliklə üzləşirlər. Digər tərəfdən diqqət yetirsək, bu gün yazılı və elektron media orqanlarına çalışanların əksəriyyəti qeyri-jurnalist təhsillilərdir. Təcrübə göstərir ki, universitetlərdə jurnalistika təhsili alanların heç də hamısı özlərini doğrulda, yaxşı jurnalist ola bilmirlər.
Bütün bunlar isə öz növbəsində ölkədə jurnalist kadrların hazırlanması sahəsində problemlərin olduğunu göstərir. Halbuki Azərbaycanda jurnalist kadrların hazırlanmasına hər il dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılır. Ölkədə jurnalist kadrların hazırlanması işi ilə məşğul olan ən tanınmış təhsil müəssisəsi Bakı Dövlət Universitetidir. Universitetin jurnalistika fakültəsi hələ İkinci Dünya Müharibəsindən sonra jurnalist kadrların hazırlanmasına başlayıb. 1945-ci ildə universitetin filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi açılıb. Sistemli şəkildə jurnalist kadrları hazırlığı prosesinə dövrün tanınmış praktikləri İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman İlkin, Cümşüd Əzimov və başqaları cəlb olunub. 1969-cu ildə şöbə müstəqil fakültəyə çevrilib. Bu günə qədər fakültə təxminən 4 minə qədər məzuna diplom verib. Hazırda BDU-nin jurnalistika fakültəsində bakalavr pilləsində 400-ə qədər, magistr pilləsində 46 tələbə təhsil alır. 7 aspirant, 35 dissertant elmi-tədqiqat işləri üzərində çalışır.
Bundan başqa, Bakı Slavyan Universitetində (BSU) də 5 ildir ki, jurnalistika ixtisası üzrə kadrlar hazırlanır. Bu ildən etibarən isə burada müstəqil fakültə fəaliyyətə başlayıb. BSU Azərbaycanı xaricdə tanıdacaq jurnalistləri hazırlamaq iddiasındadır.
Bundan əlavə, bu gün özəl universitetlər də jurnalist kadrların hazırlanması işinə töhfə verməyə çalışırlar. Onlar da daxil olmaqla hazırda ölkədə 10-a yaxın ali tədris müəssisəsində jurnalistika fakültəsi fəaliyyət göstərir. Ölkənin müxtəlif elm-tədris, idarəçilik strukturlarında jurnalistikanın elmi-nəzəri problemləri ilə 6 elmlər doktoru, 11 elmlər namizədi məşğul olur. Bütün bunlar ölkədə jurnalist kadrların hazırlanması üçün ilkin bazanın formalaşdırıldığını deməyə əsas verir. Amma bu bir faktdır ki, hazırlanan kadrlar günün tələblərinə cavab vermir. Jurnalistika fakültəsini bitirənlərin əksəriyyəti təhsillərini başa vurandan sonra jurnalist kimi özlərini doğrulda bilmirlər. Onların səbir göstərib bu sahədə qalanlarını peşəkara çevirmək üçün qəzet redaktorları illərini və əsəblərini qurban verməli olurlar. Buna bir səbəb kimi, ölkədə qəbul imtahanlarının test üsulu ilə keçirilməyə başlamasından aparılan ixtisas seçimi prosedurası göstərilir. Belə ki, son illər universitetin jurnalistika fakültəsində təhsil alanların əksəriyyəti hüquq, beynəlxalq əlaqələr, tarix fakültələrinə qəbul olmaq arzusu ilə yaşayan, amma lazımi bala toplamayanlardır. Onların yığdıqları bal yalnız jurnalistika fakültəsinə qəbul olmağa əsas verdiyindən məcburən burada oxuyurlar. Bu baxımdan tələblərin əksəriyyəti ali təhsillərini başa vurduqdan sonra jurnalistikaya üz tutmurlar. Bir neçə il bundan əvvəl Mətbuat Şurası universitetlərdəki jurnalistika fakültələrində monitorinqlər keçirdi və məlum oldu ki, orda təhsil alan tələbələrin əksəriyyəti jurnalist olmaq arzusunda olmayıb. Sadəcə olaraq topladıqları bala görə burda oxumağa razılaşıblar. Onlara təhsili başa vurduqdan sonra jurnalist işləyəcəkləri ilə bağlı sual verəndə məlum olub ki, xeyli hissəsi jurnalist olmayacaq. Başqa sözlə, bu gün jurnalistika fakültəsində oxuyanların əksəriyyəti bir sənət kimi jurnalistikanı sevmirlər. Buna görə də bu peşənin incəliklərinə yiyələnməkdə maraqlı olmurlar. Sabah işə başlayanda isə bunun acısını çəkirlər. Özü də bunu acısını təkcə onlar deyil, ümumilikdə jurnalistika, bütövlükdə cəmiyyət çəkir. Ona görə də bu problemin bir həll yolu tapılmalıdır. Problemin həlli məqsədilə bir müddət öncə jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına cəlb edilməsi təşəbbüsü meydana gəlmişdi. Bu təklifi irəli sürənlər hesab edirlər ki, jurnalist olmaq arzusuna düşənlər əvvəlcə yazı yazmaq qabiliyyətlərinin olduğunu sübuta yetirməli, sonra digər fənlərdən də imtahan verməlidirlər.  
Yuxarıda qeyd edilənlər nəzərə alınarsa, etiraf edilməlidir ki, bu gün universitetlərimizin jurnalistika fakültələrindəki tədris günün tələblərinə uyğun qurulmur. Tələbələrə daha çox nəzəriyyə öyrədilir, praktika isə yaddan çıxır və yaxud nəzəriyyə ilə praktika arasında lazımi balans yaradılmır. Ona görə də, jurnalistika fakültəsində təhsil alan tələbələri istehsalat təcrübəsinə göndərən zaman onlar böyük çətinliklərlə üzləşirlər, xüsusən də, televiziyalar bu tələbələri istehsalat təcrübəsinə qəbul etmək istəmirlər. Bu baxımdan bu gün universitetlərin jurnalistika fakültələrində tədrisin fəlsəfəsində dəyişikliyin edilməsi artıq bir zərurətə çevrilib. Çünki dünənə qədər belə bir tendensiya mövcud idi ki, jurnalistika fakültəsini bitirən tələbə nə bilir? Bu gün isə, bu yanaşma tamamilə dəyişərək, jurnalistika ixtisasına yiyələnmiş kadrın nə bacarması məsələsi öz aktuallığını göstərməkdədir. Yəni jurnalistika ixtisasına yiyələnmiş kadr istənilən bir mətbuat orqanında və yaxud televiziya vasitəsində ona verilən tapşırığı yerinə yetirə bilirmi? Ona görə də, bugünkü jurnalistika daha çox texnologiya ağırlıqlıdır. Məhz bu bacarıqlar və vərdişlər jurnalistika fakültəsində təhsil alan tələbələrə öyrədilməlidir. Burada da prinsipcə, təhsilin keyfiyyət standartları dəyişilmir. Çünki jurnalistikada fakültəsində təhsil alan tələbə, təbii olaraq, müəyyən dünyagörüşü əldə etməlidir. İstənilən jurnalist incəsənəti, tarixi və bir neçə xarici dili bilməlidir. Bunun ardınca isə, yeni bir mərhələ kimi, ixtisas fənlərini çox gözəl mənimsəməlidir. Eyni zamanda, bu gün jurnalistika fakültəsində ixtisaslaşma məsələsi çox azdır.
Ümumi rəy belədir ki, bu gün Azərbaycanın jurnalist kadrların hazırlığı sahəsində ciddi islahatlara ehtiyac var. BDU-nun jurnalistika fakültəsində ildə 25-30 jurnalist yetişdirməklə bu sahədəki problemi həll etmək mümkün olmayacaq. Bunun üçün dövlət səviyyəsində ciddi addımlar atılmalı, yuxarıda qeyd edilən islahatlar aparılmalıdır.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 14.07.10 | Baxılıb: 419

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •