Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
14 iyul
Heydər Əliyev sadə ailədən çıxmış yüzlərlə Azərbaycan balalarını Sovet İttifaqının ən yaxşı ali təhsil müəssisələrinə göndərirdi. Həmin gənclərin təhsillərini başa vurduqdan sonra qayıdıb ölkələrində fəaliyyət göstərmələrini və hətta dövlət idarəçiliyində özlərini yüksək səviyyədə doğruldaraq vətənə xidmət etmələrini gördükcə ulu öndərin hələ sovet dönəmində məhz müstəqil Azərbaycanı düşünməsinə heyran qalmaya bilmirsən.

Beş min illik dövlətçilik tarixi olan Azərbaycan öz siyasi taleyində hədsiz yaddaqalan məqamlara şahidlik edib. Milli dövlətçilik dəyərlərimizi formalaşdıran bu məqamların izini tariximizin bütün dönəmlərində tapmaq mümkündür. Demək olmaz ki, yaşadığımız keçmiş ancaq parlaq rəngdədir, elə səhifələr var ki, orada ancaq ağ ləkələr görünür, elə məqamlar da var ki, onu yenidən öyrənməyə ehtiyac duyursan. Ancaq bu artıq bir həqiqətdir millətin yükü onu daşıyan şəxsiyyətlərin çiyinləri üzərində bərqərar olub, onların missiyası ilə millətin və dövrün tələbləri o qədər çulğalaşıb ki, həmin şəxsiyyət haqqında danışmaq əslində elə millət haqqında danışmağa bərabərdir. Azərbaycan, eləcə də dünyanın siyasi tarixi üçün əlamətdar çəkiyə malik 14 iyulda bir daha geriyə boylanıb, olmuşları təhlil etmək zərurəti yaranır. Açıq etiraf edim ki, həmişə bu gündən bəhs edərkən yeni məqamlar üzə çıxır, təzə nəsə tapırsan, bu, həmin günün yaddaşımızda nə qədər dərin izlər buraxdığını təsdiqləyir.    41 il öncə iyul ayının həmin bu günündə Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldi. Həmin dövr Azərbaycanının keçmiş sovetlər ittifaqının geri qalmış aqrar ölkəsi, milli ucqarı olması, əhalinin dolanışığının çətinliyi, mili dəyərlərin aşınması, mədəni inkişafındakı problemlər və geriləmələri xatırlatmaqla bu günün əhəmiyyətini sadəcə bir cümlə ilə belə ifadə edə bilərik - Azərbaycan bir dövlət, azərbaycanlılar isə bir xalq kimi tamamilə yeni inkişaf mərhələsinə adladı. Gələcək müstəqil Azərbaycanın iqtisadi və mənəvi əsaslarının məhz ötən əsrin 70-ci illərindəki təbəddülatdan qaynaqlandığını heç kim inkar edə bilməz. Heç kimin inkar edə bilməyəcəyi faktların sayını sonsuza qədər uzatmaq da olar. Ümumi çəkisinə görə 14 iyul dünya tarixini dəyişən rəqəmdir. 1789-cu ildə planetar dəyişikliklərə yol açan, ilk dəfə olaraq millətin dövlət qurma haqını siyasi müstəviyə çıxaran Böyük Fransa İnqilabı mütləqiyyətin sonuncu istinadgahı Bastiliya qalasını almaqla məhz bu gündən start götürdü. Fransa inqilabı tək Avropanın feodal ölkəsinin deyil, öz miqyasına görə gələcək burjua-demokratik hərəkatının, ilk respublika dəyərlərinin formalaşmasının, xalq təmsilçiliyinin sivil mərhələyə qədəm qoymasının ilhamvericisi oldu. Əslində dünyanın yeni tarixi 14 iyuldan başlayır. Fransada tarixin gedişini dəyişən inqilablardan 180 il sonra tamam başqa məkanda - Avropa ilə Asiyanın qovşağında, Sovet İttifaqının ucqar bir respublikasında millətin sonrakı təkamülündə elə Fransa inqilabı boyda tarixi mərhələ başladı. İnkişafının hansı mərhələsini təhlil etsək görərik ki, Azərbaycan xalqına 1969-cu ilin iyulun 14-dəki kimi fürsət verilməyib. Müxtəlif parametrlərdən ötəri nəzər yetirsək bu günün əhəmiyyətini daha yaxşı dərk etmiş olarıq. Heydər Əliyev həmin dövrdə sovet partiya xadimləri standartlarını dağıda bildi. O, digər həmkarları, Siyasi Büronun başqa üzvləri kimi xalqdan uzaq düşmüş, kabinetinə qapanıb, yalnız partiya qurultaylarında rəyasət heyətində görünən rəhbər obrazını alt-üst etdi. Çünki Heydər Əliyev elə xalqın içərisindən çıxmış, xalqın zəngin tarixinə, ənənələrinə və ən əsası tükənməz potensiyalına bələd olan şəxsiyyət idi. Xalq onu elə rəhbərliyinin ilk çağlarından tanıdı və hörmət etməyə başladı. Çünki Heydər Əliyev nomenklaturanın standartlarından, şablonlardan danışmadı, onun sədrliyi ilə keçirilən 69-cu ilin avqust plenumu geri qalmış, ətalət halında olan respublikanın ictimai fikrini silkələdi – Heydər Əliyev rəhbər kimi elə ilk çıxışında ölkənin inkişafını buxovlayan ən böyük bəladan rüşvətxorluqdan danışdı və bəyan etdi ki, bu bəla ilə ciddi mübarizə aparacaq. Haşiyə çıxaraq vurğulayım ki, ulu öndər bu vədinə bütün rəhbər karyerası boyu sadiq qaldı, bəlkə də onu gözü götürməzlər dəstəsinin formalaşması, bədxahlarının olması da bununla bağlı idi. Ümumi tarixşünaslıqda Brejnev hakimiyyəti illəri Sovet İttifaqında «durğunluq illəri» kimi qiymətləndirilir, başqa sözlə desək, ideoloji həyatda Xuruşov «istiləşməsi»nin görüntülərindən imtina olundu, yenidən stalinizmin şəxsiyyətə pərəstişinə uğursuz qayıdış cəhdləri edildi. Bütün bunlar nəinki Azərbaycan kimi balaca ittifaq subyektində, hətta mərkəzin özündə belə inkişafın qarşısını alan amil idi. Heydər Əliyev şəxsiyyətinin və milləti qarşısında məsuliyyətinin böyüklüyü onda idi ki, konyunkturanın qılıncını itilədiyi bir məqamda sıçrayış edə bildi, onun atdığı addımlar istisnalıq təşkil edirdi, Azərbaycan qapalı-totalitar cəmiyyətdə inkişaf və tərəqqi adasını xatırladırdı. 70-ci illərdə Azərbaycanın imza atdığı uğurlar respublikanın və xalqın artıq formalaşmış imicini dəyişdi, geri qalmış aqrar respublikada bir-birinin ardınca yeni sənaye sahələri yaradıldı, Azərbaycanın adı müttəfiq respublikalar arasında öncüllər cərgəsində çəkilirdi. Bütün bu sistemli iş xalqın həyat tərzində, xüsusən sadə zəhmət adamlarının güzəranının yaxşılaşmasında özünü göstərirdi. Heydər Əliyev Azərbaycanın gələcəyini düşünürdü. Yalnız bir neçə faktı xatırladaq – Azərbaycan dilinin Konstitusiyada təsbit edilməsi rəhbərin milli təəssübkeşlik hissindən qaynaqlanırdı. Millət öz dilinin rəsmi səviyyəyə qaldırılmasını gördükcə özünə inamı, tarixinə, dəyərlərinə sadiqliyi daha da artırdı. Digər fakt: Azərbaycanda ilk dəfə olaraq Naxçıvanski adına hərbi məktəb açıldı, o vaxta kimi yalnız tikinti yönümlü hərbi hissələrlə göndərilən Azərbaycan gəncləri indi öz ölkələrində hərbi kadr kimi hazırlanırdı. Bu da sonradan erməni istilası qarşısında əliyalın qalan Azərbaycan xalqının dadına yetdi, bu gün həmin hərbi məktəbin yerini ümummilli liderin adını daşıyan hərbi akademiya tutur. Nəhayət, xatırlatmaq istədiyim üçüncü fakt – Heydər Əliyev sadə ailədən çıxmış yüzlərlə Azərbaycan balalarını Sovet İttifaqının ən yaxşı ali təhsil müəssisələrinə göndərirdi. Həmin gənclərin təhsillərini başa vurduqdan sonra qayıdıb ölkələrində fəaliyyət göstərmələrini və hətta dövlət idarəçiliyində özlərini yüksək səviyyədə doğruldaraq vətənə xidmət etmələrini gördükcə ulu öndərin hələ sovet dönəmində məhz müstəqil Azərbaycanı düşünməsinə heyran qalmaya bilmirsən. Bütün bunlar 14 iyulun Azərbaycan üçün nə dərəcədə əlamətdar olduğunun göstəriciləridir. Bu günün tarixi çəkisi barədə hədsiz faktlar sadalamaq, təhlillər vermək olar. Ən vacib cəhət odur ki, hər dəfə bu günü öyrəndikcə bir azərbaycanlı kimi fəxr etməyə bilmirsən.
+  -  Çap 
Yerləşdirilib: 14.07.10 | Baxılıb: 1032

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •