Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yapon demokratların bir palatası qaldı
Hakim partiya yuxarı palataya keçirilən seçkilərdə biabırçı məğlubiyyətlə üzləşib

Yaponiyanın hakim Demokrat Partiyası iyulun 11-də parlamentin yuxarı palatasına keçirilən parlament seçkilərində biabırçı məğlubiyyətlə üzləşib. Düzdür, məğlubiyyət onun hakimiyyətdən kənarlaşdırılmasına səbəb olmayacaq. Lakin əldə olunan nəticə iqtisadi qüdrətinə görə planetin ikinci dövləti hesab edilən Yaponiyanı siyasi cəhətdən qeyri-stabil edəcək.İlk növbədə parlament üzərində etibarlı təminatın olmaması Yaponiya hökumətinin xarici siyasətinin dinamikasını pozacaq. Hökumət ilk növbədə Rusiya ilə sülh müqaviləsinin imzalanması məsələsində hər hansı bir təşəbbüs irəli sürə bilməyəcək. Qeyd edək ki, Yaponiyanın baş naziri Naoto Kan kabinetə rəhbərliyi bir aydır ki, həyata keçirir. Bu müddət ərzində isə artıq siyasi iflasla üzləşib. Hələ iyunun əvvəlində keçirilən rəy sorğuları göstərirdi ki, yapon seçiciləinin 60 faizi enerjili və söhbətcil baş naziri müdafiə edir. Lakin bazar günü keçirilən seçkilərin nəticələri göstərdi ki, həmin dövrü yaddan çıxarmağın vaxtı çatıb. Kanın rəhbərlik etdiyi Demokrat Partiyası səsvermənin yekunlarına görə, 44 səs qazanıb. Halbuki, əvvəlki parlamentdə 54 səsə malik idi. Onun koalisiya üzrə müttəfiqi - Yeni Xalq Partiyası isə bir mandat belə qazana bilməyib. Yuxarı palatada çoxluqdan məhrum olan demokartların əvəzinə- Liberal-Demokrat Partiyası öz üzvlərinin sayını artırmağa müvəffəq olub. Bəlli olduğu kimi, son 50 ildə Yaponiyada hökumətə rəhbərliyi əldən buraxmayan liberal-demokratlar ötən yayda məğlubiyyətlə üzləşdilər. Hamı elə fikirləşirdi ki, «əbədi müxalifət» uzunmüddətli sabit rejim qura biləcək. Lakin bu belə olmadı. Bir neçə maliyyə qalmaqalı yeni hökumətin nüfuzunun aşağı düşməsinə səbəb oldu. Demokratlar həm də Okinava adasında ABŞ-a məxsus «Futemma» hərbi bazasını çıxaracaqları barədə verdikləri vədi də yerinə yetirmədilər. Hətta bazanı Yaponiya daxilində və yaxud ondan kənarda yerləşdirmək üçün yer də tapılmadı, Elə Vaşinqton da Uzaq Şərqdə vəziyyətin qeyri-stabil olduğunu əsas gətirərək kompromisə getmədi. Nəticədə vədini yerinə yetirməyən yeni hökumət seçicilərin gözündə qeyri-ciddi hökumət imici qazandı. Bundan sonra demokratların lideri Yukio Xatoyama biabırçı formada istefaya getməli oldu, onun yerinə tutan Kan isə çox pis vəziyyətə düşmüş oldu. Bəziləri bu qənaətdədir ki, bazar günü keçiriən seçkilərdə əldə olunan nəticəyə görə baş nazirin özü günahkardır. Belə ki, seçki kampaniyasının gedişində o çox ehtiyatsız bir bəyanat səsləndirmişdi. Söhbət vergilərin artırılacağı barədə bəyanatdan gedir. Bu isə təbii ki, yaponların xoşuna gəlmədi. Ekspertlərin qənaətincə isə vergilərin artırılması çox vacibdir. Belə ki, Yaponiyanın dövlət borcu durmadan artır. Əhali isə vergilərin artırılmasını istəmir. Lakin yuxarı palataya keçirilən seçkilərdəki məğlubiyyət indiki hökumətin hakimiyyətdən uzaqlaşması demək deyil. Hələ ki, demokratlar və onların müttəfiqləri daha vacib hesab edilən aşağı palatada üstünlüyə malikdir. Bu palata baş nazirin seçilməsi və dövlət büdcəsinin müəyyən olunmasında həlledici rola malikdir. Yuxarı palata Kanın bir sıra qanun layihələrinin həyata keçməsinə maneçilik yaratmaq imkanında olsa da, Kanın hökuməti bu və digər məsələlərin müzakirəsində dəstək almaq üçün kiçik partiyalarla pərdəarxası müvəqqəti koalisiya yaradacaq. Sözsüz ki, məğlubiyyət hökuməti strateji və qeyri-populyar qərarların qəbulunun qarşısını alacaq. Məsələn, dövlət borclarının azaldılmasında. Naoto Kanın kabinetinin həm də diplomatiya sahəsində qeyri-standart qərarlarının qəbulunda imkanları azalacaq. Belə ki, Cənubi Kuril adaları ilə bağlı Rusiya ilə sülh müqaviləsinin imzalanmasında uzunmüddətli durğunluq yaranacaq. Bu isə Moskvanın xeyrinədir. Lakin Rusiya ilə Yaponiya arasında digər məsələlərdə yaxınlaşmada parlamentin rolu azdır. Artıq iki dövlət Vladivostok yaxınqlığında irimiqyaslı qaz zavodunun tikintisi üzrə müqavilənin imzalanmasının son mərhələsindədirlər.
+  -  Çap 
Yerləşdirilib: 14.07.10 | Baxılıb: 193

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •