Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Bu da bizim gənclər!
Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Bakı səfəri hələ də beynəlxalq və yerli medianın gündəmdə saxladığı məsələlər sırasındadır. Amerikalı diplomatın səsləndirdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində odluğunu və bu əlaqələrin bundan sonra da irəliyə doğru gedəcəyini deməyə əsas verir. Amerika Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha konkret şəkildə bəyan etdi. Bu məsələlərlə yanaşı, xanım Klintonun səfəri zamanı keçirdiyi görüşlər medianın daha çox toxunduğu məqamlar sırasındadır. Amerika rəsmisinin konkret olaraq müxalifət təmsilçilərinə arzuladıqları görüş fürsəti verməməsi bu düşərgədə yumşaq desək, məyusluq yaradıb, hətta bəziləri Ağ evin ünvanına təhqirlər səsləndirməkdədir. Təbii ki, rəsmi səfər proqramını müəyyənləşdirərkən dövlət katibi mövcud reallıqlar kontekstindən çıxış edib və səfərinin effektivliyinə təsir göstərə biləcək vaxt itkisinə yol vermək istəməyib. Sualı başqa rakursdan qoysaq – axı nə üçün Klinton müxalifət təmsilçiləri ilə görüşməli idi? ABŞ-Azərbaycan münasibətlərinin gündəliyində müzakirə ediləcək və həllini gözləyən strateji planda çox sayda məsələ olduğu halda özünü xərcləyib qurtarmış, sosial bazası tükənmiş dairələrlə nəyi müzakirə etməli idi? Səfər günü paytaxtın əhalinin sıx olduğu yerlərində qeyri-qanuni aksiyaya cəhd edən müxalifətin təkəmseyrək fəalları hətta bacardıqları küçə eyforiyası ilə belə diqqəti özlərinə yönəldə bilmədilər. Azərbaycan həqiqətlərini müntəzəm izləyən Amerikanın beyin mərkəzləri yaxşı başa düşürlər ki, sosial dayaqlardan məhrum insanlarla xanım Klintonun bir masa ətrafında oturması onun reputasiyası üçün problem ola bilərdi. Elə buna görə də Bakıda rəsmi görüşlərlə yanaşı, Klinton gənclər təşkilatlarının bəzi nümayəndələri ilə fikir mübadiləsi apardı. Elə bu da müxalifət düşərgəsində gözlənilməz qısqanclıqla qarşılandı. Bu qısqanclıq sonradan əməlli-başlı gözümçıxdı kampaniyası ilə müşahidə olunur. Müxalifət Dəyirmi masaya qatılmış şəxsləri məhşər ayağına çəkərək ittiham edir. Görünür, onlar dövlət katibinin gənclərlə görüşməsini müxalifətin yerinin arxiv olması mesajı kimi başa düşüblər.
«Yeni Müsavat» qəzeti ötən saylarının birində Hillari Klintonla görüşdə iştirak edən iki gənclə müsavatçı gənclərin debatını təşkil edib. Jurnalistika prinsipləri baxımdan yanaşsaq, həmkarlarımızı təbrik edə bilərik, yalnız görüşün stenoqramının çap edilməsi uğurlu alınıb.  
Bu gənclərin müzakirəsində həm onların dünyagörüşü, həm vətənə və dövlətçiliyə olan münasibətlərinin görə bilərik. Təbi ki, onlar öz fikirlərini yox, başqanlarının, sədrlərinin fikirlərini deyiblər, yəni bu vaxta kimi beyinlərinə doldurulan şablonları dilə gətiriblər. Onlar əslində, iç üzlərini açıblar, nə istədiklərini, nə üçün qanunsuz aksiyalarda canfəşanlıq etdiklərini açıb töküblər. Öz dilləri ilə özlərini ifşa edən gənclər düşünür ki, «Azərbaycan reallığında iqtidar-müxalifət anlayışı var. Üçüncü sektor anlayışı yoxdur». Digər bir mülahizədə isə konkret siyasi sifariş yerinə yetirdiklərini etiraf edirlər, məsələn, biri belə deyir: «Görüşdə iştirak edən gənclərin hansısa bağlı olduğu siyasi dairələr var. Bunlar faktdır». Bəs onlar nə üçün belə aqressivdirlər, onlar nəyə nail olmaq istəyirlər, bu suala da özləri belə cavab verirlər: «Bir gənc siyasi bəyanat verir, sonra da gedir özünü üçüncü sektorun nümayəndəsi elan edir. Gedib qrant alır».
Bu fikirləri oxuduqca onların halına acımamaq mümkün deyil. Hətta mübahisənin gedişində Rəsulzadə-Elçibəy adı da səslənir. Əslində, başa düşmədim nəyə görə? Amma bu mənim yadıma nədənsə məşhur türk satirik serialı «Hababam sinfi»ni saldı, şagird Sakarya döyüşü haqqında sualı cavablandıra bilməyəndə tarix müəllimi köks ötürərək deyir: «Gör Atatürk sevgili məmləkəti kimlər əmanət qoyub». . . 
Gənclərin buraxdıqları «quş»ları çox təhlil etmək olar, amma sadəcə, bu şəklə baxmağınız və
gəncləri söz davasından əlbəyaxa davaya aparan müdhiş dialoqa nəzər salmağınız yetər:
«Ramin Hacılı:
- Başqanın kimi su duruldursan. Durult görək.
Tural Abbaslı:
- Asim Mollazadə ilə sənə aid olan hissəni durulduram. Sən bununla kifayətlən.
Ramin Hacılı:
- Səndən fərqli olaraq Asim Mollazadə məni kiminsə üstünə qısqırtmır.
Tural Abbaslı:
- Qardaşım, İsrailin səsi çıxanda, İranın...
Ramin Hacılı:
- Mən Rəsulzadə-Elçibəy ocağının başqanı olandan bəri İranla bağlı öz fikirlərim var.
Tural Abbaslı:
- Amerika İranı vuranda Amerika səfirliyinin qarşısında aksiya keçirəcəksən?
Ramin Hacılı:
- Xanım olmasaydı, burada sənə qəşəng bir cavab verərdim.
Tural Abbaslı:
- Bu debat “Dalğa” və Ramin üçün böyük reklam olacaq.
Ramin Hacılı:
- Hamı harasa işləyir. Bircə siz işləmirsiniz?
Tural Abbaslı:
- Bəli, bir dənə biz işləmirik.
Ramin Hacılı:
- Ona görə də 50 nəfər adam heç kimin inanmadığı, qəbul etmədiyi...
Zaur Əkbər:
- Debat tarana gedir...
Tural Abbaslı:
- Azərbaycanın mentalitetini məhv edib Avropanın, Rusiyanın köləsi etmək istəyirsiniz. Bu gün “podvalda” parti edib, əxlaqsızları yığıb, hoppanıb-düşüb araq içəcəyimi elan eləsəm, bilirsən ora nə qədər avara uşaqlar yığışar? Yığ, qoy onlar sənin olsun.
Ramin Hacılı qəzəblə:
- Əxlaqsız sənin əxlaqlı hesab etdiyin hər kəsdi. Başa düşdün?
Tural Abbaslı:
- Ağzının danışığını bil!
Ramin Hacılı:
- Mən sözümü dedim.
Tural Abbaslı:
- Əxlaqlı hesab etdiyim sənsən, sənin ailəndir.
Elə bu sözdən sonra Ramin Hacılı Tural Abbaslının üzərinə hücuma keçir. Stolun üstündəki stəkan-nəlbəki sınır. Gənclər söz savaşından əlbəyaxa davaya keçirlər. Redaksiyanın əməkdaşları köməyə gəlir. Bu da gənclərin debatı . . .

P.S. Bu gənclər nəinki normal fikir mübadiləsi, heç adi redaksiyada (oxu ictimai yerdə) özlərini apara bilmirlər. İndi təsəvvür edin ki, bunların ideoloqları ötən il iyulun 8-də «Livan» restoranında nələr ediblərmiş . . .
+  -  Çap 
Yerləşdirilib: 13.07.10 | Baxılıb: 182

24.07.10
Təşəkkür
ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: