Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ukraynanın MDB-yə yenidən “qayıtması”
Və yaxud Krımda dövlət başçılarının qeyri-formal sammitinin ən mühüm nəticəsi

Ötən istirahət günləri Krımda MDB dövlət başçılarının qeyri-formal sammiti keçirildi. Rusiya və Qərb mətbuatı sammitə sahibliyi Rusiya prezidenti Dmitri Medvedyevin etməsinə baxmayaraq, tədbirin əsas qəhrəmanın məhz Ukrayna prezidenti Viktor Yanukoviç olduğu qənaətinə gəliblər. Özü də bu onun tək sammitin keçirilməsi təşəbbüskarı və ev sahibi qismində çıxış etməsi ilə bağlı deyil. Belə ki, tədbirin onun 60 illiyi ilə bağlı keçirildiyini desək, yanılmarıq. Rusiya mətbuatının yaydığı məlumata görə, sammiti keçirmək təşəbbüsünü ortaya atmaqla bir məqsəd güdülüb. Rusiya bununla Qərbə göstərmək istəyir ki, Ukraynada Viktor Yanukoviçin hakimiyyətə gəlməsi ilə ölkənin xarici siyasət kursu dəyişib və bu, MDB-yə yeni həyat vermiş olacaq.
Qeyd edək ki, Krıma MDB-yə daxil olan 11 ölkədən 6 üzv dövlətin dövlət başçıları – Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Ermənistan və Qazaxıstan liderləri toplaşıb. Qonaqları şəxsən qarşılayan yubilyar onları Yalta yaxınlığındakı məşhur Livadiysk sarayına aparıb. MDB-nin üzvü olan dövlətlərin liderləri sarayın tarixi “Ağ zal”ında toplaşıblar. Məlumat üçün deyək ki, burada 1945-ci ildə tarixi Yalta konfransı keçirilib. Sammitə sədrlik edən Rusiya prezidenti səfərin əsas məğzini açıqlayıb: «Viktor Fyodoroviç mən sizi ad gününüz münasibətilə təbrik edirəm». Sammit həqiqətən də qeyri-formal alınıb. İclas bağlı qapılar arxasında olub və bəlli olan odur ki, yubilyarı təbrik etdikdən sonra prezidentlər əsas diqqəti idmana yönəldiblər. Görüşün sonunda qəbul edilən birgə bəyanatda da qeyd olunur ki, əsas diqqət müxtəlif infrastruktur layihələrinə həsr olunub. Söhbət 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatı və 2014-cü ildə Soçi Olimpiadasından gedir. Qeyd edək ki, FİFA Ukrayna stadionları ilə bağlı dəfələrlə iradını bildirib və ölkə rəhbərliyini onların Avropa standartlarına uyğunlaşdırılmasına çağırıb. Sammitdə iqtisadi inteqrasiya məsələlərinə də toxunulub. Yanukoviç bildirib ki, məhz iqtisadi əməkdaşlıq Birliyin bütün fəaliyyətinin baza elementini təşkil edir. Yanukoviç MDB çərçivəsində iqtisadi əməkdaşlığın sürətləndirilməsi mexanizmlərinin müzakirə edilməsini, nəqliyyat və turizm sahələrində birgə layihələrin həyata keçirilməsini təklif edib. Üzv dövlətlər arasında ticarətin liberallaşdırılması məsələsinə xüsusi diqqət yetirilib. Bundan əlavə, görüşdə azad ticarət zonasının yaradılması barədə saziş layihəsinin hazırlanmasına və MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti görüşündə bu məsələyə baxılmasına dair razılıq əldə olunub. Görüşdə humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, gələn ilin aprelində Kiyevdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq konfransın keçirilməsi də qərara alınıb. Forumda Çernobıl ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması, AES-in sarkofaqının modernləşməsi də müzakirə olunacaq. «Kommersant» yazır ki, prezidentlər bayram əhval-ruhiyyəsində olduqlarından daha qlobal məsələləri müzakirə etməyə vaxt olmayıb.
Prezidentlər sonradan yubilyarın ad gününü qeyd etmək üçün Massandru yaxınlığındakı hökumət bağına yığışıblar. Qeyd edək ki, dövlət başçılarının qeyri-rəsmi görüşlərinin keçirilməsi Birliyin təcrübəsində bir ənənəyə çevrilib. İlk belə görüş 2000-ci il avqustun 18-də Yaltada olub. Belə qeyri-rəsmi görüşlərin gündəliyi olmur və hər hansı məsələlərə dair qərarlar qəbul edilməsi nəzərdə tutulmur. Yalnız təxirə salınması mümkün olmayan məsələlər istisna təşkil edir.
Ekspertlərin qənaətincə, sammitin əsas yekunu Ukraynanın MDB-yə yenidən «qayıtmasıdır». Belə ki, əvvəlki prezident Viktor Yuşşenko tədbirlərə daha çox əl qaldırmaq tədbiri kimi baxırdı. O, bununla MDB-nin ölkəsinin prioritetlərinə daxil olmadığını nümayiş etdirmək istəyirdi. Viktor Yanukoviç isə praktiki olaraq göstərdi ki, aktiv işlərə başlamaq niyyətindədir. Yəni ekspertlərin qənaətincə, Ukrayna sadəcə, MDB-nin adi iştirakçısı kimi yox, Rusiya ilə yanaşı durmaq istəyir. Maraqlıdır ki, MDB çərçivəsində aktivliyini gücləndirmək istəyən Ukrayna Rusiya ilə dost münasibətində olan və postsovet məkanına daxil olan digər dövlətlərlə də münasibətləri genişləndirmək istəyir. Belə ki, sammitin keçirilməsinə bir gün qalmış Gürcüstan prezidenti Mixail Saakaşvili Yaltaya gəlib. Ukrayna prezidentinin administrasiyasında səfərin tam gözlənilməz olduğunu bildiriblər. Qeyd olunub ki, Saakaşvili Yanukoviçi MDB dövlət başçılarından tez təbrik etmək istəyib. Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub ki, Gürcüstan və Ukrayna liderlərinin Kiyev görüşü dostluq və mehribanlıq şəraitində keçib. Bu, Saakaşvili və Yanukoviçin ilk görüşüdür. Gürcü tərəfinin məlumatında isə deyilir ki, Kiyevdə görüş Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilib. Tərəflər Gürcüstan-Ukrayna ikitərəfli münasibətlərinə baxıblar. Onu da qeyd edək ki. Gürcüstan 2008-ci ilin avqustunda rəsmən Birliyin tərkibindən çıxdığından MDB dövlət başçılarının sammitinə qatılmır.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 13.07.10 | Baxılıb: 248

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •