Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Jurnalistlər mənzil problemlərini müzakirə etdilər
Jurnalist Qadınlar Assosiasiyasının keçirdiyi dəyirmi masada problemin həlli üçün müxtəlif təkliflər səsləndi

İyulun 6-da Xəbərlər-Azərbaycan Beynəlxalq İnformasiya Agentliyində jurnalistlərin sosial problemlərinin həlli yollarının müzakirəsinə həsr olunan Dəyirmi masa keçirildi. Tədbirin təşkilatçısı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) prezidenti Sevil Yusifova milli mətbuatın 135 illiyi ilə bağlı prezident Sərəncamını Azərbaycan mətbuatına diqqət kimi dəyərləndirdi: “Dövlət başçısının sərəncamı dövlətin mətbuata göstərdiyi qayğının təcəssümüdür”.

Necə ki, «Lider» və «ATV» öz əməkdaşlarını evlə təmin edə bildi. . .
S.Yusifovanın sözlərinə görə, jurnalistlər arasında söz azadlığı, jurnalistlərin qarşılaşdığı problemlərlə bağlı keçirilən sorğularda daha çox onların sosial problemləri hallandırılıb: “Azərbaycan mediası çox gəncdir. Ancaq bu sahədə çalışanların əksəriyyəti çox aşağı səviyyədə maaş alır. Onların aylıq 300-350 manat əməkhaqqı jurnalistlərin özlərini evlə təmin etmələrinə kömək etmir. Jurnalistlər diqqət mərkəzində olmalıdır”. S.Yusifova vurğuladı ki, vaxtilə jurnalistlərin ev problemini Parlament Jurnalistlər Birliyi ilk dəfə gündəmə gətirib. Ancaq onların təşəbbüsü heç bir nəticə verməyib: “Onların böyük təşəbbüs göstərməsi, qapıları döyməsi, imza kampaniyası aparması böyük bir iş idi. Görünür, bu işin nəticəsinin olması üçün biz də dəstək verməli, onların yanında olmalıyıq”. S.Yusifova  Azərbaycan dövlətinin iqtisadi imkanlarının get-gedə gücləndiyini diqqətə çatdırdı. “Bu gün Azərbaycan varlı bir dövlətdir. Ölkənin neft gəlirləri artır və ölkəmiz regionda iqtisadi gücə malik dövlətə çevrilib. Ona görə də dövlətin öz jurnalistlərini mənzillə təmin etməsi böyük problem deyil. Ola bilər ki, gələcəkdə xarici ölkələrdə olduğu kimi bizdə də media holdinqlər inkişaf etsin və onlar öz jurnalistlərini evlə təmin etsinlər. Necə ki, «Lider» və «ATV» televiziyası öz əməkdaşlarını evlə təmin edə bildi. Bu nümunənin mətbuatda da olmasını arzu edirik».

Milət vəkili təklif edir ki . . .

Millət vəkili Lalə Abbasova diqqətə çatdırdı ki, əvvəllər 10-15 il növbədə durub dövlətdən ev almaq mümkün idi. Bu gün isə situasiya bir qədər dəyişib. L.Abbasovanın fikrincə, jurnalistlərin mənzil problemi bu gün prioritet məsələdir:  «Əgər Mətbuat Şurası bu məsələyə daha ciddi yanaşsa, dövlətə özü müraciət etsə problem həll oluna bilər». Millət vəkili təklif etdi ki, jurnalistlər mənzil problemi ilə bağlı Mətbuat Şurasına müraciət etsinlər və bu qurumun nəzdində daha fəal jurnalistlərin evlə təmin olunması üçün növbə təşkil edilsin. «Mətbuat Şurası dövlətlə təmasda işləyərək jurnalistlərə mükafat ayrılırmış kimi mənzil probleminə kömək edə bilər. Ancaq «hər əlinə qələm alan desə ki, mən jurnalistəm və mənə ev verin» bu düzgün deyil. Onları ələkdən keçirmək üçün böyük bir zaman lazımdır». Millət vəkili çıxışında ölkəmizdə lazım olmayan qəzetlərin çoxluğundan da şikayətləndi: «Bu qəzetlər öz xərclərini ödəyə bilmirlər və orada çalışan jurnalistlər də yaxşı əməkhaqqı almır. Bu gün jurnalistikada təsadüfi insanlar az deyil». L.Abbasova vurğuladı ki, dövlətin büdcəsi artsa da, onun xərcləri də çoxdur. Millət vəkilinin fikrincə, problemin həlli jurnalistlərin öz əmək haqlarının artırılmasına təşəbbüs göstərməsindən asılıdır: «Özünə hörmət edən jurnalist səhifəsi 10 manat olan qəzetdə işləməz və yüksək əməkhaqqı tələb edər. Əgər jurnalist desə ki, mən bu gün 300 manata deyil, 1000 manata işləyəcəyəm, onda o, ipoteka krediti də ala bilər».
L.Abbasova təklif etdi ki, «Akkord» şirkətlər qrupu tikdiyi binalardan jurnalistlər üçün mənzillər ayıra bilər və media nümayəndələri faizsiz kreditlə həmin mənzillərin pulunu ödəyə bilərlər. 

Jurnalistlərin yüksək əməkhaqqı tələb etməsi qeyri-realdır

Millət vəkili Qüdrət Həsənquliyev də vaxtilə jurnalistlərin mənzillə təmin olunmaq probleminin Parlament Jurnalistlər Birliyi tərəfindən gündəmə gətirildiyini və təşəbbüsün nəticəsiz qaldığını xatırlatdı: «Görünür, başqa forma axtarmaq lazımdır ki, dövlət bu problemin həllində yaxından iştirak eləsin. Azərbaycanda elə bir vəziyyətdir ki, əhalinin mətbuata marağı azalıb. İnsanlar az qəzet oxuyurlar. Bunun subyektiv və obyektiv səbəbləri var. Elektron informasiya vasitələrindən informasiya almaq daha genişlənib. Ancaq hesab edirəm ki, qəzetə hər zaman ehtiyac olacaq. Sadəcə, bu dövrü adlayıb keçmək lazımdır». Millət vəkilinin sözlərinə görə, dövlət indiki çətin şəraitdə jurnalistləri qorumağa çalışmalıdır. Onun fikrincə, jurnalistlərin yüksək əməkhaqqı tələb etməsi qeyri-realdır. «Çünki qəzeti dotasiya ilə yaşadanların jurnalistə ondan artıq məvacib vermək, jurnalistin isə seçim imkanı yoxdur. Bu, jurnalistlərin çox ciddi problemidir. Reallıq budur ki, bu gün dördüncü hakimiyyət adlandırılan mətbuata hamının ehtiyacı var. Ona görə də dövlət mətbuatın qayğısına qalmalıdır». 

Siyahını Mətbuat Şurası hazırlamalıdır

Q.Həsənquliyevin sözlərinə görə, jurnalistlərin problemini çox az vəsaitlə həll etmək mümkündür. Belə ki, jurnalist faizsiz kreditlə 20-25 il ərzində mənzil problemini həll edə bilər: «Evlərin tikilməsi üçün vəsait Mətbuat Şurasına verilməli, qurum da hər hansı tikinti şirkəti ilə müqavilə imzalamalıdır. Həmin binanın birinci mərtəbəsi sahibkarın ixtiyarına verilsə, o evin maya dəyəri aşağı düşə bilər. Mətbuat özü də vəsaitin necə xərclənməsini diqqətdə saxlaya bilər. Jurnalistlərə faizsiz kreditlər verilməli və onların siyahısını Mətbuat Şurası hazırlamalıdır».
 
Jurnalistlərə torpaq sahəsinin ayrılmasına gəlincə, millət vəkili bildirdi ki, mütləq deyil ki, jurnalistlərə veriləcək torpaq sahəsi şəhərin mərkəzində olsun. Zabratdan tutmuş Binəqədiyə qədər 100 hektarlarla torpaq sahələri var ki, Neft Şirkəti oranı mühasirəyə alıb. Onsuz da bu torpaqlar kimlərəsə satılır, verilir. O torpaqları hətta həyətyanı sahələr kimi də jurnalistlərə vermək olar. Çoxlu boş torpaq sahələri var ki, onlardan bu problemin həlli üçün istifadə oluna bilər: «Əgər hər il 100 jurnalist evlə və ya torpaq sahəsi ilə təmin olunsa, onların problemi həmişəlik həllini tapar». Q.Həsənquliyev onu da vurğuladı ki, bütün jurnalistlər bir araya gəlib əlbir olsalar problemin həllinə nail olmaq mümkündür.

Qəzetə münasibət fərqli olmalıdır

Mətbuat Şurasının üzvü Umud Rəhimoğlu mətbuatın tarixinə nəzər salaraq o dövrdə yığılıb qalan problemlərin təəssüf ki, bu gün də mövcud olduğunu diqqətə çatdırdı. U.Rəhimoğlu bu gün mətbuatda jurnalistlərin çoxluğundan da şikayətləndi: «Təsəvvür edin, jurnalistlərə ev verilməsi haqqında qərar qəbul olunsa, əhalinin 80 faizinin cibindən jurnalist vəsiqəsi çıxacaq. Ancaq evlər öz qəlbləri, əməkləri, peşəkarlıqları ilə fərqlənən jurnalistlərə verilməlidir. Bu gün qəzet biznesdir. Qəzetə münasibət fərqli olmalıdır. Azərbaycan dövlətinin büdcəsi nə qədər artsa belə, o büdcənin kifayət qədər xərcləri var. Amma bu o demək deyil ki, jurnalistlərin problemi həll olunmamalıdır». U.Rəhimovun fikrincə, jurnalistlərin sosial probleminin həlli üçün kompleks tədbirlər planı hazırlanmalı və ölkə rəhbərliyinə təqdim olunmalıdır. MŞ üzvü həmçinin bu məsələdə jurnalistlər arasında fikir birliyinin, həmrəyliyin zəruriliyini də vurğuladı.

Şəhərin üç yerində bizə ev təklif olunmuşdu, ancaq. . .

Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri Elşad Eyvazlı bir neçə il bundan əvvəl jurnalistlərin ev problemi ilə bağlı məsələ qaldırarkən qarşılaşdıqları maneələrdən danışdı. PJB rəhbəri vurğuladı ki, problemin bu günə qədər çözülməməsinin səbəblərindən biri də jurnalistlər arasında həmrəyliyin olmamasıdır: “Məsələ bir qədər də konkretləşməlidir. Biz jurnalistlərin problemi ilə bağlı müraciət edəndə müəyyən meyarları da müəyyənləşdirmişdik. Kooperativ yaratmağa nail olmuşduq. Hətta problemin həllinə o qədər yaxınlaşmışdıq ki, şəhərin üç yerində bizə ev təklif olunmuşdu. Ancaq elə media kapitanlarımız var ki, onlar bizim əziyyətimizin üstündən ev və maşın sahibi oldular”. E.Eyvazlının fikrincə, əgər jurnalistlər həmrəy olsalar, ölkə rəhbərliyi də problemin həllinə müsbət yanaşar. 

Mətbuat Şurası bu məsələdə aparıcı mövqedə dayanmalıdır

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğuladı ki, problemin ayrı-ayrı təşkilatların və fərdi qaydada kiminsə öhdəsinə verilməsi növbəti ədalətsizliyin yaranmasına zamin olar. Onun sözlərinə görə ölkədə 4000-ə yaxın mətbu orqan var. “Mətbuat Şurası media adına ləkə gətirən qəzetlərin müəyyənləşməsi ilə bağlı kifayət qədər ciddi işlər görüb. Bu prosesdə də Mətbuat Şurasının özünün fəal şəkildə iştirak etməsi hesab edirəm ki, daha məqsədəuyğun olardı. Belə ki, Mətbuat Şurası bu məsələdə daha aparıcı mövqedə dayanmalıdır. Təşəbbüslərin heç birinə də qısqanclıqla yanaşmaq lazım deyil. Problemin həlli üçün sadəcə ittihamları kənara qoyub ortaq bir məxrəcə gəlmək və həmrəylik nümayiş etdirmək lazımdır”. Dəyirmi masanın digər iştirakçıları da jurnalistlərin sosial problemlərinin həlli yolunda həmrəyliyin, fikir birliyinin zəruriliyini qeyd etdilər. Tədbirin sonunda ölkə prezidentinə müraciət qəbul olundu.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 07.07.10 | Baxılıb: 267

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •