Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanda internetlə bağlı heç bir məhdudiyyət yoxdur
Qısa müddət ərzində Azərbaycanda əhalinin daha çox faizi internetdən istifadə edəcək

İnternetin inkişaf proseslərinin dünya ilə paralel aparıldığı Azərbaycanda bu xidmətin istifadəçilərinin sayının artırılmasına yönələn tədbirlər davam etdirilir. İnternetin tarixinə gəlincə, ölkədə ilk sayt 1995-ci ildə işə başlayıb. İlk dövlət internet saytı olan www.prezident.az isə 1997-ci ildə istifadəyə verilib. Ümumiyyətlə, 1995-ci ildən başlayaraq ölkəmizdə internetin tətbiq olunması ilə ölkə vətəndaşları internet resurslarına çıxış imkanları əldə ediblər. O gündən artıq internetin inkişafı ilə bağlı istər dövlət, istər qeyr-hökumət təşkilatları, istər biznes sektoru səviyyəsində müəyyən işlər həyata keçirilib. Amma internetin respublikada daha dinamik inkişafının tarixi 2003-cü ildən başlayır.

“İnternetin düşmənləri“ siyahısından çıxarılan elektron ölkə

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov deyir ki, buna səbəb məhz həmin dövrə qədər internetlə bağlı müəyyən lisenziyalaşdırma tələblərinin mövcudluğu olub: «2003-cü ildə isə xüsusi sərəncamla bu prinsip aradan qaldırılıb və internet lisenziyalaşdırılmayan xidmətlər siyahısına əlavə edilib. Bununla da Azərbaycan “İnternetin düşmənləri“ siyahısından çıxarılaraq artıq beynəlxalq hesabatlarda elektron, demokratik bir ölkə kimi öz əksini tapıb. Dövlət tərəfindən ilk olaraq telekommunikasiya infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib ki, istər paytaxtda, istərsə də rayon mərkəzlərində, kəndlərdə hər bir vətəndaşımız elektron resurslara keyfiyyətli, sürətli çıxış imkanı əldə etsin”. Bu məqsədlə BMT-nin İnkişaf Proqramı ilə birlikdə istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər-hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malik AzDataKom qurulub. Artıq bu günə həmin şəbəkənin məlumat ötürmə sürəti 10 Gb/s səviyyəsinə çatdırılıb: ”Bakı, Sumqayıt, Abşeron və bütün rayon mərkəzləri optik şəbəkə ilə əhatə olunub və bu gün şəbəkə Bakı, Sumqayıt, Abşeron yarımadası üzrə 10 Gb/s  sürəti ilə informasiya mübadiləsi aparmağa imkan verir. Rayon mərkəzlərində isə 1 Gb/s  sürəti ilə informasiya mübadiləsi aparmağa imkan verir ki, yaxın müddətdə bu ərazilərdə də 10 Gb/s  ilə informasiya mübadiləsi aparılmasına imkan yaradılacaq”.

Ən ucqar kənddə belə internetə qoşulmaq imkanı


Şöbə müdiri deyir ki, bundan başqa, digər texnologiyalar – vay-fay (WiFi), sinema, mobil texnologiyaları vasitəsi ilə də ölkənin bütün ərazisində qlobal resurslara, yəni internetə çıxış imkanlarının yaradılması istiqamətində işlər aparılır: ”Artıq yenə deyə bilərik ki, bütün rayon mərkəzlərində SDM texnologiyası ilə 144 kb/s sürəti ilə internetə qoşulmaq mümkündür. Digər tərəfdən, mobil operatorların hamısı DATA kart xidməti göstərir ki, mobil telefon və xüsusi kartların vasitəsi ilə də maneəsiz olaraq internetə noutbuklardan qoşulmaq mümkündür”. Rayon mərkəzlərində artıq ADSL geniş zolaqlı internetə qoşulmaq imkanı da mövcuddur. Bu imkanların artmasını isə 2008-ci ildə bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasının başa çatması təmin edib: ”Bu da o deməkdir ki, ən ucqar kənddə olan evdən belə dial-up vasitəsi ilə internetə qoşulmaq mümkündür. Bu da imkan verir ki, respublika ərazisində, hər bir yaşayış məntəqəsindən, hər bir telefon olan evdən internetə Bakı şəhərində qoşulduğumuz kimi qoşulaq”.

Ölkə əhalisinin 41 faizi internetdən istifadə edir


İnternetin qiymətlərinə gəlincə, RİTN rəsmisinin sözlərinə görə, artıq iki ildir ki, mütəmadi olaraq internet qiymətləri aşağı salınır: “Bu gün artıq Azərbaycan regionda internetin qiymətləri ən aşağı olan ölkələrdən biridir. Bu gün 1 Mb/saniyə tutuma görə 20-30 manat aralığında pul ödənilir”. R.Gülməmmədov bütün ölkə ərazisində internet üçün eyni tariflər olduğunu da deyir: ”Tariflər bazar sənədlərinə uyğun olaraq provayderlər tərəfindən müstəqil tənzimlənir və buna nazirlik tərəfindən heç bir müdaxilə olunmur. Ümumiyyətlə, ölkədə internetlə bağlı heç bir məhdudiyyət yoxdur-istər kontinentə, istər qoşulmaya, istərsə də xidmət göstərməyə”.
Şöbə müdiri hazırda əhalinin hər 100 nəfərdən 41-inin internet xidmətlərindən yararlandığını da deyir: “Ölkə əhalisinin 41 faizi, təxminən 3,7 milyon nəfər internetdən istifadə edir. Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə görə, ay ərzində bir dəfə bu və ya digər vasitədən istifadə edərək, bu və ya digər şəraitdə internetə çıxış imkanı qazanan hər kəs internet istifadəçisi hesab olunur. Bu baxımdan, ölkə ərazisində 1000-dən çox internet klub var. Bütün dövlət qurumlarında internet mövcuddur, bütün özəl müəssisə və təşkilatlar da internetə qoşulub. Sadaladığım texnologiyaları da nəzərə alsaq, deyə bilərik ki, bu rəqəmlər həqiqəti əks etdirir”.

Keyfiyyəti istifadəçi seçir


İnternetin keyfiyyətinə gəlincə, bu, istifadəçinin seçimindən asılıdır: “Hazırda internetə müxtəlif qoşulma imkanları, müxtəlif sürət seçimləri var. Vətəndaş, abunəçi öz maliyyə imkanlarından asılı olaraq həmin vasitələrdən hansını seçirsə, seçdiyi texnologiyaya uyğun da internetə qoşulma imkanı əldə edir”.
Şöbə müdiri dünyanın heç bir yerində ölkə əhalisinin 100 faiz internetdən istifadə etməsinə təsadüf olunmadığını da deyir: “Bu gün dünyanın heç bir ölkəsində əhali göstəriciləri üzrə 100 faizli internet istifadəçisi yoxdur. İnkişaf etmiş ölkələrdə əhalinin 70-80 faizinin internet istifadəçisi olmasına rast gəlinir. Bu da müəyyən təkamül prosesidir. Hesab edirik ki, qısa müddət ərzində Azərbaycanda da əhalinin daha çox faizi internetdən istifadə edəcək. O cümlədən, əhalinin daha çox faizi ADSL – yüksək sürətli internetdən istifadə edə biləcək”.


HƏQİQƏT İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 02.07.10 | Baxılıb: 337

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •