Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Həmsədr ölkələrin prezidentlərinin bəyanatı Ermənistana təzyiqdir
Rusiyalı politoloq hesab edir ki, Ermənistan münaqişənin hazırkı durumda qalmasında maraqlıdır

Sankt-Peterburqda Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin yüksək səviyyədə keçirilən görüşündə Rusiya tərəfi bəyan etdi ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflər Madrid prinsiplərinə daha da yaxınlaşıblar. Lakin səslənən bəyanata baxmayaraq, Ermənistan hələ də məsələ ilə bağlı mövqeyini ortaya qoymayıb. Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri politoloq Vasili Koltaşev hesab edir ki, danışıqlar prosesində bu gün hər hansı bir irəliləmə yoxdur: «Elə Madrid prinsipləri də tərəflər arasında mövcud olan müəyyən çətinlikləri aradan qaldırmaq iqtidarında deyil. Ölkələrin daxilində problemlər var. Bu bir dövlətdə ciddi, o birisində isə o qədər də əhəmiyyətli deyil. Analoji problemlər həmsədr dövlətlərdə, xüsusən də Rusiyada da mövcuddur. Hazırkı vəziyyətdə belə bir fikir formalaşıb ki, münaqişənin hazırkı durumda qalmasında Ermənistan, hətta Rusiya da maraqlıdır. Biz görürük ki, Ermənistan yeniləşmiş Madrid prinsiplərinə cavab vermir, Rusiya prezidentinin mətbuat katibi isə yalnız bəyanat verməklə kifayətlənir. Hesab edirəm ki, bu, Rusiya təbliğatçılarının nöqsanı kimi qəbul edilməlidir».
Bəlli olduğu kimi, yaxın günlərdə ABŞ dövlət katibi Hillari Klinton regiona səfər edəcək. Onun Bakıya, oradan isə Yerevana gedəcəyi planlaşdırılıb. Bəziləri bu qənaətdədir ki, yüksək rütbəli ABŞ rəsmisinin səfərindən sonra Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən irəliləyişlərin şahidi olacağıq. Politoloq ABŞ-ın Azərbaycana qarşı aktivliyinin artmasının səbəblərinə də toxunub. O vurğulayıb ki, dövlət katibinin səfərindən sonra münaqişənin nizamlanması prosesində prinsipial dəyişikliklər gözləmək gərək deyil. Lakin bütövlükdə ABŞ-ın regiondakı siyasəti müəyyən məqsədlərə xidmət edir. Onlar regionda öz nüfuz dairələrini genişləndirmək istəyirlər. İlk növbədə burada söhbət iqtisadi məsələdən gedir. Vaşinqton yerli bazarlara maksimal çıxış əldə etmək istəyir. Rusiya da həmin məqsədlərə çatmaq istəyir. Lakin ehtiyatla və daha ardıcıl. Ermənistan iqtisadiyyatı çox zəifdir. Onun xarici bazarlardan asılılığı və daxili bazarının zəifliyi hələ 2009-cu ildə müəyyən olunub. Ötən il onun ixracatı 42-43 faizə endi. Özü də bu, tək ixracın aşağı düşməsi demək deyil. Bu, ixracın dəhşətli dərəcədə aşağı düşməsi deməkdir. Artıq bu ölkənin iqtisadiyyatının tam şəkildə aşağı düşməsini gözləmək olar. Erməni hakimiyyət orqanları ölkə daxilində nələrin baş verəcəyindən tam şəkildə ehtiyat edirlər. Onlar müəyyən xarici münaqişə ocaqlarının baş verməsində maraqlıdırlar. Bununla da ictimai rəyi əsas məsələdən yayındırmaq mümkün ola bilər.  İlk növbədə söhbət Türkiyə ilə münasibətdən və Dağlıq Qarabağ münaqişəsindən gedir.
Birləşmiş Ştatların artan aktivliyinə toxunan politoloq vurğulayıb ki, hazırda ABŞ administrasiyası özünəməxsus antiböhran planı həyata keçirir. Bu plan tək özünün korporasiyalarına pul verilməsindən deyil, həm də bazardan idxal olunan malların sıxışdırılıb çıxarılmasından gedir. Bununla da öz ixracını artırmaq məqsədi güdülür.  Bu səbəbdən də Cənubi Qafqaz bazarı həm də satış bazarı kimi cəlbedici görünür. İlk növbədə onlar üçün qaz və neftlə zəngin Azərbaycanla münasibətləri genişləndirmək əlverişlidir.
Qeyd edək ki, avqust ayında Rusiya  prezidenti Dmitri Medvedyev Yerevana rəsmi səfər edəcək. Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Rusiya prezidenti özü ilə münaqişənin həllinin konkret həll variantını gətirəcək və birinci mərhələdə Ermənistan işğal etdiyi üç rayonu geri qaytarmalıdır. Rusiyalı politoloq belə bir planın həyata keçirilməsini mümkün hesab etsə də, onun baş tutmasını qeyri-real olduğu qənaətindədir. O, münaqişənin həllində bu il hansısa irəliləyişlərin olmasına da inanmır: «Məsələn, mənim qənaətimcə, Rusiya münaqişəyə o qədər də ciddi yanaşmır. Moskva yaranmış vəziyyətdə özünün diplomatik çəkisini artırmaq istəyir. Bu səbəbdən də Rusiya  məsləhət verməyə üstünlük verir, münaqişənin nizamlanması ilə bağlı hansısa planlar irəli sürür. Lakin hansısa bir sövdələşmə irəli sürülürsə, dərhal da uzaqlaşır. Münaqişənin həllinə ciddi şəkildə qoşulmağı isə istəmir. Eləcə də Azərbaycan iqtisadi planda enerji resursları bazarında Rusiya tərəfindən rəqib kimi qarşılanır. Rəqibin problemlərinin aradan qaldırılması isə Rusiya hökuməti üçün o qədər də düzgün biznes-plan deyil».
Eksrert sonda həmsədr ölkələrin dövlət başçılarının Kanadada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanata da toxunub. O, bu bəyanatı Ermənistana təzyiq vasitəsi kimi qəbul edir. Lakin onun qənaətincə, Ermənistan yaranmış vəziyyəti özünün siyasi məqsədlərinə çatmaq kimi nəzərdən keçirir: “Onlar Qarabağı çox mühüm mövzu kimi diqqətdə saxlamaq istəyirlər. Yəni ictimaiyyəti daxili problemlərin həllindən yayındırmağa cəhd edirlər. İş orasındadır ki, Ermənistanda iqtisadi durum Azərbaycandan qat-qat pisdir. Bu da Ermənistanın regiondakı vəziyyətinə təsirsiz ötüşmür. Nəticədə hökumət yeni bir münaqişə ocağının baş verməsində maraqlı olur. Bu isə əhalini iqtisadi və sosial problemlərin həllindən uzaqlaşdıracaq».


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 01.07.10 | Baxılıb: 248

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •