Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Banklar jurnalistlərə niyə kredit vermir?
Bank işçiləri müştərinin jurnalist olduğunu bilən kimi, hansı KİV-də çalışmasını dəqiqləşdirmədən jurnalistlərə kredit vermədiklərini bildirirlər

İndi elə bir vəziyyət yaranıb ki, hər hansı sıravi jurnalistin yalnız jurnalistikada çalışmaqla ev tikdirmək üçün pul tapacağını güman etmək belə mümkün deyil. Sirr deyil ki, bu gün jurnalistlərin orta aylıq əmək haqları 300-350 manatdır. Bu pula isə nəinki ev almaq,  heç adi məişət problemlərini də həll etmək mümkün deyil

Qarşıdan Azərbaycan mili mətbuatının 135 illik yubileyi gəlir. Məlum olduğu kimi, jurnalistikamızın yubileyi bu il dövlət səviyyəsində qeyd ediləcək. Artıq bununla bağlı ölkə prezidenti tərəfindən sərəncam verilib və sərəncamın reallaşdırılması ilə bağlı tədbirlər planı təsdiqlənib. Bir sözlə, yubiley ərəfəsində hamı bayram əhval-ruhiyyəsindədir. Amma  hətta bu məqamda da jurnalistlərimizi və ümumilikdə jurnalistikamızı narahat edən problemlər yaddan çıxmamalıdır.
Bu gün ölkədə kimi danışdırsan, jurnalistikamızdakı peşəkarlıq problemindən danışır. Hamı bu sahədəki problemlərin jurnalistikamızın imicinə kölgə saldığı qənaətindədir. Amma qeyri-peşəkarlığın səbəbi heç də Azərbaycan jurnalistikasının peşəkar jurnalist qıtlığı ilə üzləşməsi ilə bağlı deyil. Əksinə, bu gün Azərbaycanda kifayət qədər peşəkar yazar var. Amma KİV-lərin maddi-texniki bazası zəif olduğundan redaksiyalar peşəkar jurnalistləri saxlaya bilmirlər. İmkan yaranan kimi, peşəkar jurnalistlər başqa sahələrə transfer olunurlar. Redaksiyalar gənc jurnalistləri yetişdirib peşəkar səviyyəyə çatdırar-çatdırmaz onlar başqa sahələrə üz tuturlar. Bu gün ölkədə elə bir sahə yoxdur ki, orada keçmiş jurnalistləri tapmaq mümkün olmasın. Dövlət qurumlarından tutmuş, özəl şirkətlərə qədər hər yerdə vaxtilə jurnalistikada çalışmış, perspektiv vəd edən kadrlara rast gəlmək olar.
Bu gün elə bir vəziyyət yaranıb ki, adam bəzən jurnalist olduğunu söyləməyə də tərəddüd edir. Düzdür, bu vəziyyətin yaranmasında özümüzün də günahımız var. İndi «reket» adlandırdığımız söz cəlladları vaxtilə jurnalistikanın adından at oynadanda səsimizi çıxarmamışıq. Amma bu gün jurnalistikanın düşdüyü ağır durumu təkcə bununla da əlaqələndirmək olmaz. Hazırda ölkədə ümumilikdə jurnalistlərə aşağıdan yuxarıya baxış müşahidə etmək mümkündür. Məncə, bircə faktı söyləsək, kifayət edər. Təsəvvür edin ki, bu gün respublikadakı özəl banklar jurnalistlərə adi məişət kreditləri belə vermirlər. Yəqin ki, bu halla əksər jurnalistlər üzləşiblər. Bank işçiləri müştərinin jurnalist olduğunu bilən kimi, hansı KİV-də çalışmasını dəqiqləşdirmədən jurnalistlərə kredit vermədiklərini bildirirlər. Banklar əvvəllər bunu redaksiyalarda jurnalistlərlə normal əmək müqavilələrinin imzalanmamağı ilə əlaqələndirirdilər. Amma son vaxtlar əksər redaksiyalar bu problemi həll ediblər. İndi jurnalistlərin əksəriyyəti işlədiyi mətbu orqanla əmək müqaviləsi imzalayırlar. Amma banklar onlara işlədiyi mətbu orqandan arayış, 6 aylıq əmək haqqı ilə bağlı hesabat təqdim edən jurnalistlərə də kredit vermirlər.
Burada bir jurnalist olaraq təbii ki, ilk növbədə bankların qələm adamlarına hörmətsizliklərini tənqid etməliyik. Amma digər tərəfdən, jurnalistikanın düşdüyü duruma da ağlamamaq olmur. Digər tərəfdən, yaranmış duruma görə, bankları qınamamaq da olar. Hər bir bank verdiyi kreditin geri qayıdacağına əmin olmalıdır. Deməli, jurnalistlərin vəziyyəti normal deyil ki, banklar onlara verilən kreditin geri qaytarılacağına inanmırlar. 
Məlum olduğu kimi, mənim də sıralarında olduğum bir qrup mətbuat işçisi «Jurnalist» Mənzil Tikinti Kooperativi təsis edərək, mənzil sahibi olmaq üçün müxtəlif dövlət qurumlarına müraciət ediblər. Həmin jurnalistlər dövlətdən pulsuz ev istəmirlər. İstəkləri odur ki, dövlət bu ölkənin balansındakı torpaqlardan ev tikmək üçün onlara da torpaq ayrılsın. Amma bir neçə ildir davam edən danışıqlara baxmayaraq, bu ideyanı reallaşdırmaq mümkün olmayıb. 
İndi elə bir vəziyyət yaranıb ki, hər hansı sıravi jurnalistin yalnız jurnalistikada çalışmaqla ev tikdirmək üçün pul tapacağını güman etmək belə mümkün deyil. Sirr deyil ki, bu gün jurnalistlərin orta aylıq əmək haqları 300-350 manatdır. Bu pula isə nəinki ev almaq,  heç adi məişət problemlərini də həll etmək mümkün deyil. İndi jurnalistikadakı həmkarlarımızın əksəriyyətinin orta nəslin təmsilçiləri olduğunu nəzərə alarıqsa, görərik ki, onların məişət problemləri də kifayət qədər çoxdur. İllərdir üst-üstə yığılan problemlər hələ də həllini gözləyir.
Belə bir şəraitdə jurnalistlərə güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi təklifi də havada qala bilər. Çünki jurnalistlərin ipoteka krediti ilə ev almaq üçün ilkin ödənişi etmək imkanları çox məhduddur. Digər tərədən, faizlər nə qədər aşağı olsa da, ipoteka krediti üçün aylıq ödəmələri 200 manatdan aşağı olmayacaq. Hazırda sıravi jurnalistlərin isə bu pulu ödəmək imkanları yoxdur. Ən əsası isə adi məişət krediti ala bilməyən jurnalistə ipoteka kreditini hansı bank verər ki?
Bütün bunlarla paralel olaraq təbii ki, jurnalistlərin də ölkədəki iqtisadi inkişafdan faydalanmaq haqları var. Düzdür, artıq ikinci ildir fəaliyyətdə olan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bunun üçün ilkin imkanları yaradıb. Fond qəzetlərə birdəfəlik maliyyə yardımı edib, təqdim edilən layihələrə qrantlar ayırıb, jurnalistlər üçün fərdi müsabiqələr keçirib. Amma təbii ki, bu işin daha da şaxələndirilməsinə ehtiyac var. Məsələn, gələcəkdə fonda dövlət büdcəsindən ayrılan vəsaitlər çoxaldılarsa, jurnalistlərin yuxarıda sadalanan bir sıra ciddi problemlərinin həlli üçün də vəsait ayırmaq mümkün ola bilər.
Bayram ərəfəsində bu cür məsələlərin qaldırılması təbii qarşılanmalıdır. Jurnalistlər bütün il boyu müxtəlif sahələrin problemlərindən yazır, özlərinin problemlərini isə yalnız yubileydən yubileyə qaldırırlar. Bu yerdə bir daha vurğulayaq ki, indiki məqamda əsas məqsəd ölkənin ciddi mətbu orqanlarının maddi-texniki bazasının gücləndirilməsi olmalıdır. Elə bir şərait yaratmaq lazımdır ki, mətbuatda çalışanlar normal əmək haqqı alsınlar. Belə olarsa, nə bankları günahlandıracağıq, nə də dövlətdən nə isə umacağıq. Belə olarsa, peşəkarlıq problemi də böyük ölçüdə həllini tapacaq. Dahi indiki kimi peşəkarların mətbuatdan axını müşahidə edilməyəcək. Bu baxımdan hazırda mətbuatda qalan peşəkar jurnalistlərin 135 illik yubiley ərəfəsində gedən müzakirələrdən gözləntiləri çoxdur. Artıq hökumət rəsmiləri jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı planların olduğunu açıqlayıblar. İnanmaq istərdik ki, bu plan çərçivəsində jurnalistikamızın yuxarıda qeyd edilən problemləri də öz həllini tapacaq. 


F.ABASOĞLU
+  -  Çap 
Yerləşdirilib: 30.06.10 | Baxılıb: 295

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •