Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Həmsədr ölkələr müharibə perspektivindən narahatdırlar
ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı daha çox bu yöndən diqqətdədir

«Böyük iyirmiliy»in Kanada sammiti gözlənildiyi kimi, Dağlıq Qarabağla bağlı bəyanatın qəbul edilməsi ilə başa çatıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya, Fransanın prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat verib. Barak Obama, Dmitri Medvedyev, Nikola Sarkozinin “Böyük səkkizlər”in Kanada sammiti zamanı yaydığı bəyanatda Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmağa, münaqişənin həllinin baza prinsiplərini razılaşdırıb, sülh müqaviləsi layihəsinin müzakirəsinə keçməyə çağırılır.
Bəyanatda deyilir ki, münaqişə Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Dağlıq Qarabağa keçid statusu verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin iradəsini bildirməsi yolu ilə müəyyən olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi prinsipləri əsasında həllini tapmalıdır.
Qeyd edək ki, Dağlıq Qarabağ məsələsi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Dmitri Medvedyevlə görüşündə də müzakirə olunub. Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentlərinin birgə bəyanatını alqışlayıb. Onun qənaətinə görə, bu bəyanat Ermənistan və Azərbaycan prezidentlərinin sülh razılaşması layihəsinin hazırlanmasına başlamaq üçün münaqişənin həllinin əsas prinsipləri üzərində işlərini və ümumilikdə sülhyaratma prosesini sürətləndirəcək: “Cənab Medvedyevlə görüşdə Dağlıq Qarabağ mövzusunu gündəmə gətirdik. Bilirsiniz ki, Azərbaycan və Ermənistan prezidentləri Medvedyevin təşəbbüsü ilə bir araya gəliblər. Bu görüş barədə Rusiya prezidentinin “ümidlərimiz bir az da artdı” kimi pozitiv fikirləri var. Biz də ümid etmək istərdik ki, tezliklə bu ümidlər bir nəticəyə gətirib çıxaracaq. Bu nəticəni də əldə etməklə biz münaqişənin həllinə nail olarıq”.
Yeri gəlmişkən, ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatı Moskvada da şərh olunur. Bəzi ehtimallara görə, üç həmsədr ölkənin liderləri danışıqlar prosesinin faktiki dalana düşməsindən narahat olaraq işi canlandırmaq istəyirlər. Özü də sənədi daha “dişli” və konkret etmək üçün üç prezident öz bəyanatlarına nizamlanmanın əsas prinsiplərini daxil ediblər. Habelə Rusiya mətbuatında bəyanatın ingiliscədən rus dilinə tərcüməsində müəyyən fərqlərin olması da qeyd olunur. Rusiya mətbuatında bəyanatla bağlı müəyyən tərcümə qüsurlarına diqqət yetirilir. Belə ki, ABŞ administrasiyasının, Ağ Evin rəsmi saytında ingiliscə dərc olunan bəyanat mətnində Dağlıq Qarabağ ətrafındakı zəbt olunmuş ərazilərin qaytarılması təklif olunur. Kremlin saytında rus tərcüməsində bu, "Dağlıq Qarabağ ətrafında ərazilərin qaytarılması" kimi verilir. Yəni zəbt olunmuş ifadəsi yoxdur. Habelə ingilis dilindəki mətndə Dağlıq Qarabağın son statusu gələcəkdə "mütləq hüquqi qüvvəyə malik iradə ifadəsiylə təyin edilməlidir" göstərilir. Rusca tərcümədə göstərilir ki, bu iradə ifadəsi Dağlıq Qarabağ əhalisinin olmalıdır. Müşahidəçilərə görə, bu, prinsipial məqamdır. Belə ki, iradə ifadəsində hansı əhalinin iştirak etməsi danışıqların ən həssas məsələlərdəndir. Hərçənd ki, bir çox müşahidəçiyə görə, əsas variant ingilis dilində olan mətndir. Belə ki, Kremlin saytında açıq göstərilib ki, ingilis dilindən tərcümə, yəni orijinal versiya ingilis mətnidir. Bir sıra rusiyalı şərhçilərə görə, hal-hazırda Dağlıq Qarabağda vəziyyətin münaqişə səviyyəsinə keçməsi təhlükəsi artmaqdadır və həmsədr ölkələr məsələnin nəzarətdən çıxması perspektivindən narahatdırlar. Moskvalı şərhçi Aleksandr Skakova görə, hazırkı bəyanat çox ciddi qəbul olunmalıdır, həm bugünkü vəziyyət baxımından, həm də bəyanatdakı konkretlik baxımından: «Bəyanata ciddi yanaşılmalıdır, bu onunla bağlıdır ki, Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin Peterburq görüşündən sonra təmas xəttində bir necə ciddi təxribat olub və belə hadisələr hətta tərəflərin istəyi olmadan bölgədə genişmiqyaslı müharibənin qızışmasına gətirə bilər. Əlbəttə, həmsədrlər belə perspektivi istəmirlər. Bəyanatda nizamlanmanın əsas prinsipləri göstərilir, qısa da olsa çox konkret və birmənalı şəkildə göstərilib. Yəni onları müxtəlif cür yozmaq olmaz. Elə həminki Madrid prinsipləri bəzən elə yozulurdu ki, onların mənası itirdi. Burada hər şey konkret göstərilir. Aparıcı dünya oyunçularının öz mövqelərini birmənalı göstərməsi, zənnimcə, münaqişə tərəflərinə müsbət təsir edəcək".
Öz növbəsində digər moskvalı şərhçi Aleksey Vlasov prezidentlərin bəyanatını belə şərh edir: "Məncə, bəyanata iki cür interpretasiya vermək olar. Bir tərəfdən ola bilsin vasitəçilər görürlər ki, Azərbaycan problemin həllində beynəlxalq köməyə ümidini itirməkdədir. Ona görə də vasitəçilər münaqişə səviyyəsini aşağı salmaq üçün belə bir bəyanat qəbul edib göstərirlər ki, sərt hərəkətlərə ehtiyac yoxdur, sülh prosesi davam edir və vasitəçilər gec-tez nəticə əldə edəcəklər. Başqa yozum isə belə ola bilər ki, indi ümumi bəyanat verilir, vasitəçilər bununla sadəcə, öz sifətlərini saxlamaq istəyirlər. Onlar gözəl başa düşürlər ki, indi nə Yerevan nə Bakını güzəştə sövq etmək mümkün deyil".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 30.06.10 | Baxılıb: 248

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •