Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Bizə elə müraciətlər daxil olur ki . . .»
İdman qalibləri kimi bəzi müraciətlərə Gənclər və İdman Nazirliyindən “belə idman növləri yoxdur” cavabı gəldi

Ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərinin ödəyən bakalavrların ixtisaslaşma seçimi artıq yekunlaşır. Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, müsabiqənin ikinci mərhələsində iştirak hüququ olan 5238 bakalavrdan 4453 nəfəri ixtisaslaşma seçimini təsdiq edib: “Ayın 26-da yerləşdirmə proqramı işləniləcək. Günün ikinci yarısında isə nəticələr elan olunacaq”. Komissiya sədri yerləşdirmə aparılandan sonra verilən suallara məhəl qoyulmayacağını da vurğulayıb: “Çünki hər kəsə eyni şərait yaradılıb. Əgər bu işə hər hansı ixtisas seçimi aparmalı olan şəxs özü  məsuliyyətsiz yanaşırsa, o zaman heç kimə irad tuta bilməz”. Dövlət sifarişli müvafiq yerlər üçün ümumi balların 100-ə qaldırıldığını da deyən M.Abbaszadə bunun daha bilikli mütəxəssislərin yetişdirilməsi üçün vacib olduğunu söyləyib. Belə ki, bu yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi balı (balların cəmi) 80-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılıblar: “Əgər bakalavr magistr pilləsində dövlət sifarişi əsasında təhsil alacaqsa, dövlətin də onların daha bilikli olmasını tələb etməyə ixtiyarı var”. 
Ali təhsil müəssisələrinə qəbuldan da söz açan M.Abbaszadə ilk imtahanın iyulun 4-də 3-cü ixtisas qrupu üzrə aparılacağını bildirib. İmtahanlar isə Bakı, Naxçıvan, Sumqayıtda keçiriləcək: ”Cari ildə attestat alan hər bir abituriyent, o cümlədən ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidir. Attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. Yalnız bundan sonra bu abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər”.
TQDK sədri ali məktəblərə müsabiqədən kənar qəbul olmaq imtiyazı olanlar tərəfindən quruma müraciətlərin daxil olmadığını da bildirib: “Builki dünya fənn olimpiadaları hələ iyulda keçiriləcək. Əvvəlki illərin qalibləri olanlardan da bizə heç kim müraciət etməyib. Əgər dünya fənn olimpiadalarının qalibləri olubsa, o, çoxdan ən yaxşı məktəbdə oxuyur. İdmanla bağlı yarışlara gəlincə, Gənclər və İdman Nazirliyinə etdiyimiz müraciətin cavabını yeni almışıq. Bizə elə müraciətlər daxil olur ki, Gənclər  və İdman Nazirliyindən belə idman növlərinin mövcud olmadığını deyirlər. İncəsənət sahəsində isə muğam müsabiqəsinin qalibi magistr səviyyəsində ali məktəbə qəbul olmaq üçün müraciət edib. Amma bu qaydalar yalnız bakalavriatura pilləsində qəbul olunduğu üçün biz mütəxəssislərlə qaydaların magistr səviyyəsinə hüquqi cəhətdən tətbiqini araşdırırıq”.
9 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbuldan da danışan M.Abbaszadə bu qaydaların gələn həftə nəşr olunacağını deyib: “Burada ən böyük yenilik incəsənət və xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlıdır. Sənəd qəbulu isə iyulun 8-dən avqustun 10-a qədər internet vasitəsi ilə aparılacaq”.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 26.06.10 | Baxılıb: 270

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •