Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinə üzv seçildi
Komitəyə namizədliyini irəli sürən Ermənistan kifayət qədər səs toplaya bilmədiyi üçün seçkilərdə məğlub olub

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə 2010-2014-cü illər üzrə namizədliyini irəli sürüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 22-24 iyun tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Parisdə keçirilən Baş Assambleyasının 3-cü sessiyası zamanı Hökumətlərarası Komitəyə seçkilər keçirilib.
Seçkilər zamanı Azərbaycanın namizədliyinin dəstəklənməsinə nail olmaq məqsədilə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılıb və görüşlər keçirilib. Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən aparılmış məqsədyönlü iş nəticəsində bu gün keçirilən seçkilərdə Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2010-2014-cü illər üzrə üzvü seçilib. YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə 24 nümayəndədən ibarətdir. Qeyd etmək istərdik ki, Azərbaycanla yanaşı, Komitəyə namizədliyini irəli sürən Ermənistan kifayət qədər səs toplaya bilmədiyi üçün seçkilərdə məğlub olub. Qeyd edək ki, Komitə təşkilatın nüfuzlu qurumlarından biri hesab edilir və qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məsələsi məhz həmin Komitədə müzakirə olunur, müvafiq qərarlar qəbul edilir. Azərbaycanın Komitəyə üzv qəbul olunması dünyanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı məsələlərin müzakirəsində ölkəmizin əhəmiyyətli rol oynamasına, eləcə də Azərbaycanın mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi istiqamətində daha fəal iş aparılmasına şərait yaratmış olacaq.
+  -  Çap 
Yerləşdirilib: 25.06.10 | Baxılıb: 274

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •