Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görüləcək
Əli Həsənov bildirib ki, mili mətbuatın 135 ilik yubileyinin qeyd olunması üçün yaxın zamanlarda ölkə üzrə xüsusi tədbirlər həyata keçiriləcək

"Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bəzi zəruri tədbirləri düşünür və yavaş-yavaş həyata keçirəcək". Bu barədə iyunun 23-də jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O deyib ki, Milli Mətbuatın 135-ci ildönümünün geniş qeyd olunması ilə bağlı ölkə prezidenti sərəncam verib.

Həmin sərəncamda müvafiq qurumlara tapşırıqlar verilib. "Bu sərəncamdan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə tədbirlər proqramı təsdiq olunub və icraya yönəlib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı xüsusi tapşırıqlar verilib" – deyə Ə.Həsənov qeyd edib. Onun sözlərinə görə, yubileyin qeyd olunması üçün yaxın zamanlarda ölkə üzrə xüsusi tədbirlər keçiriləcək: "Bu, bir tərəfdən, mətbuatın inkişafına insanların diqqətini artıracaq. Digər tərəfdən, Azərbaycanda ötən illərdən mövcud olan mətbuat ənənələrinin tarixinin öyrənilməsinə, dünya təcrübəsinin Azərbaycanın mətbuat sahəsində tətbiqinə xidmət göstərəcək".

Müxalifət seçkilərlə bağlı mənfi rəy formalaşdırır


Ə.Həsənov qarşıdan gələn parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb. O qeyd edib ki, bəzi siyasi partiyalar seçki haqqında həqiqətə uyğun olmayan, ictimai fikri çaşdıran mənfi rəy formalaşdırırlar. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda parlament seçkisi tam şəffaf, ədalətli keçiriləcək və müxalifətin ittihamları əsassızdır. «Seçkidən qabaq mütəmadi olaraq bəzi siyasi partiyalar, bəzi partiya funksionerləri həqiqətə uyğun gəlməyən, seçki haqqında ictimai rəyi çaşdıran, beynəlxalq ictimaiyyətdə Azərbaycandakı seçkilər haqqında mənfi rəy formalaşdıran fikirlər səsləndirib və indiyə qədər səsləndirir. Bunlardan biz məyus oluruq, çünki seçki praktikasının təkmilləşdirilməsi ilə Azərbaycanın seçki institutlarının fəaliyyətinin şübhə altına alınmasına yönəlmiş tədbirlərlə uyğunsuzluq ortaya çıxır» - deyə Ə.Həsənov bildirib.
O əlavə edib ki, mövcud Seçki Məcəlləsi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu il şəffaf, ədalətli parlament seçkiləri keçiriləcək: "Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, o cümlədən, hər bir siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmin olunması üçün müşahidə institutlarının fəaliyyətinə şərait yaradılacaq, seçilənlərlə seçki institutları arasında tam şəffaf şərait yaradılacaq".

Azərbaycanın peşəkar dövlət qulluqçuları ordusu formalaşıb


Ə.Həsənov prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edildiyini bildirərək Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini də bildirib: "Azərbaycanda 2001-ci ildən dövlət qulluğu sisteminə keçid mərhələsi başlayıb. Bu gün Azərbaycanın peşəkar dövlət qulluqçuları ordusu formalaşıb. Hazırda respublikada, bir tərəfdən, dövlət qulluğu sisteminin formalaşması, digər tərəfdən, dövlət qulluğunda çalışacaq kadrların hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir". Ə.Həsənov deyib ki, dövlət qulluğu sistemində çalışan insanların təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti həyata keçirilir.
"Gənc nəslin yetişdirilməsi, dövlət qulluğunda çalışanların peşəkarlığının artırılması, onların, Azərbaycan cəmiyyətinin tələblərinə cavab verən səviyyəyə gətirilməsi bütün görülən siyasətin əsas istiqamətləri hesab olunur" – deyə PA rəsmisi qeyd edib.


İlham Quliyev
+  -  Çap 
Yerləşdirilib: 24.06.10 | Baxılıb: 264

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •