Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistanın hərbi təxribatıları
Politoloq Mübariz Əhmədoğlunun fikrincə İrəvan bununla yenilənmiş Madrid prinsiplərindan diqqəti yayındırmaq məqsədi güdür

Ermənistanın hərbi təxribatı ATƏT-in Minsk qrupunun təqdim etdiyi yenilənmiş Madrid prinsiplərindan diqqəti yayındırmaq məqsədi güdür. Bunu iyunun 23-də jurnalistlərə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.
"Son günlər cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulmasının müəllifi Ermənistandır və Azərbaycan hazırda cavab verən tərəfdir", - o bildirib.

Politoloqun sözlərinə görə, təxribatı sübut edən faktor kimi onu göstərmək olar ki, ermənilər daim öz itkilərini gizlətdiyi halda, bu dəfə dərhal ölən və yaralananlar barədə məlumatlar yaydılar.
Digər tərəfdən, Əhmədoğlu Ermənistanın hərbi aktivliyinin son zamanlar Azərbaycan tərəfindən tamamilə neytrallaşdırıldığını bildirib. "Buna sübut kimi son dörd-beş ayda ermənilərin Dağlıq Qarabağ ərazisində təlim keçə bilməmələrini göstərmək olar", - o vurğulayıb.
Mərkəzin rəhbəri son ay baş verən mühüm hadisələr sırasında, Azərbaycanın qəbul etdiyi hərbi doktrinadan, habelə büdcəyə olunan son dəyişikliklərdə hərbə ayrılan vəsaitlərin 30 faiz ayrılmasından danışaraq bildirdi ki, bu sənədlər Azərbaycanın istənilən an hərbi əməliyyatlara başlaya biləcəyindən xəbər verir. "Artıq seçkilər ərəfəsində olması belə, Azərbaycanın hər hansı bir planına mane ola bilməz", - Əhmədoğlu deyib.
Politoloq Ermənistanın tək region üçün deyil, digər ölkələrə də təhlükə yaratdığını hesab edir. "Ermənistan İranla birlikdə işğal olunmuş torpaqlarda zenit raket bazaları tikir və bu bazalar istənilən zaman Rusiyaya, ABŞ-a, NATO-ya qarşı yönəldilə bilər", - mərkəz rəhbəri hesab edir.
+  -  Çap 
Yerləşdirilib: 24.06.10 | Baxılıb: 226

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •