Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Türk iş adamları Azərbaycana 3 milyard dollardan artıq sərmayə yatırıblar
Hulusi Kılıç: “Xarici sərmayə işsizliyə çarədir, ondan qorxmaq lazım deyil”

İyunun 17-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində “Meridyen Fuarcılık” Beynəlxalq sərgi şirkəti və Türkiyə Xarici Ticarət Müstəşarlığının (DTM) təşkilatçılığı ilə Bakıda Türk İnşaat və Türk Makina sərgiləri işə başlayıb. Sərginin açılışında “Meridyen Fuarcılık” Beynəlxalq sərgi şirkətinin Azərbaycan üzrə layihə koordinatoru Anur Seçər təmsil etdiyi qurum barədə məlumat verib. Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən “Meridyen Fuarcılık” uzun illər əksər beynəlxalq sərgilərin təşkilinə imza atıb: “Ölkələrarası sərgi təşkilini həyata keçirən “Meridyen” Rumıniya, Polşa, Ukrayna, İspaniya, Səudiyyə Ərəbistanı, Rusiya, Yunanıstan, Macarıstan, Cənubi Afrika, Qazaxıstan, Litva və b. bir çox ölkədə öz sərgilərini reallaşdırır. “Meridyen”lə dünya bazarlarını kəşf edin” devizi altında bu günə qədər minlərlə ixracatçı şirkəti ölkələrarası arenaya çıxaran şirkət bu platformada qazanmış olduğu təcrübələri əsasında türk şirkətlərinin dünya bazarlarında tanınmasını qarşısına məqsəd qoyub”. Bakıda da sərginin təşkili Azərbaycanla Türkiyə arasındakı mövcud əlaqələri daha da genişləndirmək, bu münasibətləri yeni müstəviyə çıxarmaq məqsədi daşıyır: “İyunun 20-nə qədər davam edəcək sərgidə müxtəlif dəzgahlar, inşaat və tikinti materialları, son Avropa texnologiyalarının tətbiq olunduğu aparatlar və bu sahəni əhatə edən digər məhsullar nümayiş olunacaq. Sərgidə əsas məqsəd yerli istehsalçıları və istehlakçıları bu sahənin yeni nailiyyətləri ilə daha yaxından tanış etməkdir”.
A.Seçər sərgidə inşaat sektorunda və dəzgah istehsalı sahəsində öz keyfiyyəti ilə seçilən türk şirkətlərinin iştirak etdiyini vurğulayıb: “Bu sərgilərə qatılan şirkətlərin təklif etdikləri məhsulların qiymətləri ucuz, keyfiyyətləri yüksəkdir. Hazırda sərgidə iştirak edən 59 şirkətdən 33-ü inşaat sektoruna aiddir. 26 şirkət isə müxtəlif istiqamətli dəzgahların istehsalı ilə məşğul olan firmalardır”.
Azərbaycanda belə sərgilərin ilk dəfə təşkil olunduğunu vurğulayan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç onu yüksək dəyərləndirib. Səfirin sözlərinə görə, sərgilər ölkədə ticarət və iqtisadiyyatın canlanmasına bir işarədir: “Son illər Azərbaycanda sərgilərin sayı xeyli artıb. Ümumiyyətlə, sərgilərin təşkili Azərbaycanda iqtisadi və ticarət münasibətlərini canlandırır. Biz Azərbaycanı vətənimiz bilirik və onun inkişafını da öz inkişafımız kimi qəbul edirik. Bu gün bu məqsədlə sərgidə iştirak edən firmalarımızın hamısı tanınmışdır”.
Hulusi Kılıç Türkiyə iş adamlarının Azərbaycanda sərmayə yatırımları ilə bağlı fəaliyyətinə də toxunub: “Dövlətin ticarəti yoxdur, ticarət işlərini iş adamlarımız həyata keçirirlər. Bizim iş adamlarımız burada qazandıqları pulu Azərbaycana da yatırır. Hazırda Azərbaycana türk iş adamları 3 milyard dollardan artıq sərmayə yatırıblar. Bu iş yenə davam etdirilir. Biz bunu dəstəkləyirik”. Səfir investisiya yatırımlarının hər bir ölkə üçün qazandırdığı və açdığı imkanlardan da söz açıb: “Xarici sərmayəni ölkəyə cəlb etmək lazımdır. Bu investisiyaların yatırılması iqtisadiyyatın dirçəldilməsi üçün çox vacibdir. Xarici sərmayə işsizliyə çarədir, ondan qorxmaq lazım deyil. Biz Türkiyədə xarici sərmayəni təşviq etdik. Dəstək verdik ki, Türkiyədə xarici investisiya yatırılması hesabına rəqabət, keyfiyyət artsın”.


HƏQİQƏT  İSABALAYEVA
+  -  Çap 
Yerləşdirilib: 18.06.10 | Baxılıb: 292

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •