Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan dünya şöhrətli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Arif Məlikovun vəziyyəti stabildir.
Bunu Lent.az-a xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Nadir Mehdiyev deyib. Həkimin sözlərinə görə, artıq bəstəkar özünü yaxşı hiss edir: “Səhər yanına getmişdim. Özünü yaxşı hiss edirdi. Narahatlığa heç bir əsas qalmayıb. Bir neçə gündən sonra mütəxəssislər onu evə nə vaxt buraxılacağına qərar verəcək”.
Xəyalə
|