Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Alim Qasımov və David Vendettanın klipinin təqdimatı keçirilib
Azərbaycanın xalq artisti Alim Qasımovla məşhur fransalı DJ və bəstəkar David Vendettanın birgə oxuduqları “İ am your goddes” mahnısına çəkilən klipin təqdimatı keçirilib. Layihəni həyata keçirən “Mamedia” şirkətinin prezidenti və layihənin prodüseri Mübariz Abdullayev bildirib ki, “İ am your goddes” mahnısı 2010-cu ilin mart ayında D. Vendettanın “Vendetta” adlı albomunda 4-cü sırada yer alıb: “Azərbaycanda ilk beynəlxalq musiqi layihəsini bu gün təqdim edirik. Bu layihə ilk dəfə olaraq azərbaycanlı ifaçı ilə dünya şöhrətli DJ və bəstəkarın birgə işidir. Qısa vaxtda bu mahnı dünyanın ən məşhur radiostansiyalarında top onluqlarda ön sıralarda səsləndi və artıq bu yayın super hitinə çevrilməkdədir”. M. Abdullayev deyib ki, klipin bir hissəsi Bakıda - İçərişəhər və Qız qalasında, digər hissəsi isə Mərakeşdə çəkilib: “Klip iyunun 6-dan etibarən dünyanın aparıcı musiqi kanallarında gündəlik rotasiyaya girəcək. Vendettanın klipləri hər zaman MC, MTV, “Viva”, “Europa 2” və digər məşhur dünya kanallarında yayınlanıb. Bu layihənin bütün xərcini David Vendettanın özü çəkib. Layihəyə ümumilikdə 150 min avro xərclənib”.
Xalq artisti Alim Qasımov da bu əməkdaşlıqdan razı qaldığını qeyd edib və bu işin onun üçün çox ürəkaçan olduğunu söyləyib: “Sözsüz ki, bu cür layihələrdə iştirak hər zaman yaxşıdır. Məni dəvət etdilər və razılaşdım, nəticə isə göz önündədir”.
A. Qasımov bu layihəyə görə ona müəyyən məbləğdə qonorar təklif etsələr də, bundan imtina etdiyini açıqlayıb. O, yaxın vaxtlarda yeni layihələrlə pərəstişkarlarını sevindirəcəyini də bildirib.
+  -  Çap 
Yerləşdirilib: 04.06.10 | Baxılıb: 259

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •