Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Biz bu çətinliyə sinə gərəcəyik»
Təbii fəlakət zonasını təmsil edən millət vəkili Gülhüseyn Əhmədov çətinliklərin qısa müddət ərzində dəf ediləcəyinə inanır

Artıq 1 aya yaxındır ki, Azərbaycanın Aran bölgəsi Kürün şıltaqlığı ilə mübarizə aparır. Çayda suyun səviyyəsinin artması ilə əlaqədar bir neçə yerdə bəndlər dağılıb, sahilyanı yaşayış məntəqələri su altında qalıb. Kür və Araz çaylarının sahilində yerləşən Sabirabad, Saatlı, İmişli, Salyan və Şirvanda gərginlik hələ də qalmaqdadır. Milli Məclisin mayın 25-də keçirilən iclasında da fəlakət zonasındakı vəziyyət geniş müzakirə olundu. Həmin müzakirələrdə çıxış edən təbii fəlakət zonasını təmsil edən millət vəkilləri müxalifəti xalqın ağır günündən öz məqsədləri üçün istifadə etməməyə çağırdı. Təbii fəlakətin fəsadları üzə çıxan gündən Kürətrafı yaşayış məntəqələrində olduğunu vurğulayan millət vəkili Gülhüseyn Əhmədov da ciddi narahatlığa əsas olmadığını bildirdi. Biz də təbii fəlakət zonasındakı son durumu öyrənmək məqsədilə G.Əhmədova müraciət etdik.

- Hər gün mətbuatda təbii fəlakət zonası ilə bağlı müxtəlif məlumatlar yayılır. Son günləri həmin zonada keçirən bir millət vəkili kimi bölgədəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Mən təbii fəlakət başlayandan – təxminən 23-24 gündür oradayam. Dövlət qurumlarının, yerli əhalinin fəlakətin qarşısının alınması ilə bağlı həyata keçirdiyi işlərə yardımçı olmağa çalışıram. Şükür ki son günlər həm Kürdə, həm də Arazda suyun səviyyəsi enməyə başlayıb. Arazda suyun səviyyəsinin enməsi təxminən 35-40 santimetrdir. Kürdə də suyun səviyyəsi 10-15 santimetr düşüb. Bilirsiniz ki, ölkə prezidentinin tapşırığı ilə əlaqədar strukturlar bir neçə həftədir fəlakət zonasında iş aparırlar. Respublikada nə qədər ağır texnika varsa, bu dəqiqə hamısı təbii fəlakət zonasındadır.  Nazirlər, komitə sədrləri, müvafiq strukturların rəhbərləri bölgədə yaradılmış qərargahlardadırlar. Əslində biz görülən işlərlə daşqının qarşısını almışdıq. Bir neçə yerdə dağılmış bəndlər bərpa edilmişdi. Amma Sarısu gölünün ətrafında bəndin yuyulması vəziyyəti bir qədər çətinləşdirdi. Bəndin yuyulması ətrafdakı bir neçə kənddə problem yaratdı. Gölün daşıması nəticəsində Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Saatlının Novruzlu, Dəllər kəndləri su altında qaldı. Əhalini oradan çıxarmalı olduq. Ümid edirəm ki, bu problemi də həll edəcəyik. Çünki hökumət bütün gücünü səfərbər edərək təbii fəlakətin qarşısını almağa çalışır. Camaat da bir-biri ilə köməkləşir ki, yaranmış vəziyyətdən çıxsın. Hazırda biz çalışırıq ki, bəndin dağıldığı əraziyə yol çəkib vəziyyəti nəzarətə alaq və dağılmış bəndi bərpa edək. Əsas diqqəti buna yönəltmişik.

- Son günlər su altında qalan kəndlərin əhalisi də çadır şəhərciyinə köçürüldü?

- Buna çox da ehtiyac olmadı. Əhali özü daha çox qohum-əqrəbanın evinə yerləşməyi üstün tutdu. Kəndlərdən köçürülən əhalinin cəmi 10-15 faizi məktəblərə və çadıra köçürüldü. Camaat özü bir-birinə yardımçı olur. Dövlət də çadırlarda və məktəblərdə məskunlaşdırılan zərərçəkənlərə yardımlarını əsirgəmir.

- Daşqın nəticəsində su altında qalan kəndlərin əhalisinin mal-qarası arasında tələfat oldumu?

- Qeyd edim ki, əvvəlcədən köçürülən heç bir kənddə camaatın mal-qarasına ziyan dəymədi. Hətta, toyuq-cücəni də çıxartmaq mümkün oldu. Yalnız Sabirabadın Mürsəlli kəndini su gecə qəfildən basdığından bir qədər mal-qaraya ziyan dəydi.

- Sarısu gölünün daşması göllə Kür çayı arasındakı bəndin dağılması ilə əlaqələndirilir. Bənd dağıldığından Kürün suyu birbaşa gölə axır. Həmin bəndi bərpa etmək üçün işlər başlayıbmı?

- Yox. Hələ də ora texnikanı apara bilmirik. Orada vəziyyət elədir ki, texnikanın çatdırılması mümkünsüzdür. Bunun üçün mütləq suyun azalması lazımdır. Biz oraya yol çəkməyə çalışdıq. Amma alınmadı. Amma şükür Allaha ki indiyə kimi heç bir insan tələfatı yoxdur. Başqa məsələlər həll olunandır. Bu, təbii bir fəlakətdir. Onun nəticələri də aradan qaldırılacaq, biz bu çətinliyə sinə gərəcəyik.

- Təbii fəlakət zonasından seçilən deputat həmkarınız Pənah Hüseyn Sarısu gölündəki bəndin Kürdə suyun səviyyəsi enəndən sonra dağılmasının səbəblərinin araşdırılmasını tələb etdi. Siz bu barədə nə düşünürsünüz?

- Bu, düzgün yanaşma deyil. Kürdə suyun səviyyəsi bir qədər ensə də, çayın suyunun Sarısuya axması davam edir. Bu baxımdan bəndin dağılmasında nəsə başqa səbəb axtarmaq mümkün deyil. Bilirsiniz, bəziləri gedib təbii fəlakət zonasındakı vəziyyəti görmədən, problemi bilmədən danışırlar.

- Gülhüseyn müəllim, təbii fəlakətin səviyyəsinin bu qədər geniş olmasının bir səbəbi kimi də Kürün deltasının vaxtında təmizlənməməyi göstərilir. İndiyə kimi bu iş niyə aparılmayıb?

- Bilirsiniz, həmin ərazidə ciddi təmizləmə işlərinə ehtiyac olmayıb. Yəqin bu səbəbdən iş aparılmayıb. Digər tərəfdən, oradakı texnika köhnə olub. Yəqin bu səbəbdən geniş miqyaslı iş aparmaq çətin olub. Amma hazırda çayın mənsəbinin lildən təmizlənməsi işinə diqqət artırılıb. Ölkə prezidenti bununla bağlı xüsusi tapşırıqlar verib. Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin köməyi ilə hazırda həmin ərazidə 7-8 texnika işləyir. Orada güclü təmizləmə işləri aparılır. Şəxsən mən özüm həmin ərazidə olub görülən işlərlə tanış olmuşam. Orada da gecə-gündüz iş gedir.

- Təxminən təbii fəlakətin respublikaya nə qədər ziyan vurduğu məlumdurmu?

- Bu barədə dəqiq rəqəm demək çətindir. Qeyd etdiyim kimi bəndlərin dağıldığı ərazilərdəki kəndlər su içindədir. O baxımdan ziyanın miqdarını müəyyənləşdirmək asan deyil. Bununla bağlı mütəxəssislər hesablamalar aparacaqlar. Ölkə prezidentinin tapşırığı ilə artıq bu istiqamətdə də iş aparılır. Bilirsiniz ki, təbii fəlakət zonasında işlərin əlaqələndirilməsi üçün dövlət komissiyası yaradılıb. Ziyanın məbləğini də bu komissiya müəyyənləşdirəcək. Artıq rəsmən bəyan edilib ki, dövlət vətəndaşlara dəyən ziyanı ödəyəcək, müvafiq kompensasiyalar veriləcək.

- Belə məlumatlar da var ki, təbii fəlakət zonasının yaxınlığından keçən strateji İpək Yolu da təhlükə altına düşüb.

- Yox. Bu məlumat da həqiqətə uyğun deyil. Ümumiyyətlə, Kürdən daşıb ətraf ərazilərə çıxan suyun həmin yola çatması praktiki cəhətdən mümkün deyil. Bu da son vaxtlar yayılan şayiələrdən biridir.  

İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 27.05.10 | Baxılıb: 331

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •