Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Mətbuat Şurasında “KİV-lərin ilk mənbədən məlumat alma imkanları” mövzusunda dəyirmi masa keçirilib
Mətbuat Şurasının təşkilatçılığı ilə “KİV-lərin ilk mənbədən məlumat alma imkanları” mövzusunda dəyirmi masa keçirilib. MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə şura tərəfindən həyata keçirilən “Media problemlərinin müzakirəsi jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində keçirilir. O, layihənin icrası nəticəsində mediadakı xoşagəlməz tendensiyaların, mənfi meyllərin, çatışmazlıqların köklərini üzə çıxarmaq, Azərbaycan mediasının mövcud durumu barədə bitkin və geniş rəy formalaşdırmaq, bu yolla cəmiyyətin ölkə mediasında baş verən proseslərə diqqətini cəmləşdirmək, həmin proseslərə münasibətdə düzgün mövqeyinin yaranmasına nail olmağın nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə məruzə ilə çıxış edən İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli layihədə qoyulan problemin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, ilk mənbədən informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini müəyyənləşdirən başlıca faktordur: “İnformasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları və informasiya mənbələrinin onun üzünə nə dərəcədə açıqlığı ilə sıx surətdə bağlıdır”. C. Məmmədli çıxışında Azərbaycanda məlumat almaq sahəsindəki mövcud qanunvericilik bazasından danışıb. Onun sözlərində görə, bununla bağlı Azərbaycanda çoxsaylı hüquqi normalar mövcuddur. Tədbirdə ölkədə ilk mənbədən məlumat alınması sahəsindəki problemlərə dair fikir mübadilələri aparılıb.
+  -  Çap 
Yerləşdirilib: 27.05.10 | Baxılıb: 298

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •