Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əflatun Amaşova təşəkkürnamə təqdim edildi
Mayın 25-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Avrasiya Qəzetəçilər Dərnəyi İdarə Heyətinin ölkəmizdə səfərdə olan üzvləri ilə görüş keçirilib.

MŞ sədri Əflatun Amaşov qonaqlara Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qloballaşan dünyada gedən proseslərə diqqəti çəkərək bu kontekstdə türkçülüyün, türkdilli xalqlar arasındakı əlaqələrin inkişafı baxımından Azərbaycan və Türkiyə mediasının gördüyü işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb. Bakıda hər iki ölkə jurnalistlərini bir araya gətirən 2 konfransın düzənlənməsinin bu məqsədə xidmət etdiyini vurğulayan MŞ sədri Türkiyədə də belə tədbirin reallaşmasının nəzərdə tutulduğunu deyib. Ə.Amaşov Avrasiya məkanının 2 ölkə hüdudlarını aşan daha geniş anlam oldğunu nəzərə çatdıraraq qlobal olaylar fonunda hər iki qurumun qarşılıqlı münasibətlərin müasir dövrün tələbləri baxımından qurulmasına verə biləcəyi fayda üzərində ətraflı dayanıb. Avrasiya Qəzetəçilər Dərnəyinin başqan vəkili Osman Savaç bir il əvvəl də Mətbuat Şurasında hər iki qurumun təmsilçiləri arasında görüş keçirildiyini xatırladaraq bildirib ki, növbəti diskussiyadan əsas məqsəd başlanılmış prosesin dərinləşdirilməsi, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təminatıdır. Azərbaycanı Türkiyənin Orta Asiyada nəfəs aldığı bacaya bənzədən qonaq media qurumlarının qarşılıqlı əlaqələrə mane olmaq istəyənlərin fəaliyyətlərini əngəlləyəcəyini bildirib. Türkiyəli qonaqların çıxışlarında həmin istiqamətdəki işin hər hansı qəzet, yaxud qəzetlər qrupu tərəfindən deyil, daha geniş dairədə əlaqələndirilməsi yollarına nəzər salınıb. Görüşdə AQD-nin malik olduğu resurslar, hər iki qurum arasında niyyət protokolunun imzalanması, strateji planın müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında da müzakirələr gedib. O. Savaç Avrasiya Qəzetəçilər Dərnəyinin böyük dəvətlərin, irimiqyaslı tədbirlərin, görüşlərin təşkili üçün müvafiq imkanlara malik olmasını vurğulayıb, yaxın vaxtlarda adıçəkilən sənədlərin Mətbuat Şurasına təqdim ediləcəyini deyib. O, MŞ sədri Əflatun Amaşova Türkiyə-Azərbaycan mediaları arasındakı əlaqələrin inkişafına göstərdiyi xidmətlərə görə Avrasiya Qəzetəçilər Dərnəyinin təşəkkürnaməsini təqdim edib.
+  -  Çap 
Yerləşdirilib: 26.05.10 | Baxılıb: 343

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •