Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Mətbuat Şurasının Nizamnaməsinə edilən son dəyişikliklər hesabat-seçki qurultaylarının 4 ildən bir keçirilməsinə imkan verir”
“Azərbaycan jurnalistlərinin qurultaylarının keçirilməməsini Mətbuat Şurasının üzvlərinin hüquqlarının pozulması kimi dəyərləndirmək doğru deyil. Şura üzvləri öz hüquq və vəzifələrini kifayət qədər yaxşı bilirlər. Onlar Mətbuat Şurasının tədbirlərində, fəaliyyət planına dair məsələlərin həllində aktiv iştirak edirlər”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ölkə jurnalistlərinin qurultaylarının keçirilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib. Ə. Amaşovun sözlərinə görə, ölkə jurnalistlərinin 2008-ci ilin iyununda baş tutan sonuncu qurultayında MŞ-nin Nizamnaməsinə edilən dəyişikliklər, əsasən, Şuranın İdarə Heyəti üzvlərinin və sədrinin səlahiyyət müddətinin 2 ildən 4 ilədək artırılması ilə bağlı olub:
“Bu addım İdarə Heyətinin fəaliyyət səmərəliliyinin artırılması zərurətindən irəli gəlirdi. Bu isə hesabat-seçki qurultaylarının 4 ildən bir keçirilməsinə imkan verir. Lakin Mətbuat Şurası ictimai təşkilatdır və ictimai təşkilatlar haqqında ölkə qanunvericiliyinə əsasən hər il hesabat xarakterli toplantılarını keçirməlidir. Bunu qurultay şəklində etmək də olar, etməmək də. Hər bir halda qurultaylar yalnız hesabat xarakteri daşıyacaq. Mətbuat Şurası isə illik hesabatlarını media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş toplantılarda cəmiyyətə və aidiyyəti qurumlara çatdırır. Sənədlər məqbul qarşılanır. Bu, ən optimal variantdır. Çünki qurultayın keçirilmə prosedurlarına təxminən 3 ay müddət sərf olunurdu. Hər il eyni vəziyyətin təkrarlanması vaxt itkisindən başqa bir şey deyildi. Söhbət hesabat verməkdən, cəmiyyəti məlumatlandırmaqdan gedirsə, bunu edirik. Odur ki, narahatçılığa heç bir əsas görmürəm”.
Ə. Amaşov onu da bildirib ki, ölkə jurnalistlərinin V qurultayınadək hər bir şəxsin MŞ-nin rəhbər orqanlarında təmsilçilik hüququ 2 müddətdən artıq deyildi. Nizamnaməyə edilən son dəyişiklik Şuranın İdarə Heyətinin və sədrinin qurumun rəhbər orqanlarına seçilmə müddətinə dair bu məhdudiyyəti aradan qaldırıb: “Ola bilər, bəzi dostlarımız bunu təkrar eşitmək üçün darıxıblar. Nə edək, belələri də olur”.
+  -  Çap 
Yerləşdirilib: 22.05.10 | Baxılıb: 290

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •