|
Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına 1 309,2 mln. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1% çox xarici investisiya yönəldilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərmayələrin 54,2%-i (709 mln. dollar) iqtisadiyyata birbaşa investisiyalar, 45,8%-i (599,8 mln. dollar) isə maliyyə kreditləri şəklində daxil olub. İqtisadiyyatın neft-qaz sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi 44,3% artaraq 619 mln. dollar təşkil edib.
|