Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Şou-biznes» proqramları niyə mənəvi dəyərlərimizin cəlladına çevriliblər?
Deyirəm keçmiş zamanlarda televiziya - filan  yox idi deyənə insanlar öz mənəvi dəyərlərini,  əxlaq kodekslərini zamanın qasırğasına qurban vermirdilər. Necə də qəribə zamanlar və necə də gözəl illər idi. Zəmanə indi də gözəldir. Zəmanənin günahı nədir ki. İnsan acizliyindən hər şeyi zəmanənin üzərinə atır. Amma… Hə, kaş bu əmma olmasaydı əla olardı. Siz məni bir növ  nostalji hisslərə qapılmaqda suçlaya bilərsiniz. Amma yüzdə-yüz  bilirəm ki, hər bir oxucu mənim yazdığım bu fikirlərlə razıdır. Niyə?, - çünki bütün bu yazdıqlarımız BÜTÜNLÜKDƏ CƏMİYYƏTİN İÇİNDƏN GƏLƏN SƏSDİR!
Bu gün ata-babalarımızdan bizə miras qalan, neçə-neçə nəsillərdən üzübəri günümüzə çatan adət-ənələrimizi göz görə-görə məhv edən televiziyaların «şou-biznes» və «maqazin» proqramları artıq həzm edilməyəcək bir həddə gəlib çıxıblar. Daha bundan sonrası yoxdur. Çünki bir çox «maqazin» proqramları, əllərinə qılınc alıb mənəvi dəyərlərimizi qırıb çatmaqla məşğuldurlar. Bu tarixi bir faktdır və bunu inkar etməyin də yeri yoxdur. Dövlət də, hökumət də dəfələrlə neçə dəfələrlə ən yüksək səviyyələrdə bizim bir çox televiziyalarımızın Milli-mənəvi dəyərlərimizi qorumaq, milyonlarla insanın baxdığı efirlərdən vətənpərvərlik əvəzinə ət tökən, lap əndazəsini aşan mənəviyyatsız verilişlərlə, ata-anasından başqa qohum-əqərəbasının belə tanımadığı adamları neçə milyonluq insana «ulduz» kimi təqdim etmələrinin, onların pal-paltarlarını eşələyərək  milyonların gözünə soxmalarının şou-biznes əvəzinə rüvayçılıq olduğu vurğulayıblar. Amma nə fayda. Artıq bu məsələ bütün cəmiyyətdə ən geniş sferada ciddi şəkildə müzakirə olunan mövzudur. Ekranlardan insanlara «şou-biznes» adı altında riyakar və mənəvi dəyərləri ayaqlar altına atan təbliğat ruporunun «sırıdılması» artıq əndazsini keçib. Dəhşətlisi odur ki, bu «maqazin» televiziyalarının milyonlarla insana «şou-biznes ulduzu» kimi sırıdığı  «müğənnilərin» çox böyük hissəsi musiqi bir yana, hətta elementar baxımdan da bisavaddırlar ki durublar.
Bu yaxınlarda «El içində» verilişində elə bisavad müğənnilər gördüm ki, ya allahım, bunlar durub nə haqla insanlara lağ edir, mənəviyyat və mərifət öyrədirlər? Onlardan bəziləri hətta əməkdar artistlər idilər. Və ən dəhşətlisi odur ki, bu müğənnilər dövlət himnimizin sözlərinin və musiqisinin müəlliflərini belə tanımırdılar. Bu sadəcə tarixi bir faciədir ki, qarşımızda durub. Belə müğənnillərin böyük korifeylərimizdən, ustad sənətkarlardan sonra musiqiçi adını daşıdıqlarını göz önünə gətirəndə adımı soyuq tər basır. Bunları «musiqiçi» kimi cəmiyyətə sırıdan, Milli musiqimizi göz görə-görə məhv edən «maqazin proqramları»nın artıq bütün mənəvi dəyərlərimiz və Milli musiqimizin başı üzərindən «domokl qılıncı» kimi asıldığı, Milli dəyərlərimizi ağına-bozuna baxmadan məhv etməsi tam tarixi faktdır. Adamın otuz-qırx il bundan əvvəlki tamaşaçılara lap paxıllığı tutur. Çünki onlar nəhəng sənətkarları dinləyiblər, onlardan mənəvi qida alıblar. İndi isə soyu-kökü bilinməyənlər «efir ulduzuna» çevriliblər. Yazıq tamaşaçı hər gün bu mənəvi aşınmaya uğramış şəxslərin mənəviyyatsızlıqlarına qulaq kəsilirlər. Bir sözlə, «maqazin proqramları» mənəvi dəyərlərimiz üzərində əsl cəllada çevrilib.  Amma biz ayılanda çox gec olacaq. Çünki…


Vüqar Vəliyev
+  -  Çap 
Yerləşdirilib: 18.05.10 | Baxılıb: 283

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •