Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qanunsuz tikililərlə bağlı mübarizə gücləndirilməlidir
Müvafiq qurumlar dövlət başçısının bu problemin həlli üçün verdiyi tapşırıqları qısa müddət ərzində icra etməlidirlər

Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişaf yoluna qədəm qoyub. Ötən illər ərzində həyata keçirilən islahatlar respublikanın iqtisadi qüdrətini artırıb. Paralel olaraq vətəndaşların həyat səviyyəsi də yüksəlib. Son illər ərzində Azərbaycanda vətəndaşların sayı da artır. Bu iki prosesin məntiqi nəticəsi kimi həm paytaxt Bakı, həm də rayonlar, qəsəbələr və kəndlər gün-gündən böyüyürlər. Xüsusilə də böyük yaşayış məntəqələrində yeni yaşayış binaları, fərdi mənzillər tikilir. Amma bu proses rəvan, tam qüsursuz və sakit getmir. Son illər ölkənin müxtəlif yaşayış məntəqələrində çoxlu sayda qanunsuz tikililər peyda olub. Belə tikililərə paytaxt Bakıda, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə tez-tez rast gəlmək mümkündür. Təəssüflə qeyd etməliyik ki, bugünkü müstəqil Azərbaycanın üzləşdiyi problemlərdən biri də məhz qanunsuz tikililərlə bağlıdır. Etiraf edilməlidir ki, bu problem kifayət  qədər böyük miqyası əhatə edir. Problem təkcə tikintilərin müvafiq sənədlərinin olmamağı ilə bağlı deyil. Qanunsuz tikililər əksər hallarda tikinti aparılmasına icazə verilməyən ərazilərdə inşa edilib. Nəticədə həmin ərazilərdə hər hansı bir problem yaşananda müvafiq dövlət strukturları onları həll etməkdə ciddi problemlərlə üzləşirlər. Çox uzağa getməyə ehtiyac yoxdur. Bu ilin fevralında kəskin hava şəraiti ilə əlaqədar Bakının elektrik təchizatında ciddi problem müşahidə olunan zaman məlum oldu ki, problemin qısa müddət ərzində aradan qaldırılmasına məhz yüksək gərginlikli elektrik xətlərinin altında qanunsuz inşa edilən tikililər mane olur. Müvafiq qurumlar bu problem ucbatından qəzanın hansı səbəbdən baş verdiyini və nəticələrinin aradan qaldırılmasını qısa müddət ərzində təşkil edə bilmədilər. Çünki qanunsuz tikililərin maneçiliyi səbəbindən «Azərenerji»  Açıq Səhmdar Cəmiyyətinin texnikası yüksək gərginlikli elektrik xətlərinə yaxınlaşmaqda problemlərlə üzləşmişdi. Eyni problemi dəmiryolçular da yaşamaqdadırlar. Respublika əhəmiyyətli dəmir yollarının yaxınlığında tikilən qanunsuz evlər vaqonların təhlükəsiz hərəkətinə mane olur, baş verə biləcək qəzaların aradan qaldırılması işlərinin çətinləşməsinə gətirib çıxarır.
Qanunsuz tikililər təkcə bu baxımdan problemlər yaratmırlar. Yüksək gərginlikli elektrik xətlərinin altında neft, qaz kəmərlərinin üzərində tikilən bu cür evlər həm də təhlükə mənbəyidirlər. Bu kəmərlərdə baş verə biləcək kiçik bir qəza həmin evlərdə yaşayan insanlar üçün ciddi təhlükə yarada bilər. Məhz bu səbəbdən müvafiq qanunvericilik aktlarında yüksək gərginlikli elektrik xətlərinin altında, neft kəmərlərinin üzərində, dəmiryollarının yaxınlığında və digər bu tipli yerlərdə tikililərin inşa edilməsinə icazə verilmir. Bütün bunları nəzərə alan dövlət vətəndaşlarının təhlükəsizliyi naminə qısa müddət ərzində  bu problemi həll etməlidir.  Prezident İlham Əliyevin bu yaxınlarda keçirilən müşavirədə qeyd etdiyi kimi qanunsuz tikililər probleminin kompleks həllinə ehtiyac var. Adətən, qanunsuz tikililərdən söhbət düşərkən gündəmə gələn ilk məsələ bu tikililərin ucaldılmasına müvafiq dövlət qurumlarının nədən göz yumması məsələsi gəlir. Çünki heç kimə sirr deyil ki, müvafiq qurumların xəbəri olmadan yaşayış evlərinin heç bir razılıqsız tikilməsi praktiki cəhətdən mümkün deyil. Təbii ki, bəzi hallarda qanunsuz tikililər lazım olmayan yerlərdə yerli icra hakimiyyəti orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində peyda olur. Ona görə də ölkə prezidentinin də qeyd etdiyi kimi, qanunsuz tikililər probleminin həlli üçün  indiyədək bu sahədə buraxılmış nöqsanlar və bəzi hallarda cinayətlər ciddi şəkildə araşdırılmalıdır. Qanunla icazə verilməyən ərazilərdə tikintilərin aparılması üçün sərəncam verən şəxslər müəyyən edilməli və onlara qarşı müvafiq tədbirlər görülməlidir. Çünki məmurlar bu cür sənədlərə imza atmaqla həm vətəndaşların həyatını təhlükə qarşısında qoyurlar, həm də dövlətə böyük miqdarda maddi ziyan vururlar. Qanunvericiliyə görə, dövlət qanunun icazə vermədiyi yerlərdə müvafiq sənədlərin alınması ilə inşa edilmiş tikililəri sökərkən onların mülkiyyətçilərinə böyük miqdarda kompensasiya ödəməlidir. Təbii ki, bu kompensasiya dövlət büdcəsindən maliyyələşdirilməlidir.
Qanunsuz tikililər probleminin həlli üçün atılması vacib olan digər addım gələcəkdə bu cür tikililərin peyda olmasının qarşısının alınmasıdır. Bunun üçün müvafiq dövlət qurumları çox ciddi şəkildə iş aparmalıdırlar. Bu işdə qanunsuzluqlara yol verən məmurlar cəzalandırılmalıdırlar ki, bu, başqalarına da dərs olsun.
Problemin həllində vətəndaşların üzərinə də müəyyən məsuliyyət düşür. Təcrübə göstərir ki, bəzi hallarda həmin evlərdə yaşayan vətəndaşlar ailə üzvlərinin təhlükədə olmasına baxmayaraq, yaşadıqları evləri tərk etmək istəmirlər. Bunun üçün də problemin həlli üçün vətəndaşlar arasında maarifləndirilmə işi aparılmalıdır. Dövlətin üzərinə düşən digər vəzifə isə bu evlərdən köçürülən vətəndaşlara müvafiq kompensasiyanın ödənilməsi olmalıdır. Artıq prezident İlham Əliyev hökumət üzvlərinə evlərindən köçürülən vətəndaşlara lazımi miqdarda kompensasiyaların ödənilməsi üçün müvafiq tapşırıqlarını verib. İndi əsas hədəf bu tapşırığın icra edilməsi olmalıdır. Amma vətəndaşlar da yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışmamalıdırlar. Təcrübə göstərir ki, bu sevdaya düşənlər də az olmur.
Dövlət başçısı qanunsuz tikililərlə bağlı problemin birdəfəlik həllini istəyir. Bunun üçün müvafiq yerlərə baxış keçirilməli, atılacaq addımlar dəqiqləşdirilməlidir. Özü də bu iş çox vaxt almadan, qısa müddət ərzində reallaşdırılmalıdır. Azərbaycan kimi sürətlə inkişaf edən bir ölkədə qanunsuz tikililər problemi olmamalıdır.


F.Abasoğlu
+  -  Çap 
Yerləşdirilib: 18.05.10 | Baxılıb: 261

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •