|
Azərbaycan Mətbuat Şurası “Kütləvi informasiya vasitələrində müəlliflik hüququ: problemlər və həll yolları” mövzusunda “dəyirmi masa” keçirəcək. Şuradan verilən məlumata görə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi ilə birgə təşkil ediləcək tədbir 14 may tarixində baş tutacaq. “Dəyirmi masa”da “KİV və müəlliflik hüququ: imkanlar və problemlər” mövzusunda məruzə dinləniləcək. Həmçinin, KİV-də müəlliflik hüququ ilə bağlı mediadakı hazırkı vəziyyətə aydınlıq gətiriləcək, bu sahədəki müsbət və neqativ tendensiyalar ətrafında fikir mübadilələri aparılacaq.
|